Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 09:30

Pensiyaların gecikməsi Astarada növbələr yaratdı


Bankomat qarşısında növbə
Bankomat qarşısında növbə

Astara rayonunda sentyabrın 22-si və 23-ü «Kapitalbank»ın filiallına məxsus bankomatların qarşısında böyük növbələr müşahidə olunub.

Astara rayon sakini Mirhaşım Həsənov deyir ki, növbələrə səbəb pensiyaların vaxtında verilməməsidir: «Əvvəllər hər ayın 15-16-sı pensiyaları verərdilər. Sonra bu müddət hər ayın 20-nə uzadıldı. Bu ay isə pensiyalar 22-sində verilməyə başlanıb. Səhərdən bankomatın qarşısında növbə tutanlar var. Elə yaşlı adamlar var ki, gözdən zəifdir, yeni əlifbanı oxuya bilmir. Bu adamlar bankomatdan pullarını çıxartmaqda çətinlik çəkirlər. Bankomatın yanında bankın işçisi olsa yaxşıdır. Başa düşə bilmirik ki, nə üçün pensiyalar bu qədər gecikir».

«DÖRD SAATDAN ÇOXDUR Kİ, NÖVBƏYƏ DURMUŞAM. BELƏ ZÜLM OLAR?»

Adının çəkilməsini istəməyən bir rayon sakinin deməsinə görə, qarşıdan referendum gəlir, xalqa minnət qoyurlar: «Pensiyaları da ona görə verirlər. Hökumət başa düşməlidir ki, bu bizim pullardır. Vaxtilə bizdən pul tutublar, indi qaytarırlar. Öz ciblərindən vermirlər. Bir də ki, bankomatların sayını artırmaq lazımdır ki, insanlar pullarını rahat götürə bilsinlər. Dörd saatdan çoxdur ki, növbəyə durmuşam. Belə zülm olar?».

Rəsmilər isə bildirirlər ki, pensiyaların verilməsində heç bir problem yoxdur. Rayonda bankomatların sayı da kifayət qədərdir.

Dövlət Sosial Müdafiə Fondunun Astara rayon şöbəsinin 2015-ci il hesabatında göstərilir ki, rayonda 12 min 700 nəfərdən çox pensiyaçıya plastik kart verilib. Pensiyaçıların hamısı plastik kartla təmin olunub. Pensiyaçılara il ərzində 23 milyon manata yaxın vəsait ödənilir.

Azərbaycanda 1 milyon 300 mindən çox pensiyaçının olduğu bildirilir. Pensiyaların orta məbləği 189.6 manatdır. Bu da orta aylıq əməkhaqqının 38.8 faizinə bərabərdir.

XS
SM
MD
LG