Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 04:37

ATƏT Müşahidə Missiyasının rəhbəri: 'Bəzən qutularda bülletenlərin sayı səs verənlərdən çox olurdu'


Yoan Mörfi
Yoan Mörfi

ATƏT-in seçkini izləyən Müşahidə Missiyası Azərbaycan hökumətinin təzyiqi altında olması barədə iddialara cavablandırıb.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçki müşahidə missiyasına rəhbərlik edən İoğan Mörfi fevralın 8-də mətbuat konfransında bu haqda suala cavab olaraq bildirib ki, hər təşkilatın öz mandatı var: "Əvvəllər Azərbaycandakı seçkilərin müşahidəsində başqa təşkilatlarla əməkdaşlıq etmişik. Bizim öz metodologiyamız var. Bu metodologiya istənilən təzyiqlərə qarşı dözümlüdür".

ATƏT-in qısamüddətli müşahidəçilərinin xüsusi əlaqələndiricisi Artur Qerasimov da təzyiq altında olmadıqlarını vurğulayıb: "Bizim qaydalarımız, prinsiplərimiz var. Avropa Şurası Parlament Assambleyası da yaxşı tərəfdaşdır".

APA üzvü, almaniyalı deputat Frank Şvabe bir müddət öncə BBC-yə müsahibəsində ATƏT-in Müşahidə Missiyasının Azərbaycanda təzyiq altında olduğunu demişdi.

Müşahidə Missiyası seçkiyə dair qiymətləndirmə bəyanatının öncədən hazır olması, orada yalnız tənqidi məqamlara yer verilməsi haqda iddiaları da təkzib edib.

"Bizim müşahidəçilərimiz nələri görüblərsə, onları da qeyd eləmişik. Bir-birinə oxşar imzalar, qruplar şəklində səsvermədə iştirak, qutuların lazımi şəkildə möhürlənməməsi kimi hallar müşahidə olunub. Bundan başqa, bir sıra hallarda qutularda bülletenlərin sayı səs vermiş adamların sayından çox olub" - Mörfi belə deyib.

Müharibə muzeyi

ATƏT Parlament Assambleyası nümayəndə heyətinin rəhbəri Daniela De Ridder də faktlara əsaslandıqlarını vurğulayıb. Onun sözlərinə görə, fevralın 7-də müşahidə apardığı orta məktəb binasında müharibə muzeyi görüb: "Bu da azərbaycanlılar üçün məsələnin nə dərəcədə dərin olduğunu göstərir".

O, Azərbaycanda qadınların ölkənin ictimai-siyasi həyatında yetərincə təmsil olunmadığını da vurğulayıb.

Özünün də vaxtilə jurnalist olduğunu söyləyən Ridderin sözlərinə görə, Müşahidə Missiyası Azərbaycanda müstəqil jurnalistlərin hansı şəraitdə fəaliyyət göstərməsi barədə məlumatlıdır. O, prezident Əliyevi azad medianın fəaliyyətinə imkan yaratmağa çağırıb: "Azad və ədalətli seçkinin əsas şərtlərindən biri müstəqil medianın fəaliyyətinə imkan verilməsidir. Açıqlanan rəqəmlərə görə, seçicilərin 76.7 faizi seçkiyə qatılıb. Prezident Əliyev 93 faizdən çox səs toplayıb. İndi prezident daha çox azad mətbuata imkan yaratmalıdır. Dünən xalq ona dəstək olub".

Bir kabinəyə eyni vaxtda iki şəxs daxil olur
Gözlə

No media source currently available

0:00 0:00:17 0:00

Xatırlatma

Azərbaycanda fevralın 7-də növbədənkənar prezident seçkisi keçirilib.

Mərkəzi Seçki Komissiyasının (MSK) açıqlamasına görə, ilkin nəticələrə əsasən, hazırkı prezident İlham Əliyev 92.05 faizlə irəlidədir. Digər namizədlər isə 0.53-2.18 aralığında faiz toplaya biliblər.

Ekspertlər və siyasilər isə seçki prosesini birmənalı dəyərləndirmirlər.

Ölkə qanunvericiliyə əsasən, əslində prezident seçkiləri 2025-ci ildə keçirilməli idi. Amma dövlət başçısı İlham Əliyev seçkinin tarixinin bir il önə çəkilməsini artıq Azərbaycanın bütün ərazilərində suverenliyin bərpa olunması ilə izah edib. (2020-ci ildə Ermənistanla 44 günlük savaş, ötən il isə qısa hərbi əməliyyatlarla Dağlıq Qarabağ və ətraf 7 rayon işğaldan azad edilib)

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP), Müsavat kimi bəzi müxalifət qüvvələri bunu "qəfil seçki" adlandıraraq hakimiyyətin əslində rəqabətli, sivil mübarizəyə hazır olmadığını bəyan edirlər. Onlar bu seçkilərdə iştirakdan imtina ediblər. Rəsmilər isə deyir ki, ölkədə azad və ədalətli seçkilər üçün bütün imkanlar var.

XS
SM
MD
LG