Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:26

MTN işi: '1 milyona yaxın əmlakımız, pulumuz Çovdarova verilib'


Akif Çovdarov
Akif Çovdarov

Dekabrın 5-də Akif Çovdarovun və onun tabeliyində işləmiş üç nəfərin - Akif Əliyev, Səlim Məmmədov və Orxan Osmanovun məhkəməsi davam edib.

Akif Çovdarov aclığı dayandırdı

O, orqanizminin normallaşması, səhhətinin yaxşılaşması üçün 15 gün xüsusi nəzarətdə saxlanacaq.

Buna da bax:​ Vəkil: 'Hakim şəkəri qalxan Çovdarova 'şərbət verin içsin' deyib'

Ləğv edilmiş MTN-nin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi, həbsdə olan general-mayor Akif Çovdarov oktyabrın 25-dən keçirdiyi aclıq aksiyasını dekabrın 5-də dayandırıb. Bu barədə AzadlıqRadiosu-na Çovdarovun vəkili Sadiq Rəsulov məlumat verib.

Dekabrın 5-də Akif Çovdarovun və onun tabeliyində işləmiş üç nəfərin - Akif Əliyev, Səlim Məmmədov və Orxan Osmanovun məhkəməsi davam edib.

Bu işə Bakı Hərbi Məhkəməsinin hakimləri Həbib Həsənov, Müslüm Əliyev və Elbəy Allahverdiyevdən ibarət tərkib Sabunçu Rayon Məhkəməsinin binasında baxır. Jurnalistlər məhkəmə salonuna buraxılmadığından, olub-bitənlərə dair məlumat vəkil və zərərçəkənlərin söylədikləri əsasında hazırlanıb.

Buna da bax: Çovdarovun zərərçəkmişi təkcə zərər çəkməyib...

Akif Çovdarovun vəkilləri yenə onun səhhətindəki problemlər məsələsini qaldıraraq, ekspertiza təyin edilməsini istəyiblər. Öz növbəsində məhkəmə də bu məsələ barədə tibbi ekspertlərin rəyini açıqlayıb. Rəydə göstərilib ki, hazırda Çovdarovun səhhəti ağır olduğundan, ekspertizanın keçirilməsi mümkün deyil.

“Səhhəti normallaşandan sonra tibbi ekspertizadan keçiriləcək”

"Çovdarov 40 gündən çoxdur ki, aclıq aksiyası keçirir. Həkimlər bildiriblər ki, onun orqanizmi həddən artıq zəifləyib, buna görə də tibbi ekspertizadan keçirilməsi mümkün deyil. Çovdarovun ekspertizadan keçirilməsinə 15 gün vaxt verilib. Orqanizminin normallaşması, səhhətinin yaxşılaşması üçün onu həmin vaxt içində xüsusi nəzarətdə saxlayacaqlar. O bu müddətdə müayinə olunacaq və səhhəti normallaşandan sonra tibbi ekspertizadan keçiriləcək", - vəkil Sadiq Rəsulov Çovdarovun aksiyanı dayandırmasının səbəbini belə izah edib.

Buna da bax:​ MTN işi: ''Moda' mağazasına səhər saatlarında iki nəfər gəldi...'

Müdafiəçi aclığın dayandırılması haqda rəsmi müraciətin Kürdəxanıdakı 1 saylı Bakı İstintaq Təcridxanasının rəhbərliyinə göndəriləcəyini də söyləyib.

Bugünkü (dekabrın 5-dəki) məhkəmədə təqsirləndirilən şəxslərdən polkovnik Səlim Məmmədovun həbsdən müvəqqəti buraxılmasına dair vəsatət də qaldırılıb. Onun anasının dekabrın 3-də dünyasını dəyişdiyini deyən vəkil – Cavid Rzazadə yas mərasiminə qatılmasından Səlim Məmmədova şərait yaradılmasını istəyib.

Məhkəmə vəsatəti rədd edib.

Buna da bax: Qızıl-brilyant ticarətçisi: 'Eldar Mahmudov üçün də brilyant gətirmişəm'

"Bir milyona yaxın dəyəri olan əmlakımız, pulumuz Çovdarova verilib”

Ardından qızıl-brilyant ticarətçisi olan Şahmar Qurbanovun keçmiş həyat yoldaşı Nigar Məmmədova məhkəmədə şahid kimi dindirilib. O, keçmiş ərinin MTN-ə pul verməsindən danışıb və bu barədə istintaqda verdiyi ifadəni təsdiqləyib.

Şahmar Qurbanovun özü də məhkəmədə olub. O, məhkəmədən sonra jurnalistlərə deyib ki, Nigar Məmmədova o zaman MTN-ə pul çatdırmaqdan ötrü iki evinin, sexinin və maşınlarının satıldığını söyləyib: "Bir milyona yaxın dəyəri olan əmlakımız, pulumuz Çovdarova verilib. Nigar Məmmədova Akif Çovdarov üçün xaricdən brilyant gətirməyə getdiyimizi də təsdiqlədi. Həmin brilyantları Çovdarov və Eldar Mahmudov üçün gətirdiyimizi də bilirdi".

Buna da bax:​ General Çovdarov ittihamları 'Piri babanın nağılı' adlandırır

Akif Çovdarov Şahmar Qurbanovdan hədə-qorxu ilə 500 min dollar pul və 380 min dollarlıq brilyant və zinət əşyaları almaqda suçlanır. Çovdarov ittihamla razılaşmır, Qurbanovun özünün dələduzluq etdiyini, Hindistan vətəndaşının pulunu mənimsədiyini, bununla əlaqədar, hətta keçmiş nazir Eldar Mahmudova səfirlikdə şikayət məktubu verildiyini və ardından araşdırma aparmaq məqsədilə Şahmar Qurbanovun MTN-ə çağrıldığını deyir.

Məhkəmə dekabrın 19-da davam edəcək.

Buna da bax:​ 'Çovdarov yalnız ailəsinin göndərdiyi dərmanları atır...'

XATIRLATMA

Akif Çovdarov ötən il noyabrın 15-də həbs olunub. Baş Prokurorluğun o vaxt yaydığı məlumatda ləğv edilən MTN-in 21 keçmiş əməkdaşının cinayət məsuliyyətinə cəlb edildiyi bildirilirdi. Artıq 19 nəfər həbsdədir. Onlardan yuxarıda adları çəkilən dörd nəfərin işi məhkəməyə göndərilib.

Akif Çovdarova və onunla birgə mühakimə olunanlara Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israfetmə), 145-ci (qanunsuz azadlıqdan məhrumetmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311-ci (rüşvətalma) və daha bir neçə ağır maddəsi ilə ittiham irəli sürülüb.

Buna da bax:​ Çovdarov: 'Siz bu işə hakimlik etmək iqtidarında deyilsiniz'

Ötən ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. Ardınca nazirliyin 20-yə yaxın yüksəkrütbəli əməkdaşı həbs olunub. Daha 2 ay sonra həmin nazirlik ləğv edilib, onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

XS
SM
MD
LG