Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:33

Ədalətli məhkəmə qərarlarını da ASAN xidmət versəydi…


Deputatlar seks turizmə görə günahı nədə görürlər?
Gözlə

No media source currently available

0:00 0:14:48 0:00

Deputatlar seks turizmə görə günahı nədə görürlər?

Son vaxtlar Prezident Aparatının qarşısı qələbəlik olur. Adamlar dərdlərini prezidentə və onunla birgə çalışanlara deməyə gəlirlər.

İctimai fəal Nigar Həzi deyir ki, o özü də mayın 1-də Prezident Administrasiyasına şikayətə gedib, burda adamların çətinliklə üzləşdiyinin şahidi olub.

Nigar Həzi bildirir ki, administrasiya binası qarşısına toplananlar burda növbə tutmaq üçün saatlarla gözləyirlər. İçəri, qəbul otağına keçəndə də iş asanlaşmır, bura da basabasdır:

Nigar Həzi qəbul otağında gördüklərini danışır:

“Həmin qəbul otağında da kimlə görüşəcəksinizsə, onunçün də ayrıca siyahıya yazılmaq lazımdır. İnsanlar ac susuz, əsəbi gərgin... Növbələri itməsin deyə, yeməyə də getməyə çəkinirlər. Hava çatmır, isti. Camaatın halı pis olur…”

Tərtər sakini Bahar Quliyeva deyir ki, o, Prezident Administrasiyasına son iki ildə neçə dəfə gedib-gəlməsinin sayını itirib. Deyir ki, 26 yaşlı oğlu Natiq Quluzadəni 2017-ci ildə tutublar, vətənə xəyanət ittihamı ilə 18 il iş veriblər. O inanır ki, oğlunun günahı yoxdur, bir gün ya prezident, ya xanımı, ya da başqa bir yüksək rütbəli məmurla görüşə bilsə, bəlkə onu dinləyən tapılar:

“Gedirik növbəyə dururuq. Səhər saat 5-də Tərtərdən çıxırıq, gecə 11-ə evimizə gəlirik. Qanuna tabe olan yoxdur. Qanunla işləyən yoxdur. Məhkəmələr qanunsuzdur. Haqsız apelyasiya məhkəmələri, haqsız Ali Məhkəmə...Azərbaycanda məhkəmə qanunları deyilən bir şey yoxdur. Çox haqsızlıqdır. Tutulan uşaqların valideynləri hamısı gedir. Ayın 1-də yığışmışdılar, mən nə vəziyyətə düşdüm, gedə bilmədim”.

Gəncə. Analar qanunsuz həbslərə etiraz edirlər
Gəncə. Analar qanunsuz həbslərə etiraz edirlər

Bahar Quliyeva deyir ki, iki ildə qəbula düşməyə nail olmayıb. Sonuncu dəfə də onu qapıdan qaytarıblar.

Administrasiyanın internet saytındakı telefonlara zəng etsək də gün ərzində cavab ala bilmədik. Hakim Partiyanın və Administrasiyanın özü ilə əlaqə cəhdlərimiz alınmadı, telefonlarımıza cavab verən olmadı.

Prezident İlham Əliyev çıxışlarında məmurlara vətəndaşların problemləri ilə maraqlanmağı tövsiyə edir, nazirlər də, prezident özü də vaxtaşı rayonlara səfərlərə gedir, camaatla görüşür. İlham Əliyev son səfərlərində xalqla daha çox söhbət edir, onlardan məktub toplayıb vəd edir ki, şikayətlərlə tanış olur.

Administrasiyanın qarşısındakı basabas ölkədəki durumun göstəricisidir

Hakimiyyət rəsmiləri vətəndaşa xidmətdən danışanda önə bir qayda olaraq ASAN xidməti də çəkirlər.

Prezident İlham Əliyev bu ilin fevralında ReAL TV-ə müsahibəsində deyir ki, bu xidməti özü yaradıb:

"ASAN xidmət" əslində ictimai xidmətlər sahəsində böyük bir inqilabdır. "ASAN xidmət"in əhəmiyyətini bəlkə də bu gün biz tam dərk etmirik. Yəni, bu, sadəcə olaraq, vətəndaşlara gözəl, rahat xidmət mərkəzi deyil. Bu, insanlarda böyük dərəcədə dəyişikliklərə gətirib çıxardı. "ASAN xidmət" mənim təşəbbüsümlə yaradıldı. Ancaq onu da bildirməliyəm ki, orada çalışan gənclər "ASAN xidmət"i çox böyük dərəcədə inkişaf etdirdilər, zənginləşdirdilər, yeni, kreativ ideyaları ilə "ASAN xidmət"i doğrudan da nadir bir ictimai xidmət mərkəzinə çevirdilər.

Prezident Administrasiyasının qarşısındakı aksiyalardan və qəbul otağına gələnlərlə söhbətdən məlum olur ki, bura gələnlərin şikayəti daha çox məhkəmə sistemindən, məmur özbaşınalığındandır.

Hüquqşünas, Sivil Toplum Platformasının üzvü Ələsgər Məmmədli isə deyir ki, hələ də məmur- vətəndaş münasibətini təkmilləşdirməyə ehtiyac var.

Ələsgər Məmmədli deyir ki, çoxlu sayda şikayətçinin prezidentin iş yerinə üz tutmasının bir neçə səbəbi var. Birincisi budur ki, vətəndaşların çoxunun elektron hökumət portalındakı xidmətlərdən ya xəbəri yoxdur, ya da ondan istifadə edə bilmirlər. Odur ki, üz tuturlar dövlət idarələrinə.

Ölkədə iki pənah yeri var...

Ələsgər Məmmədlinin sözlərinə görə, başqa bir problem mərkəzi icra hakimiyyətinin, İlham Əliyevin özünün obrazıdır:

“Məktəbdə hadisə baş verir, prezident şəxsi nəzarətə götürəndən sonra kimsə bu barədə danışır. Və ya yanğın baş verir, prezident deyəndə ki, mən şəxsi nəzarətə götürmüşəm bundan sonra kimlərsə öz işini görməyə başlayır. Odur ki, hər kəs gözləyir ki, hər şeyi birinci şəxs həll edəcək və ya o müdaxilə etmədən, mən heç nə edə bilmərəm gözləntisi, dövlət qurumlarının funksionallığını tıxayır. Bunun da böyük hissəsi məmurların qanundan doğan, müstəqil hərəkət etmə cəsarətinin olmamasından”.

Vətəndaşlar son dövrlər kütləvi şəkildə yalnız Prezident Administrasiyası deyil, həm də prezidentin xanımı Mehriban Əliyevinin rəhbərlik etdiyi Heydər Əliyev Fondunun da qarşısına toplaşır, problemlərinin həll olunmasını xahiş edir.

Tənqidçilər bunu da yerli hakimiyyətlərə inamın olmaması ilə izah edirlər.

XS
SM
MD
LG