Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 10:35

Avropa miqrantlar üçün rəqəmsal hasar çəkir


Yunanıstan sərhədində miqrantlar
Yunanıstan sərhədində miqrantlar

İnsan haqları qruplarının fikrincə, yeni texnologiya müharibələrdən, çətinliklərdən qaçanların işini daha da çətinləşdirəcək

Sərhəd polisi zirehli maşının üzərindən sərhədin o tayına qulaqbatırıcı səs buraxır... “Associated Press” agentliyi Yunanıstanın Türkiyə ilə sərhədində miqrantların qarşısını almaqdan ötrü çəkilmiş hasardan yazır.

Agentlik koronavirus pandemiyası dövründə iki ölkənin 200 kilometrlik sərhədi boyunca yeni rəqəmsal sədd ucaldıldığını yazır. Məqsəd Avropa Birliyinə qanunsuz keçənlərin qarşısını almaqdır.

Metro açıldı: 'Havalandırma sistemi virusun qarşısını almır'
Gözlə

No media source currently available

0:00 0:04:25 0:00

3 milyard avro

ABŞ-Meksika sərhədindəki səddə bənzəyən hasar iki ölkəni ayıran Evros çayı boyunca çəkilir.

Müşahidə qüllələrində uzaq məsafəli kameralar, gecə müşahidə qurğuları, çoxsaylı sensorlar yerləşdirilir. Süni intellekt (Sİ) vasitəsilə şübhəli hərəkət müəyyənləşdiriləcək və nəzarət mərkəzlərinə göndəriləcək.

“Nəyin baş verməsi haqda bizdə öncədən aydın mənzərə olacaq”, – polis mayoru Dimonstenis Kamargios agentliyə deyib.

2015-16-cı illərin qaçqın böhranından sonra Avropa Birliyi təhlükəsizlik texnologiyası araşdırmalarına 3 milyard avro (3.7 milyard dollar) xərcləyib. Sözügedən dövrdə Suriya, İraq və Əfqanıstandan 1 milyondan çox insan Yunanıstana, oradan da AB-nin digər üzvlərinə yollanmışdı.

Agentlik qeyd edir ki, sərhəddə quraşdırılan avtomatlaşdırılmış müşahidə şəbəkəsinin hədəfi miqrantları erkən aşkarlayaraq sərhəddən keçmələrini önləməkdir.

Sİ ilə işləyən yalan detektorları

Kamargios şəbəkənin əsas elementlərinin ilin sonuna işə salınacağını bildirib: “Vəzifəmiz miqrantların ölkəyə qanunsuz keçməsini önləməkdir. Bundan ötrü bizə müasir avadanlıq və alətlər lazımdır”.

Avropanın müxtəlif universitetlərində çalışan tədqiqatçılar özəl firmalarla işləyərək futurist müşahidə və verifikasiya texnologiyası hazırlayıb, Yunanıstan sərhədlərində ondan artıq layihədə sınaqdan çıxarıblar.

Məsələn, Sİ ilə işləyən yalan detektorları, müsahibə alan virtual sərhədçilər pilot layihə kimi işə salınıb. Yaxud ovuc skanerləri insanın əlində nadir damarı qeydə alaraq biometrik müəyyənləşdirici kimi istifadə edirlər.

Test işləri Macarıstanda, Latviyada, AB-nin şərq sahili boyunca digər yerlərdə də aparılıb.

Agentlik son beş ildə Avropanın blokdan kənar qonşuları ilə miqrantlarla bağlı sazişlər əldə etdiyini, ancaq bu regional razılaşmaların AB-ni qonşularının siyasi təzyiqinə məruz qoyduğunu yazır.

İnsan haqları məsələsi

Ötən ayın əvvəlində bir günün içində minlərlə miqrant Mərakeşdən İspaniyanın Ceuta anklavına keçib və İspaniya ordudan istifadə etməli olub. Ötən il Yunanıstan-Türkiyə sərhədində oxşar böhran üç həftə çəkib.

İnsan haqları qruplarının fikrincə, yeni texnologiya müharibələrdən, çətinliklərdən qaçanların işini daha da çətinləşdirəcək.

Avropa Parlamentinin Almaniyadan olan üzvü Patrik Breyer AB-nin tədqiqat qurumunu məhkəməyə verib, Sİ-lə işləyən yalan detektoru proqramının detallarının ictimaiyyətə açıqlanmasını tələb edib.

Londondan yerləşən “Privacy International” qrupunun mövqeyincə, sərhəd siyasətinin sərtləşdirilməsi miqrasiya məsələsində sərt mövqe tutmuş Avropa liderləri üçün siyasi mükafat olar.

Pandemiya dövründə Avropanın bir çox yerlərinə miqrant axını isə azalıb. Məsələn, 2019-cu ildə Yunanıstana 75 minə yaxın miqrant getmişdisə, 2020-ci ildə 15 min 700-ə düşüb, yəni 78% azalma baş verib.

XS
SM
MD
LG