Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 10:40

Rusiya ABŞ-la 'qaynar xətt' i dayandırdı


İgor Konashenkov
İgor Konashenkov

Rusiyanın müdafiə nazirliyi Suriya ilə bağlı Pentaqonla “qaynar xətt”i bağlayıb və bu barədə ABŞ-a rəsmi məlumat verib.

RİA Novostinin məlumatına görə, bunu Rusiya müdafiə nazirliyinin nümayəndəsi general-mayor İgor Konashenkov bəyan edib.

Onun sözlərinə görə, ABŞ səfirliyindəki hərbi attaşeyə, tərəflər arasındakı mövcud memorandumun aprelin 8-i saat 00:00-dan dayandırılması barədə nota təqdim edilib.

ABŞ məlumatı təsdiqləyib.

Qeyd edək ki, ABŞ-la Rusiya 2015-ci ilin oktyabrından mümkün hərbi insidentlərdən qaçmaq çün uçuşların təhlükəsizliyi ilə bağlı mümorandum imzalamışdılar.

Tərəflər bu razılaşma çərçivəsində müntəzəm işçi qrupların videokonfransını keçirirdilər.

Sonuncu belə konfrans martın 24-də olub.

Kreml bəyan edib ki, ABŞ-ın Suriyadakı hərbi-hava bazasını raket atəşinə tutmasından sonra memorandum mənasını itirib.

Pentaqonsa “qaynar xətt”lə dialoqun hər iki tərəf üçün faydalı olduğunu və Rusiya ilə əlaqələrin davam etdiriləcəyinə ümidlə yanaşdığını bildirib.

ABŞ Dövlət katibi Rex Tillersonsa Vaşinqtonun, Rusiyanın ABŞ-ın raket zərbələrinə reaksiyasından məyus olduğunu bildirib, amma bu cür reaksiyanın onun üçün sürpiriz olmadığını deyib.

Rex Tillerson
Rex Tillerson

AzadlıqRadiosu Reuters və digər qərb agentliklərinə istinadla xəbər verir ki,o, aprelin 7-də jurnalistlər qarşısında çıxış edərkən deyib ki, Rusiyanın, ABŞ-ın Suriyaya raket zərbələrini suveren dövlətə qarşı təcavüz adlandırması göstərir ki, onlar Bashar Assad rejimini dəstəkləməkdə davam edirlər.

Tillerson Suriya hakimiyyətini öz xalqına qarşı dəhşətli hücum törətməkdə ittiham edib.

"Admiral Grigoroviç" gəmisi Suriyaya çatıb

Rusiyanın “Admiral Grigoroviç” hərbi gəmisi Rusiya hərbi dəniz donanmasının Aralıq dənizindəki daimi qruplaşmasına qoşulub və hərbi tapşırıqığı yerinə yetirməyə hazırdır.

Bu barədə aprelin 8-də “Rossiyskaya Qazeta” Qara dəniz donanması informasiya şöbəsinin rəisi Vyaçeslav Truxaçevə istinadla məlumat yayıb.

Admiral Grigorovich gəmisi
Admiral Grigorovich gəmisi

Bu gəmi aprelin 3-5-də Rusiya-Türkiyə təlimində də iştirak edib.

Xatırladqaq ki, aprelin 8-də Rusiyanın “ Admiral Grigorobiç” gəmisinin Aralıq dənizinə yollanması və Suriyanın Tartuse maaddi-texniki təminat məntəqəsinə yan alacağı barədə məlumat verilmişdi.

Gəminin Suriya sahillərində nə qədər qalacağı dəqiq bəlli deyil.

Bu gəmidə qanadlı raketlər olduğu bildirilir.

Onu da qeyd edək ki, bu ABŞ-ın aprelin 6-dan 7-nə keçən gecə Suriyadakı hərbi-hava bazasına raket zərbələri endirməsindən sonraya təsadüf edir.​

Foto arxiv
Foto arxiv

ABŞ rəsmilər raket zərbələrinin Suriyada dinc əhaliyə qarşı kimyəvi hücuma cavab olduğunu deyirlər.

Associated Press agentliyi bildirir ki, bu Suriya hökumətinə Amerikanın ilk birbaşa hücumu və prezident olandan sonra Donald Trump-ın ən dramatik hərbi əmridir.

Rusiya bundan sonra Suriyanın hava hücumlarından müdafiəsinin gücləndiriləcəyini bəyan edib.

Buna da bax. Putin təhlükəsizlik şurasının iclasını keçirib.

XS
SM
MD
LG