Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:27

Kürü diplomatiyası AŞPA prezidentinə də çatdı [video]


G.Knaus: AŞPA prezidenti rüşvət iddialarını araşdırmağa qoymur
Gözlə

No media source currently available

0:00 0:14:22 0:00

G.Knaus: AŞPA prezidenti rüşvət iddialarını araşdırmağa qoymur [A-Live]

Azərbaycan hökuməti Avropa Şurasından obrazlı desək, yaxşı qiymət almaq üçün ona rüşvət veribmi?

Kürü diplomatiyası iddiaları Avropa Şurasının yaz sessiyasında gündəmdədir.

Strasburqda sessiyada iştirak edən hüquq müdafiəçisi Zöhrab İsmayıl deyir ki, təkcə bu həftə bu mövzuya dörd müzakirə həsr olunub.

Buna da bax:​ AŞPA prezidentinin ruslarla Suriyaya səfəri başına iş açdı

Zöhrab İsmayıl
Zöhrab İsmayıl

İtaliya prokurorluğu Azərbaycanda siyasi məhbuslarla bağlı hesabatın AŞPA-dan keçməsini önləməkdən ötrü italiyalı deputat Luka Volontenin 2 milyon 390 min avro rüşvət almasına dair iddiaları araşdırır. Martın əvvəlində AŞPA-nın baş katibi Wojciech Sawicki mümkün korrupsiya faktı ilə bağlı qurumdan kənar istintaqın yaradılması təklifini verib. Avropa Stabillik Təşəbbüsünün direktoru Gerald Knaus AŞPA üzvlərinə məktub yazaraq onlardan Sawicki-nin bu təklifini dəstəkləməyi istəyib. O, məktubunda Azərbaycanın illərdir “kürü diplomatiyası” ilə AŞPA-nın üzvlərini ələ almaq cəhdlərindən bəhs edib.

Avropada Sabitlik Təşəbbüsü təşkilatının direktoru Gerald Knaus AzadlıqRadiosu-na müsahibəsində deyir ki, aprelin 24-də keçirilən müzakirə də göstərdi ki, Avropa Şurasının prezidenti və onun tərəfdaşları müstəqil araşdırmanın qarşısını almaq istəyirlər. araşdırma planı martın sonlarından hazır olsa da, fəaliyyət başlamır.

Buna da bax: “Strasburqda Azərbaycanla bağlı rüşvət qalmaqalı müzakirə olunacaq”

Gerald Knaus
Gerald Knaus

Əgər araşdırmalar olarsa, orda əgər araşdırmalar yerinə yetsə, əminəm ki, çoxlu ciddi problemlər üzə çıxacaq. Artıq xeyli nümunələr var. Bilirik ki, bəzi deputatlar başqa deputatlara seçkidən əvvəl külli miqdarda pul veriblər. Araşdırma olarsa, bu üzə çıxacaq. Amma araşdırma olmasa, Avropa Şurası öz etibarlılığını tamamilə itirəcək. Odur ki, keçmişlə əlaqəni kəsmək üçün mübarizə aparan və korrupsiyanın üzə çıxmasına mane olmaq istəyən deputatların sayı getdikcə artır.

Knaus Avropa Şurasının prezidenti Pedro Agramuntun aprelin 24-də deputatların etirazı ilə qarşılanmasını diqqətə çəkib. Belə ki, Böyük Britaniyadan olan deputatlar AŞPA prezidentinin bir ay əvvəl Rusiyanın Dövlət Dumasının nümayəndə heyəti ilə birlikdə Suriyaya səfər etməsini, orda bu ölkənin prezidenti Bəşər Əsədlə görüşməsini yada salaraq, Agromotun bu addımını sərt tənqid ediblər. Knaus deyir ki, Azərbaycanla bağlı müstəqil araşdırmaya qarşı çıxanlar Agramuntla Rusiyaya gedən deputatlardır.

Buna da bax:​ Italyan deputata ödənən pulun prezident ailəsi ilə əlaqəsi üzə çıxır

Arif Məmmədov 2007-2012-ci illərdə Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəliyinin rəhbəri işləyib. Deyir ki, onun vaxtında Azərbaycan hökumətinin rüşvət vermək cəhdləri ona bəlli olmayıb, bu məsələ 2012-ci ildən sonra gündəmə gəlib.

Arif Məmmədov
Arif Məmmədov

Arif Məmmədov Malta və Azərbaycan hökumətləri arasında da son rüşvət qalmaqalına diqqət çəkir, deyir ki, indi məsələ yalnız Avropa Şurası ilə bağlı deyil, daha geniş lobbi şəbəkəsinin ifşa olunmasından söhbət gedir:

“Ən maraqlısı odur ki, bütün bu lobbi pulları, çirkli pullar deməli, ofşordakı şirkətlərlə bağlıdır. Araşdıranda məlum olur ki, bu şirkətlər yoxa çıxır, izlərini silməyə çalışırlar. Amma mən görəndə ki, hansı qurumlar bu məsələ ilə məşğul olur ki, şübhəm yoxdur ki, Avropa özünü qorumaq üçün, öz dəyərlərini qorumaq üçün istintaqın sonuna qədər gedəcək”.

Buna da bax:​ Avropalı deputatlar Azərbaycanla bağlı korrupsiya məsələsinə bir də qayıdacaqlar

Bakıda politoloq Zərdüşt Əlizadə deyir ki, o, Avropa Şurası deputatı və Azərbaycan hökumət üzvləri arasında hansısa məhkəmə perspektivi görmür, çünki rüşvəti sübut etmək çətindir:

Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə

“Rüşvəti verəndə, həmin anda tutulmalısan, ya da hansısa bir təkzibedilməz dəlillər olmalıdır".

Biz Bakı sakinlərində soruşmuşuq ki, Avropa Şurasında qalmağın Azərbaycana faydası nədir, Şura ilə əməkdaşlıq Azərbaycanın nəyinə lazımdır?

Avropa Şurası Azərbaycana niyə lazımdır?
Gözlə

No media source currently available

0:00 0:01:06 0:00

Politoloq Zərdüşt Əlizadə deyir ki, Avropa Şurası ilə əməkdaşlıq Azərbaycana ona görə lazımdır ki, bu, dövlətə yolunun hansı yöndə olması ilə bağlı təsəvvür yaradır.

XS
SM
MD
LG