Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:54

ABŞ rəsmiləri Rusiyanın kimyəvi silaha əl ata biləcəyindən narahatdır


Kiyev, 23 noyabr, 2022-ci il
Kiyev, 23 noyabr, 2022-ci il

ABŞ administrasiyasının rəsmiləri narahatdırlar ki, Rusiya Ukraynadakı müharibənin gedişatında, Rusiya əsgərlərinin cəbhədə uğursuzluğu davam edərsə, kimyəvi silaha əl ata bilər.

Bu haqda “Politico” dərgisi Co Bayden (Joe Biden) administrasiyasının adını çəkmədiyi altı rəsmisinə istinadla yazır. Məqalədə deyilir ki, Vaşinqton Rusiya Prezidenti Vladimir Putinin nüvə silahından çox, kimyəvi silaha əl ata biləcəyini düşünürlər. ABŞ rəsmiləri bundan öncə nüvə silahının işlədilməməsi ilə bağlı xəbərdarlıq səsləndiriblər.

Birbaşa hücum gözlənilməsə də...

Dərgi yazır ki, Birləşmiş Ştatlar müttəfiqləri ilə hadisələrin belə inkişafına hazırlığın vacibliyini müzakirə edir. Ancaq o da qeyd edilir ki, Amerika kəşfiyyatında Rusiyanın bilavasitə kimyəvi hücuma hazırlaşması haqda bilgi yoxdur.

Digər tərəfdən, Dövlət Departamentinin rəsmiləri qış aylarında döyüşlərin səngiyəcəyinə inanırlar.

Rəsmilərin fikrincə, Rusiya hətta kimyəvi silahdan istifadəyə qərar versə belə, bunu açıq və nümayişkaranə etməyəcək. Elə maddələrdən istifadə oluna bilər ki, onlardan istifadəni sübut etmək çətin olsun.

Rusiya isə kimyəvi silahlı olmadığını deyir.

Müstəqil təhqiqatçılar və Qərb ölkələrin bildirirlər ki, Rusiya xüsusi xidməti, hakimiyyətin göstərişilə bir neçə sui-qəsd cəhdində, o cümlədən müxalifətçi Aleksey Navalnıya qarşı “Noviçok” sinir qazından istifadə ediblər. Moskva isə bunu təkzib edib.

Rusiya öz növbəsində Ukraynanı və Qərb ölkələrini kütləvi qırğın silahlarından, o cümlədən çirkli bomba, kimyəvi, yaxud bioloji silahdan istifadəyə hazırlaşmaqda ittiham edir. Ancaq buna dəlil göstərilmir.

Pentaqonun hazırlığı

“Politico” yazır ki, Rusiyanın kimyəvi silahlardan istifadə qabiliyyətinə sərmayəni artırması Birləşmiş Ştatlara çoxdan bəllidir. Bu payız senatorlara Rusiyanın kimyəvi silah ehtiyatı və Ukraynadakı təhdidlə bağlı informasiya verilib.

Rusiyanın kimyəvi silaha əl ata biləcəyi sarıdan narahatlıq isə Bayden administrasiyanı potensial kimyəvi hücumun aşkarlanması və ona hazırlığı təkmilləşdirməyə sövq edir. İki mənbənin dediyinə görə, bu payız Pentaqon Şərqi Avropa ölkələrinə komandalar göndərib, silahlı qüvvələrinin kimyəvi və bioloji təhdid halında hazırlıq səviyyəsini artırmağa çalışıb. Bundan başqa, ABŞ Kiyevə təhlükəsizlik yardımı çərçivəsində kimyəvi, bioloji və nüvə silahlarına qarşı qoruyucu avadanlıq göndərib.

Bu ilin fevralında Ukraynaya hücum edən Rusiya Qərbin sərt sanksiyaları ilə üzləşib.

XS
SM
MD
LG