Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 00:28

ABŞ İranı koronavirusu yaymaqda ittiham edir


İslam İnqilabı Keşikçiləri Korpusunun döyüşçüləri
İslam İnqilabı Keşikçiləri Korpusunun döyüşçüləri

ABŞ rəsmiləri bəyan edirlər ki, İranın koronavirusu Yaxın Şərqə “bilərəkdən yayması” iddialarına dair getdikcə daha çox dəlillər üzə çıxır.

Dövlət Departamenti martın 23-də İranı COVID-19 törədicisini Yaxın Şərqin bir neçə ölkəsinə yaymaqda ittiham edib.

Bəyanatda bildirilir ki, bir sıra ölkələrdə virusun “birbaşa İrandan idxal olunduğuna” dair dəlillər var.

Dövlət katibi Mike Pompeo deyib ki, “rejim İran xalqını və dünyanı aldatmaqda davam edir və həm iranlıları, həm də dünyanı böyük risk qarşısında qoyur”.

Amerikanın səsi” yazır ki, Dövlət Departamentinin başqa rəsmiləri də Pompeonun narahatlığını bölüşürlər.

Dövlət Departamentinin sözçüsü “Amerikanın səsi” radiosuna deyib ki, “İranın koronavirusun yayılması və sağlamlıq üçün risklərinə dair informasiyaları gizlətməsi həm iranlıar, həm də İranın qonşuları üçün təhlükıəlidir”.

Khamenei də ABŞ-I ittiham edir

Yaxın Şərqdə koronavirusun öldürücü təsirinə ən çox məruz qalmış ölkə kimi İran da öz növbəsində hazırda yaşadığı çətinliklərə görə Birləşmiş Ştatları ittiham edib.

İranın xarici işlər naziri Mohammed Javad Zarif martın 23-də yazıb ki, ABŞ sanksiyaları İranın və dünyanın pandemiyaya qarşı mübarizəsinə ciddi əngəl törədir:

Bundan bir gün əvvəl İranın ali lideri ayətüllah Ali Khamenei Twitter-də pandemiya üçün Birləşmiş Ştatların məsuliyyət daşıya biləcəyi barədə ehtimalını Vaşinqtona xitabən yazmışdı:

“Mən bunun nə dərəcədə həqiqət olduğunu bilmirəm. Amma ortalıqda belə bir iddia varsa, ağlı başında olan adam sənə necə inana bilər? Bəlkə də virusun yayılması və qalması üçün dərmanları verən elə sənsən?”

Ağ Ev və Dövlət Departamenti Khamenei-nin bu tvitini kəskin tənqid edib və ali rəhbəri yalan yaymaqda ittiham edib.

Dövlət Departamenti ittihamını əsaslandırmaq üçün bildirib ki, İranın dövlətə bağlı Mahan Air hava nəqliyyatı şirkəti Çinin müxtəlif şəhərlərinə 55 uçuş həyata keçirib.

Rəsmilər və təhlilçilər bunu da vurğulayırlar ki, Mahan Air Suriyaya müntəzəm uçuşlar edir və onun Livandan tutmuş Pakistanadək bir sıra ölkələrə birbaşa reysləri var.

Koronavirus barədə məlumatlara inqilab keşikçiləri nəzarət edir

Lakin Qərb rəsmilərini ən çox narahat edən bu hava yolları şirkətinin İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) və Qüds elit qanadı ilə bağlarıdır.

Rəsmilər diqqəti belə bir cəhətə yönəldirlər ki, ölkənin pandemiyaya reaksiyasına dair məlumatların ictimaiyyətə və beynəlxaql icmaya çatırıdlması ilə də ABŞ sanksiyası altındfa olan bu qurum məşğul olur.

Iran dövlət mediasının ötən həftə verdiyi xəbərlərdə deyilirdi ki, Mahan Air şirkətinin azı bir pilotu koronavirusdan ölüb.

Bəzi başqa xəbərlərə görə, İranın Suriya kimi ölkələrdə olan bir neçə döyüşçüsü də bu virusa yoluxub.

Ötən həftə Suriyanın Deir Ezzor 24 xəbər agentliyi Əl-Məyadin şəhərində iki İran hərbçisinin karantinə alındığını bildirirdi.

Müstəqil mənbələr yoluxanların 11 nəfər olduğunu xəbər verir.

Koronavirusun qaçqınlar arasında yayılması “qətliam” olardı

Lakin belə kəskin iddialara baxmayaraq İsrail rəsmiləri İranın regiondakı bəzi ziyanlı fəaliyyətlərinin azaldığını bildirirlər.

Burası da var ki, təhlilçilərin əksəriyyəti epidemiyanın İran qüvvələri ilə bağlı olan qaçqın düşərgələrində yayılmasından daha çox narahat olduğunu bildirir.

Onların fikrincə, qaçqın düşərgələrində yoluxucu xəstəliklərin qarşısının alınması son dərəcə mürəkkəb məsələdir.

Norveç Qaçqınlar Şurası kimi beynəlxalq humanitar təşkilatlar bildirirlər ki, koronavirusun Suriyada ayaq tutub yeriməsi “əsl qətliam” olardı.

XS
SM
MD
LG