Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 13:42

Avropa Parlamenti Şərq Tərəfdaşlığı ilə ‘vahid məkan’ yaradılmasına çağıracaq


Avropa Parlamenti
Avropa Parlamenti

Avropa Parlamenti Avropa İttifaqı və 6 keçmiş sovet respublikasından ibarət Şərq Tərəfdaşlığı arasında “vahid iqtisadi məkanın” yaradılmasına və sözü gedən respublikaların “tədricən” bloka inteqrasiya olunmasına çağıran hesabat layihəsi hazırlayıb.

Aprelin 15-də AzadlıqRadiosunun da layihə mətni ilə tanış olduğu bu hesabatda, habelə Rusiyanın Şərq Tərəfdaşlığı öllkələrinə - Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Ukrayna və Moldovaya qarşı, stabilsizləşdirmə, müdaxilə və ilhaq da daxil “qanunsuz” hərəkətləri pislənir.

Sözü gedən sənəd qarşıdan gələn həftələrdə Avropa Parlamenti Xarici İşlər Komitəsində müzakirə olunacaq və potensial baxımdan may ayında parlamentin tam heyəti tərəfindən qəbul edilə bilər.

Avropa İttifaqının 27 üzvü və Şərq Tərədaşlığına daxil 6 ölkənin birgə sammiti iyunun 18-də Brüsseldə keçirilməlidir.

Lakin Avropa İttifaqı diplomatlarından biri AzadlıqRadiosuna deyib ki, sammit koronavirus pandemiyası ilə bağlı şəraitə görə ilin ikinci yarısına saxlana bilər.

Respublikaları Rusiyadan qorumaq

Hesabatda üstüörtülü olaraq keçmiş sovet respublikalarının Avropa İttifaqına və NATO-ya yaxınlaşmasına qarşı olan Rusiyaya işarə ilə bildirlir ki, 6 keçmiş sovet respublikası hər biri ayrı-ayrılıqda İttifaqla əməkdaşlığının dərinliyini seçmək kimi suveren hüquqa malikdir.

Hesabatda deyilir ki, Avropa Parlamenti bu 6 ölkənin sərbəst siyasət yeritmək hüququnu təsbit edəcək.

Sənəddə habelə Şərq Tərfdaşlığının ərazisində beynəlxalq qanunun təməl prinsiplərinin və normalarının pozulması kəskin tənqid olunur.

Gürcü etirazçı separatçı Cənubi Osetiya ilə sərhəddə
Gürcü etirazçı separatçı Cənubi Osetiya ilə sərhəddə

Hesabatda bildirlir ki, “Şərq Tərəfdaşlığı ölkələrindən bəzilərinin ərazilərinə qarşı Rusiya Federasiyasının “gücdən istifadəsi, müdaxiləsi, qeyri-stabbilik yaratması, ilhaqı, sərhəd bölgələrinin qəsbi qanunsuzdur”.

Rusiya, məsələn Gürcüstanın Abxaziya və Cənubi Osetiya separatçı bölgələrində 2008-ci il müharibəsindən bəri öz qoşunlarını yerləşdirib.

Dünyanın əksər ölkələri bu bölgələri Gürcüstan ərazisi kimi tanımaqda davam edir.

Rusiya Federasiyası habelə 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edib. Onun bu yarımadada keçirdiyi rederendum azı 100 ölkə tərəfindən qanunsuz adlandırılıb.

Moskva bundan başqa Ukraynanın şərqindəki separatçılara canlı qüvvə və hərbi texnika ilə dəstək verir.

Rominqsiz məkan, vahid bazar, universitet

Lap əvvəlindən Avropa İttifaqının şərqə doğru genişlənməsinə tərəfdar olan Avropa Parlamentinin hazırladığı hesabat layihəsində deyilir ki, Şərq Tərəfdaşlığının nizamnaməsi bu ölkələrin bloka üzvlüyünü nəzərdə tutmasa da, 6 respublikanın “tədricən” İttifaqa inteqrasiya olunması tam mümkündür.

Sənəddə bildirilir ki, Avropa millət vəkilləri daha dərin və sıx inteqrasiya məqsədilə vahid iqtisadi məkanın yaradılmasına tərəfdardırlar.

Bu da bildirilir ki, Avropa Parlamentinin deputatları 6 ölkənin Avropa İttifaqı ilə enerji ittifaqına, nəqliyyat şəbəkəsinə və vahid rəqəmsal bazara daxil edilməsini istəyirlər.

Telekommunikasiyalar sahəsində təkliflərdən biri də tez bir zamanda Avropa İttifaqı ilə Şərq Tərəfdaşlığı arasında “rominqdən azad” məkanın yaradılmasıdır.

Başqa bir təklifdə isə Kiyevdə Şərq Tərəfdaşlığı Universitetinin yaradılması zərurəti vurğulanır.

Sənəd layihəsində habelə Ukrayna-Rusiya sərhədi boyunca yerləşdirilmək üçün geniş beynəlxalq sülhməramlı qüvvənin təşkilindən söhbət açılır.

Şərq Tərəfdaşlığı proqramı 2009-cu ildə 6 keçmiş sovet respublikasının Avropa İttifaqı ilə daha sıx inteqrasiyası məqsədilə yaradılıb.

Gürcüstan, Moldova və Ukrayna artıq indiyədək Avropa İttifaqı ilə assosiasiya sazişlərini imzalayıb.

Brüssel və Azərbaycan belə bir sazişin müzakirəsini davam etdirir.

XS
SM
MD
LG