Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:45

Avropa və NATO Ukraynaya bir daha dəstək bildirir


French President Macron welcomes EU Commission President van der Leyen at the Elysee Palace in Paris
French President Macron welcomes EU Commission President van der Leyen at the Elysee Palace in Paris

ABŞ və Avropa İttifaqı bəyan ediblər ki, Rusiya Ukraynaya müdaxilə edərsə, Moskva üzərinə ən ağır sanksiyalar qoyulacaq və ən sərt tədbirlərə əl atılacaq

NATO-ya üzv 30 ölkənin xarici işlər nazirləri yanvarın 7-də keçirdikləri videokonfransın ardınca Rusiyanın Ukraynada hər hansı hərbi hərəkətinin əleyhinə olduqlarına dair bəyanatla çıxış ediblər.

Bu barədə NATO-nun yazdığı tvitdə deyilir:

"Bütün NATO ölkələrinin xarici işlər nazirləri bugünkü fövqəladə sessiyada Rusiyanın Ukraynaya qarşı təcavüzünə qarşı bir olduqlarını bir daha təsdiqləyiblər. Qarşıdan gələn NATO-Rusiya Şurası iclasının ərəfəsində nazirlər diplomatiyaya, dialoqa və de-eskalasiyaya ehtiyac olduğunu vurğulayıblar”.

ABŞ və Rusiyanın vəzifəli rəsmiləri böhranın aradan qaldırılması üçün yanvarın 10-da Cenevrədə görüşməlidirlər.

Eyni gündə Ukrayna xarici işlər naziri Dmitro Kulebanın Brüsseldə NATO qərargahına səfəri gözlənilir.

Yanvarın 13-14-də isə Avropa İttifaqının xarici işlər nazirləri Fransanın şimal-qərbində görüş keçirəcəklər.

Onların bu görüşdə Rusiya Ukraynaya təcavüz etdiyi təqdirdə Moskvaya qarşı sərt sanksiyalar barədə ortaq mövqe nümayiş etdirəcəkləri gözlənilir.

Qazaxıstanda qarşıdurma: aksiyaçılardan hələ də xəbər almaq mümkün olmur
Gözlə

No media source currently available

0:00 0:02:03 0:00

“Ukraynanın lap yanındayıq”

Avropa Komissiyasının rəhbərliyi və Fransa hökuməti ABŞ-la Rusiya arasında aparılacaq diplomatiyada Avropa İttifaqının tam təmsil olunmasına tərəfdar olduqlarını bildiriblər.

Komissiyanın başçısı Ursula von der Leyen yanvarın 7-də bəyan edib:

“Bir məsələ tam aydındır. Avropasız heç nə həll oluna bilməz. İstənilən həll prosesində Avropa iştirak etməlidir”.

ABŞ və Avropa İttifaqı bəyan ediblər ki, Rusiya Ukraynaya müdaxilə edərsə, Moskva üzərinə ən ağır sanksiyalar qoyulacaq və ən sərt tədbirlərə əl atılacaq.

Rusiya Qərbdən NATO-nun şərqə doğru genişlənməyəcəyinə, habelə Ukrayna və Gürcüstan da daxil heç bir keçmiş sovet respublikasının alyansa üzv olmayacağına dair yazılı qarantiya tələb edir.

Qərb Rusiyanın NATO-ya ultimatumlarını rədd etdiyini bildirib.

Von der Leyen deyib ki, “Avropa İttifaqı Kiyevə verdiyi milyardlarla avroluq dəstəklə Ukraynanın lap yanındadır”.

Fransa Rusiya ilə separat danışıqlar istəyir

Xanım Von der Leyenlə mətbuat konfransında danışan Fransa prezidenti Emmanuel Makron gələn həftə keçiriləcək ABŞ-Rusiya danışıqlarını alqışlayıb, lakin əlavə edib ki, “Avropanın təhlükəsizlik binasını tikmək bizim vəzifəmizdir”.

Yanvar ayından Fransanın Avropa İttifaqında rotasiyalı 6 aylıq sədrliyi başlanıb.

Makron deyib ki, Birləşmiş Ştatlarla Rusiya arasında danışıqlar “çox yaxşıdır” və “avropalılarla amerikalılar arasında koordinasiya da çox mühümdür”.

Bununla belə o, Avropa İttifaqını Rusiya ilə ayrıca danışıqlar keçirməyə çağırıb.

O əlavə edib ki, “dialoq hələ güzəşt demək deyil”.

XS
SM
MD
LG