Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:15

ABŞ-da özəl şirkət işçiləri üçün yeni vaksinasiya tələbləri


ABŞ-da koronavirusa yoluxmuş uşaq
ABŞ-da koronavirusa yoluxmuş uşaq

Söhbət 100 və daha artıq işçisi olan şirkətlərdə işləyənlərdən gedir

ABŞ hökumətinin yeni qaydaları onmilyonlarla amerikalının gələn ilin əvvəlinədək COVID-19-a qarşı peyvənd olunmasını, ya da hər həftə test verməsini nəzərdə tutur.

Söhbət 100 və daha artıq işçisi olan şirkətlərdə işləyənlərdən gedir.

Noyabrın 4-də açıqlanmış yeni tələblər Prezident Co Baydenin peyvənd vurdurmağa könülsüz yanaşan amerikalılara qarşı ən sərt addımı sayılır.

84 milyon, üstəgəl 17 milyon

Yanvarın 4-dən qüvvəyə minəcək qayda orta və iri sahibkarlıq subyektlərində çalışan 84 milyona yaxın işçini əhatələyəcək.

Şirkətlər peyvənd olunmayan işçilərdən həftədə azı bir dəfə mənfi COVID-19 testi və işdə maska taxmağı tələb etməlidirlər.

Qocalar evləri, xəstəxanalar, Medicare və Medicaid-dən maliyyələşən digər məkanlarda çalışan 17 milyon üçün daha sərt qaydalar tətbiq olunacaq.

Bu işçilərin test vermək seçimi olmayacaq – peyvənd olunmasalar, işlərini itirəcəklər.

İşçi peyvənd vurdurmamaq üçün tibbi, yaxud dini istisna istəyə biləcək, həm də tələblər evdən, yaxud açıq havada işləyənlərə aid deyil.

Qubernatorlar qarşıdır

Bəzi respublikaçı qubernatorlar demokrat Baydenin səlahiyyətini aşdığını deyir, tələblərə qarşı hüquqi müstəvidə mübarizə aparacaqlarını vəd edirlər.

Bu arada Ağ ev bəyan edib ki, COVID-19-un mənşəyini anlamaq administrasiyanın diqqət mərkəzindədir, bu yöndə cavab almaqdan ötrü təzyiqi davam etdirəcək.

“Məsələnin kökünə getmək bizim üçün inanılmaz dərəcədə vacibdir”, – sözçü Karin Jan-Pyer söyləyib. O, vaxtın vacib olduğunu, ABŞ və tərəfdaşlarının Çinin şəffaflığı üçün mübarizəni davam etdirəcəklərini vurğulayıb.

Koronavirus pandemiyası ilk dəfə Çinin mərkəzindəki Vuhan şəhərində aşkarlanıb, ancaq bu haqda detallar, informasiya uzun zaman təsdiqlənməyib.

XS
SM
MD
LG