Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:26

Ermənistan və Qazaxıstan Rusiyanı Avropa malları ilə təchiz edir?


Avropa İttifaqı Ermənistan və Qazaxıstandan Rusiyaya məişət texnikası təchizatının artmasından nigarandır

Rusiyaya qarşı sanksiyalara görə bu ölkədən idxalın həcmi kəskin düşüb. Amma bəzi ölkələr, o cümlədən Türkiyə, Hindistan və Braziliya fevralın sonlarından bəri Rusiyadan idxalı əhəmiyyətli dərəcədə artırıblar.

Bu barədə The New York Times qəzeti yazıb.

Qəzet yazır ki, Rusiyadan mal idxalını Hindistan 430 faiz, Türkiyə 213 faiz, Braziliya isə 166 faiz artırıblar.

Avropa İttifaqı üzvlərindən Rusiyadan idxalın həcminə görə Belçika liderdir. Belçika Rusiyadan idxalı 130 faiz, İspaniya 112 faiz, Niderland 74 faiz artırıblar.

Bununla belə The New York Times qəzetinin araşdırdığı demək olar bütün ölkələr Rusiyaya mal ixracını azaldıblar.

Burada da Türkiyə istisna təşkil edir. Türkiyə Rusiyaya mal ixracını 113, Çinsə 24 faiz artırıblar.

Hətta elektrik südsoranları

Bugünlərdə Bloomberg yazmışdı ki, Avropa İttifaqı Ermənistan və Qazaxıstandan Rusiyaya məişət texnikası təchizatının artmasından nigarandır.

Avropa Statistika Agentliyinin məlumatına görə ilin ilk səkkiz ayı ərzində Ermənistan Avropa İttifaqından son iki ildə olduğundan daha çox paltaryuyan maşın idxal edib.

Avrostatın məlumatına görə Qazaxıstan Avropa İttifaqından 21.5 milyon dollar dəyərində soyuducu idxal edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə üç dəfə çoxdur.

Bundan başqa Ermənistan və Qazaxıstan elektrik südsoranlarının idxalını kəskin artırıb, halbuki hər iki ölkədə doğumların sayı azalmaqdadır.

Qəpik-quruşa işləyən məktəb psixoloqlarından keyfiyyətli iş tələb etmək olarmı?
Gözlə

No media source currently available

0:00 0:07:42 0:00

Rusiyaya Avropadan 9 milyard dollarlıq mal gəlib

Bloomberg-in mənbələri bildirirlər ki, məişət texnikasındakı bir sıra komponent və mikrosxemlərdən hərbi məqsədlərlə istifadə oluna bilər.

Ekspertlər deyirlər ki, Brüsselin narahatlığını artıran da məhz budur.

Rusiyanın İqtisadi İnkişaf Nazirliyi bildirir ki, sentyabr ayında Rusiyaya paralel idxal xətti ilə ümumi dəyəri 9 milyard dollar olan mal gətirilib.

Rusiyanın Ukraynaya əsassız və səbəbsiz hərbi müdaxiləsinə görə ABŞ, Britaniya və Avropa İttifaqı Moskvaya qarşı sanksiyalar elan edib.

Bu sanksiyalara görə Rusiyadan enerji resurslarının, xammalın, zinət əşyalarının, kosmetika və siqaretlərin idxalına məhdudiyyətlər qoyulub.

XS
SM
MD
LG