Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 12:31

Ankara və Paris Liviyaya görə qarşılıqlı ittihamlar səsləndirib


Emmanuel Macron
Emmanuel Macron

Türkiyə iyunun 23-də Fransa prezidenti Emmanuel Macron-un bir gün əvvəl Ankaranın Liviyaya müdaxiləsini tənqid etməsinə sərt cavab verib.

Reuters agentliyinin xəbərinə görə Türkiyə Xarici işlər Nazirliyinin sözçüsü Hami Aksoy deyib:

"...Macron-un bizim Liviyanın BMT qətnamələri əsasında qanuni sayılan hökumətinə dəstəyimizi “təhlükəli oyun” kimi səciyyələndirməsi yalnız ağlın itməsi kimi izah edilə bilər”.

Liviyada Türkiyə hərbiyyəsi tərəfindən dəstəklənən Milli Barışıq Hökuməti son həftələrdə general Khalifa Haftarın 14 aydır ki, davam edən hücumlarını dayandıraraq əks hücuma keçib.

Bu qarşıdurmada Khalifa Haftarın Liviya Milli Ordusunu Fransadan başqa, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Misir dəstəkləyir.

Fransa Haftara dəstək verdiyini rəsmən etiraf etməsə də son həftələrdə Parislə Ankara arasında münasibətlər gərginləşin.

Ankara bildirir ki, Parisin Haftara dəstək verməsi Liviyanı “xaosa” sürükləyir.

Macron Moskvanı da tənqid edib

İyunun 22-də Fransa prezidenti Emmanuel Macron Türkiyəni Liviyada “təhlükəli oyun oynamaqda” ittiham edib və Misir prezidenti Abdel Fattah al-Sisiyə dəstək bildirib.

Misir prezidenti bəyan edib ki, Qahirənin qonşu Liviyadakı münaqişəyə müdaxilə etmək haqqı vardır.

Hami Aksoy deyib ki, “Liviyadakı hazırkı acınacaqlı vəziyyətlər qiyamçı Haftarın hücumlarına görədir”.

Sözçü əlavə edib ki, Haftar Moskva və Berlinin atəşkəs çağırışlarına məhəl qoymayıb.

İyunun 22-də Macron Fransanın NATO müttəfiqi olan Türkiyəni sərt tənqid etmişdi:

“Mən indiyədək bunu aydın şəkildə Türkiyə prezidenti Erdoğana da çatdırmışam ki, Türkiyə bugün Liviyada təhlükəli oyun oynayır və Berlin konfransında üzərinə götürdüyü öhdəliklərinə zidd hərəkət edir. Biz Türkiyənin Liviyada oyun oynamasına dözməyəcəyik”.

İyunun 22-də ABŞ prezidenti Donald Trump-la telefon söhbəti edən Macron həm də Liviyaya muzdlu əsgərlər göndərən Moskvanı tənqid edib, lakin əsas etibarilə Ankaranı kəskin pisləyib.

XS
SM
MD
LG