Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 01:30

COVID-19: Azərbaycan və Ermənistan təhlükəsiz ölkələr siyahısından çıxarıldı


Avropa Şurasının tövsiyələrində bildirilir ki, sözü gedən siyahıya hər iki həftədən bir təkrar baxış keçirilməlidir

Avropa Şurası Avropa İttifaqı ərazisinə qeyri-zəruri səfərlər üzərindən məhdudiyyətlərin qaldırılması təlimatına uyğun olaraq siyahıya baxış keçirərək dəyişiklik edib.

Bu dəyişikliyə əsasən Uruqvay koronavirusdan təhlükəsiz ölkələr siyahısına daxil edilib və 6 ölkə isə bu siyahıdan çıxarılıb.

Bunlar – Albaniya, Azərbaycan, Bruney, Ermənistan, Yaponiya və Serbiyadır.

Avropa İttifaqı bu ölkələrdən qeyri-zəruri səfərlər üzərindən müvəqqəti məhdudiyyətlərin qaldırılmasını planlaşdırırdı.

Amma indi bu ölkələrdən Avropa İttifaqına qeyri-zəruri səfərlər üçün məhdudiyyətlər tətbiq ediləcək.

Şuranın tövsiyələrində bildirilir ki, sözü gedən siyahıya hər iki həftədən bir təkrar baxış keçirilməlidir.

Avropa indi bu ölkələri də təhlükəsiz sayır

Beləliklə, sentyabrın 9-dan Avropa İttifaqına üzv ölkələr aşağıdakı qeyri-ittifaq ölkələrinin vətəndaşlarının səfərləri üçün məhdudiyyətləri tədricən qaldırmalıdırlar:

Avstraliya

Bosniya-Herseqovia

Kanada

İordaniya

Yeni Zelandiya

Qətər

Moldova Respublikası

Səudiyyə Ərəbistanı

Sinqapur

Cənubi Koreya

Ukrayna

Uruqvay

Urquvay siyahıya yenicə daxil edilib, Çinin bu siyahıya düşməsi üçün onun da Avropa İttifaqından qeyri-zəruri səfərlər üzərindən məhdudiyyətləri qarşılıqlı şəkildə qaldırması tələb olaunur.

Rəsmən Çinin tərkibinə daxil Tayvan və Honq Konq üçün də məhdudiyyətlər tədricən qaldırılmalıdır.

Kriteriyada vaksinasiynın gedişi nəzərə alınır

Şuranın tövsiyələrinə görə Andorra, San Marino və Vatikan vətəndaşlarına ittifaq ölkələrinə şamil edilən qaydalar tətbiq olunur.

Avropa Şurasının siyahısı üçüncü ölkələrdə epidemioloji vəziyyət və pandemiyaya qarşı ümumi mübarizənin səviyyəsi əsasında, qiymətləndirmə yolu ilə tərtib edilir.

Bu da xatırladılır ki, məhdudiyyətlərin qaldırılması, sözü gedən qeyri-ittifaq ölkələrindən Avropa İttifaqı üzvlərinə qoyulan məhdudiyyətlərin qarşılıqlı qaldırılmasını nəzərdə tutur.

Tövsiyələrin tərtibində Şengen zonasına üzv olan qeyri-ittifaq ölkələri - İslandiya, Lixtenşteyn, Norveç və İsveçrə də iştirak edirlər.

Tövsiyələr ilk dəfə 2020-ci ilin 30 iyunundan tətbiq olunur. Bu il mayın 20-dən təhlükəsiz ölkə kriteriyasında sözü gedən ölkələrdə vaksinasiyanın gedişi də nəzərə alınır.

Diqqətəlayiqdir ki, Avropa Şurasının tövsiyə siyahısı üzv ölkələr üçün məcburi deyil. Başqa sözlərlə hər hansı qeyri-ittifaq üzvü ilə qarşılıqlı səfərlər qaydasını üzv ölkələrin özləri müəyyən edə bilərlər.

Buna baxmayaraq tövsiyə siyahısında olmayan ölkələrlə qarşılıqlı səfərlər məsələsinıə baxarkən üzv ölkələr qərarlarını Avropa İttifaqı ilə koordinasiya etməlidirlər.

XS
SM
MD
LG