Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:30

‘Arşın mal alan’ın 100 illiyinə həsr olunmuş kitab, axır ki, çap olundu


"Arşın mal alan - 100" kitabı
"Arşın mal alan - 100" kitabı

“Arşın mal alan - 100” kitabı musiqisevərlərin, Üzeyir Hacıbəyli yaradıcılığı ilə maraqlananların ixtiyarına verilib”

Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, bu qurumun dəstəyi ilə nəşri başa çatdırılan kitab “Arşın mal alan” operettasının səhnəyə qoyulmasının 100 illiyi münasibətilə çıxıb.

Kitabda ölməz əsərin yazılması ilə bağlı Ü. Hacıbəylinin xatirələri, qeydləri, əlyazmaları, müxtəlif teatrların afişaları, elanlar, dəvətnamələr, fotoşəkillər və s. toplanıb.

Buna da bax:​ Üzeyir Hacıbəyovun sevdiyi qadın və xidmət etdiyi iki hökumət arasında keçən həyatı

“Arşın mal alan” Azərbaycan səhnəsində”, “Arşın mal alan” ekranlarda” və “Arşın mal alan” müxtəlif dövlətlərin dillərində və səhnələrində” adlı 3 yarımbaşlıq şəklində tərtib olunan kitab oxucuda əsərin 100 illik tarixi barədə geniş təsəvvür yaradır.

Kitabda Ü. Hacıbəylinin Ev-Muzeyinin fondunda qorunub saxlanılan materiallardan istifadə olunub.

“Şərq-Qərb” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çap edilmiş “Arşın mal alan - 100” kitabı Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində olan qurumlara və kütləvi kitabxanalara paylanılacaq.

Buna da bax:​ «Arşın mal alan» Hollivud yolunda...

“Arşın mal alan” Ü. Hacıbəylinin sonuncu, ən məşhur operettasıdır. Üzeyir bəy bu operettanı 1913-cü ildə-Moskvada və Peterburqda musiqi təhsili alarkən yazıb.

İlk tamaşa 1913-cü il oktyabrın 25-də Tağıyev teatrında baş tutub.

Bundan sonra 80 dilə çevrilən operettanın dünyada zəfər yürüşü başlayıb.

Operettanın 100 illik yubileyi 2013-cü ildə UNESKO-da qeyd olunub.

XS
SM
MD
LG