Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:50

Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlanır


Avropa İttifaqının xarici işlər komissarı Jozep Borrel
Avropa İttifaqının xarici işlər komissarı Jozep Borrel

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Ukraynada müharibənin davam etdirilməsi üçün qismən səfərbərlik elan edib

Avropa İttifaqının xarici işlər komissarı Jozep Borrel Moskva Ukrayna müharibəsi üçün qismən səfərbərlik elan etdikdən sonra bildirib ki, Rusiyaya qarşı yeni cəzalandırıcı tədbirlər paketi hazırlanacaq:

"Biz qərara gəlmişik ki, partnyorlarımızla koordinasiyalı şəkildə mümkün qədər tez Rusiyaya qarşı yeni məhdudlaşdırıcı tədbirlər hazırlayaq”.

Borrel bu bəyanatı sentaybrın 21-də Aİ xarici işlər nazirlərinin təcili iclasından sonra verib.

İclas Nyu Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının əsnasında keçirilib.

Borrel bildirib ki, Rusiyaya qarşı sanksiyalar həm fərdi, həm də sektorlar üzrə olacaq.

Onun sözlərinə görə yeni sanksiya paketi barədə qərar Aİ nazirlərinin rəsmi iclasında veriləcək.

Avropanın qətiyyəti pozulmayacaq

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Ukraynada müharibənin davam etdirilməsi üçün qismən səfərbərlik elan edib.

Eyni zamanda Ukraynada Rusiyanın işğalı altında olan ərazilərin Rusiyaya birləşdirilməsi üçün referendumların keçiriləcəyi elan edilib.

Putin habelə, Ukraynada “xüsusi əməliyyatın” bütün vəzifələrinin “nəyin bahasına olursa olsun” icra olunacağını və blef etmədiyini deyib.

Beynəlxalq birlik Putinin bu sözlərini “açıq nüvə hədəsi” kimi qiymətləndirib.

Borrel deyib ki, “nüvə silahına eyham vurulmasıl bizim qətiyyətimizi, qərarlığımızı və Ukrayna ilə yekdil birliyimizi pozmayacaq”.

Aİ xarici işlər komissarı deyib ki, blok Ukraynaya onun ərazi bütövlüyünü müdafiə edə bilməsi üçün lazım olduğu müddətdə dəstək verəcək.

“Həlledici dönüş”

Borrel bildirib Avropanın nüvə silahı ilə hədələnməsi bütün dünya üçün real təhlükədir və beynəlxalq icma buna reaksiya verməlidir.

Aİ nazirlərinin növbəti rəsmi iclası oktyabrın ortalarında keçirilməlidir. O vaxtadək Rusiyaya qarşı 8-ci sanksiya paketi artıq hazır olmalıdır.

Nazirlər habelə Ukraynanın silah-sursatla təchizatını daha da intensivləşdirmək qərarına gəliblər.

Bəzi məlumatlara görə yeni paketə habelə Rusiya neftinin qiymətinə hədd qoyulması daxil ediləcək.

Estoniyanın xarici işlər naziri Urmas Reynsalu Reuters agentliyinə deyib ki, Putin Qərbi qorxudaraq parçalamaq istəyir, lakin onun son çıxışı “həlledici dönüş” nöqtəsi olub:

"Bu tamam fərqli vəziyyətdir. Aviasiyada belə bir deyim var: bütün qaydalar təyyarə qəzaları sərnişinlərinin qanı ilə yazılıb. Bu sanksiyalar paketi də Rusiyanın törətdiyi qırğınlar və qanlarla yazılıb”.

XS
SM
MD
LG