Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 03:23

Aİ-dən sərt sanksiyalar gəlir. NATO-nun planı


Mariupolda Ukrayna əsgərləri
Mariupolda Ukrayna əsgərləri

“Prezident Vladimir Putindən buna görə hesab soruşacağıq”, – von der Leyen bildirib

Fevralın 24-də NATO səfirləri Brüsseldə bir araya gəliblər. AzadlıqRadiosu-nun əldə etdiyi məlumata görə, görüşdə “ən pis ssenari işə düşdüyü” və ABŞ kəşfiyyat məlumatlarının 100 faiz düz çıxdığı bildirilib. Fevralın 25-də NATO-nun virtual sammiti keçirilə bilər.

Xəbərə görə, NATO-nun şərq cinahı (şimaldan Türkiyəyə) boyunca 5 gizli müdafiə planının işə düşəcəyi gözlənir. Plana Avropa Müttəfiq Qüvvələri Ali Baş Komandanı rəhbərlik edəcək və o, onminlərlə NATO əsgərini şərqə yönləndirə bilər.

***

Avropa İttifaqı liderləri fevralın 24-də təcili toplantıda Rusiyaya yeni, sərt sanksiyaları müzakirə edəcəklər. Onlar Ukraynaya “barbar hücum”a reaksiya verəcəklər. Bunu Avropa Komissiyasının sədri Ursula von der Leyen deyib.

“Prezident Vladimir Putindən buna görə hesab soruşacağıq”, – von der Leyen bildirib.

“Bu paketlə Rusiya iqtisadiyyatının strateji sektorlarını hədəfə alacaq, onların əsas texnologiyalara və bazarlara çıxışını məhdudlaşdıracağıq. Rusiyanın iqtisadi bazasını və modernləşmək qabiliyyətini zəiflədəcəyik”, – o deyib.

Aİ-nin xarici siyasət rəhbəri Jozep Borrel blokun Rusiyanı indiyədək ən sərt sanksiyalarla vuracağını bildirib.

“Avropa İttifaqı mümkün ən güclü yollarla cavab verəcək… Aİ liderləri daha güclü paket, indiyədək tətbiq olunmuş ən sərt paketi qəbul edəcək”, – o, Brüsseldə reportyorlara deyib.

Rumıniya, Çex Respublikası

NATO-nun “şərq cinahı”ndakı ölkələr Rusiyanın Ukraynaya hücumunu pisləyiblər. Rumıniya Prezidenti Klaus Yohannis bunu “beynəlxalq hüququn ən ağır pozuntusu” adlandırıb.

Yohannis fevralın 24-də Twitter-də bəyanatında qeyd edib ki, Rusiyanın Ukraynaya hücumu “beynəlxalq ictimaiyyətin ən güclü reaksiyası ilə üzləşəcək, ən ağır bədələ səbəb olacaq”.

Çex respublikasının Baş naziri Petr Fiala Twitter-də qeyd edib ki, Moskvanın hərbi hücumu “barbar təcavüz aktı”dır, “müstəqil dövlətə qarşı tamamilə əsassız aqressiyadır və Aİ və NATO buna reaksiya verəcək”.

Macarıstan

Polşa, Bolqarıstanın baş nazirləri də hücumu qınayıblar.

Rusiya Prezidenti Vladimir Putinlə dost münasibətləri olan Macarıstanın Baş naziri Viktor Orban isə hücumu birbaşa pisləməyib.

Amma ölkənin Xarici işlər naziri Piter Siyarto bunu “ən pis ssenari” adlandırıb, Macarıstanın Ukraynanın ərazi bütövlüyünü tam dəstəklədiyini vurğulayıb.

“İndi vəzifəmiz... Macarıstan xalqının təhlükəsizliyini təmin etməkdir. Kiyevdəki səfirliyimiz işləyir və hazırda Ukraynada olan macarıstanlılara kömək etməyə hazırdır”, – nazir deyib.

XS
SM
MD
LG