Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:47

Baba: 'Xəcalət çəkirəm, bu uşaqlar məktəbdən qaldılar'


Astara rayonun Ojəkəran kəndi. Əliyevlər ailəsinin bu 5 uşağı, ayaqqabı və paltarları olmadığından məktəbə gedə bilmir. sent.2017
Astara rayonun Ojəkəran kəndi. Əliyevlər ailəsinin bu 5 uşağı, ayaqqabı və paltarları olmadığından məktəbə gedə bilmir. sent.2017

Astara rayonun Ojəkəran kənd sakini Rasif Əliyevin 5 uşağı var. Onlardan dördü məktəblidir. Lakin atasının deməsinə görə, onlar bu il məktəbə gedə bilməyiblər.

Rasif Əliyev kövrək səslə bunun səbəblərini belə açıqlayır:

“Əvvəllər işim var idi, öhdəsindən gəlirdim. İndi işsizəm. Gəlirim yoxdur. Uşaqlarıma çörək tapa bilmirəm. Gəlib qayınatamın evinə sığınmışam. Paltarları, məktəbli ləvazimatları, hətta ayaqqabıları da yoxdur...”

Buna da bax:​ Ata 3 üşağını məktəbə göndərə bilmədi...

“Uşağım ötən il dördüncü sinfi fərqlənmə ilə bitirib”

Rasif Əliyev deməsinə görə, kömək almaq məqsədi ilə rayon İcra Hakimiyyətində də olub:

Rasif Əliyev
Rasif Əliyev

“Bizi təhsil şöbəsinə göndərdilər. Təhsil şöbəsinin müdirinə dedim ki, uşaqları məktəbə göndərə bilmirəm. Sonra bizi narahat edərsiz ki, nə üçün uşaqları məktəbə göndərmirik. Müdir mənim yanımda işçilərinə dedi ki, bu kişi uşaqlarını məktəbə göndərməsə onu narahat etməyin. Məktəbə də bu barədə tapşırıq verin. Uşağım ötən il dördüncü sinfi fərqlənmə ilə bitirib. Ölkəmizin bu qədər sərvəti var....”

Buna da bax:​ Zərqavalılardan məktəb tələbi

“15 gün pambıq sahəsində işlədik, pulumuzu vermədilər”

Həyətdə oynayan uşaqların yalın ayaqlarını göstərir. Sonra başını aşağı salaraq sözünə davam etdirir:

“İnanın, aciz deyilik. Hansı iş olursa olsun, işləyərəm. Həyat yoldaşmı götürüb Sabirabadda pambıq yığımına getdik. 15 gün pambıq sahəsində işlədik, pulumuzu vermədilər, geri qayıtdıq. Əlimizdə 5-6 manat var idi, o da xərcləndi. İş istəyirəm, pul qazanıb ailəmi saxlamaq istəyirəm. Heç yerdə iş yoxdur. Hərə öz adamını işə götürür. Məni narahat edən uşaqlarımın gələcəyidir. Onlar necə olacaq? İmkan olsaydı bu ölkədən gedərdim...”

“Sabah gəlib deyəcəyik ki, oğlunu ver bizə orduya aparaq”

Buna da bax:​ Miyankü kəndində valideynlər uşaqları məktəbə buraxmaq istəmir

Rasif Əliyevin həyat yoldaşı Zülfiyyə Əliyeva da göz yaşlarını saxlaya bilmir. Həyəcanla danışır:

Resident of Ojakaran village of Astara region Zulfiyya Aliyeva. Azerbaijan. sept.2017
Resident of Ojakaran village of Astara region Zulfiyya Aliyeva. Azerbaijan. sept.2017

“Məktəbli uşaqlarımın təkcə paltarları 200 manatdan çox pul edir. Hər şey bahadır. Neçə illərdir qapıları döyürük, iş istəyirik. İş vermirlər. Eşidirik, çoxlu iş yeri açılıb. Ancaq o iş yerlərini görmürük. Hökumət də millətinin qayğısına qalmalıdır. Qalmır. Sabah gəlib deyəcəyik ki, oğlunu ver bizə orduya aparaq. Hökumət mənə hansı köməyi edir ki, ona oğul verək?”

On yaşlı Aynur Əliyeva: “Məktəbə getmək istəyirəm”

Buna da bax:​ 80 min uşaq məktəbə getmir

On yaşlı Aynur Əliyeva anasından soruşur:

On yaşlı Aynur Əliyeva
On yaşlı Aynur Əliyeva

“Bu əmi bizə paltar verəcək? Məktəbə getmək istəyirəm. Qələm, çanta istəyirəm. Heç nəyim yoxdur...”

“Hökumət gərək belə ailələrə dəstək ola”

Həyətə gələn Əliyevlərin qonşusu Mahir Quliyev də iqtisadi vəziyyətin ağırlığından danışır:

“Bunların vəziyyəti həqiqətən də yaxşı deyil. Demək olar ki, aclıq çəkirlər. Əvvəllər iş var idi, ataları işləyirdi. İndi isə iş yoxdur. Kənardan edilən kömək 1-2 gün olar. Hökumət gərək belə ailələrə dəstək ola. Varlı dövlətik. Ancaq belə ailələr yoxluqdan əziyyət çəkirlər”.

Buna da bax:​ Xaçmazın Hacıisaoba kəndində susuzluq

Baba: "Paltar olsaydı göndərərdik məktəbə, sonra qalan şeyləri alardıq"

Rasif Əliyevin qayınatası 65 yaşlı Cahangir İsayev də deyir ki, ailə böyükdür, qazanc isə az:

Cahangir İsayev
Cahangir İsayev

“Qızımın ailəsindən başqa, iki oğlumun da ailələri yanımda yaşayırlar, 17 nəfərdirlər. Xırda sənətkarlıqla məşğulam. Onların hamısını mən saxlayıram. Cavan adamlardır, iş tapa bilmirlər. Çox narahatam. Qızımın uşaqları böyük nəvələrimdir. Məktəblidirlər. Fikirləşdik ki, oğlan gedib pambıq sahəsində işləməyə, əli dolu gələcək. Uşaqlarına məktəbli formaları alacaq. Ancaq əli boş gəldi. Paltar olsaydı göndərərdik məktəbə, məktəbdən qalmazdılar. Sonra qalan şeyləri alardıq. Əlimizdə pul yoxdur. Heç kim də kömək etmir. Xəcalət çəkirəm ki, uşaqlar məktəbdən qaldılar. Onların üzünə baxa bilmirəm. Çörəklərini güclə çatdırıram”.

Buna da bax:​ «Kitab oxumayan uşaq... əl atır kəndirə»

Astara Rayon Təhsil Şöbəsindən bildiriblər ki, imkansız məktəblilərə hər hansı güzəşt nəzərdə tutulmayıb. Onlar məktəbli paltarı, çanta paylamırlar.

Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsindən də eyni cavab verilib.

Rasif Əliyev deyir ki, ünvanlı sosial yardımı almaqdan ötrü müvafiq orqanlara müraciət də edib. Ona kart da verdilər. Lakin bir neçə aydan sonra yardım verməkdən imtina edilib:

“Ötən ilin sonlarında ərzaq yardımı da yazmışdılar. Bu yardımı da ala bilmədik. Yaşamaq bizə ağır yükə çevrilib. Hara gedirik sinəmizdən vururlar...”

XS
SM
MD
LG