Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:31

Peyvənd vurdurana nağd pul verirlər


Almaniya, arxiv fotosu
Almaniya, arxiv fotosu

Almaniyada bu həftə səsverməyə çıxarılacaq qanun layihəsində 3G adlanan qaydaların genişləndirilməsi nəzərdə tutulur

Ukrayna Prezidenti Volodimir Zelenski elan edib ki, COVID-19-a qarşı tam peyvənd olunanlara nağd pul veriləcək.

“Hər iki dozanı vurduran min qrivna ala biləcək”, – Zelenski noyabrın 15-də videomüraciətində deyib.

Min qrivna təxminən 37 dollardır. Bu, Avropanın ən yoxsul ölkələrindən olan Ukrayna vətəndaşları üçün böyük məbləğdir. Ölkədə adambaşına illik gəlir 3 min 700 dollardır.

“Bu pula idman zal, yaxud fitnes kluba mövsümi bilet ala, kinoteatra, teatra, muzeyə, konsertə, yaxud sərgiyə gedə, ölkəiçi səyahət edə bilərsiniz”, – Zelenski vurğulayıb.

Hökumət dekabrın 19-dan işə düşəcək sxemə 225 milyon dollara yaxın vəsait ayırmağı planlayır.

Hazırda Ukraynada pandemiyanın ən pis dalğası yaşanır. Hakimiyyət paytaxt Kiyev daxil bir sıra şəhərlərdə məhdudiyyətlər tətbiq edib.

Səhiyyə rəsmiləri yoluxma və ölüm hallarında artımı vaksinasiyanın zəifliyi ilə bağlayırlar. Əhalinin yalnız 28 faizinin hər iki doza peyvənd vurdurduğu bildirilir

Ukraynada pandemiya başlanandan 3.2 milyon yoluxma, 77 mindən çox ölüm qeydə alınıb.

***

Almaniyada yoluxmalar rekord qırır

Almaniyada koronavirusa yoluxmalar rekord həddə çatır. Avropa ölkələri isə yeni yoluxma dalğasını önləmək üçün radikal addımları nəzərdən keçirir.

Rober Kox İnstitutunun noyabrın 16-da yaydığı məlumata görə, yeddi günlük yoluxma əmsalı 312 olub. Bu, bir həftə öncəki 200-dən 50 faizlik artım deməkdir.

3G qaydalar

Almaniyada virusun yayılmasının ölçülməsində istifadə olunan bu əmsal hər 100 min nəfərə düşən yoluxma sayını göstərir.

Yoluxmaların dördüncü dalğası keçid hökumətinin əsas işinə çevrilib. Sentyabr seçkisindən sonra üç partiya növbəti kabineti formalaşdırmaq üçün danışıqlar aparır.

Sosial Demokratlar, Yaşıllar və biznesyönlü FDP hökumət formalaşdıracaqları halda daha sərt addımların tətbiqini götür-qoy edirlər.

Bu həftə səsverməyə çıxarılacaq qanun layihəsində 3G adlanan qaydaların genişləndirilməsi nəzərdə tutulur. 3G – mənfi COVID-19 testi, xəstəlikdən sağalmaya sübut, yaxud vaksinasiyadır. İctimai nəqliyyat və iş yerlərində bu qaydalar tələb olunur və miqyası genişləndiriləcək.

Peyvənd vurdurmayanların lokdaunu

Almaniyada fövqəladə vəziyyət noyabrın 25-də bitir. Bundestaq bundan öncə qanunun qüvvəyə minməsi üçün onu səsverməyə çıxaracaq.

Qanunla Almaniyanın 16 vilayətinə pandemiya ilə mübarizədə əlavə seçimlər də veriləcək.

Peyvənd vurdurmayanlara daha çox qadağanın tətbiq olunacağı haqda söz-söhbət dolaşır. Yaşılların başçısı “peyvənd olunmayanlar üçün lokdaun”a çağırıb.

Almaniyada əhalinin 67 faizinin peyvənd olunduğu deyilir.

İtaliyada artıq bir aydır işçilər qarşısındda vaksinasiya tələbi qoyulub. Avstriya isə Avropa Birliyində ilk ölkə olaraq peyvənd vurdurmayanlar üçün lokdaun tətbiq edib.

Bu arada Fransada maska taxmaq məcburi edilib, bir sıra ölkələrdən giriş sərtləşdirilib. Niderland isə artıq Avropada qışın ilk lokdaununu elan edib.

XS
SM
MD
LG