Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 11:42

Avropanın bir neçə şəhərində 'Mehman Hüseynova azadlıq' şüarları səslənib


Almaniya, Azərbaycandakı siyasi məhbuslara azadlıq tələbi ilə aksiya keçirilib, 12 mart 2017
Almaniya, Azərbaycandakı siyasi məhbuslara azadlıq tələbi ilə aksiya keçirilib, 12 mart 2017

Martın 12-də Almaniyanın bir neçə şəhərində yenicə həbs olubmuş azərbaycanlı bloqqer Mehman Hüseynova və həbsdə olan digər ictimai fəalların, müxalifət təmsilçilərinin azadlığa buraxılması tələbi ilə aksiyalar keçirilib.

Mehman Hüseynov
Mehman Hüseynov

Bu barədə Müsavat Avropa Koordinasiya Mərkəzi məlumat yayıb.

Aksiyalar Almaniyanın Düsseldorf, Mainz və Nürnberg şəhərlərində, eləcə də, İsveçin paytaxtı Stokholmda eyni vaxta keçirilib.

İştirakçıların tələbləri bloqqer Mehman Hüseynovun dərhal azadlığa buraxılması, jurnalistlərə, ictimai fəallara qarşı hakimiyyətin apardığı radikal addımlarına son verilməsi tələb olunub.

Müsavat Avropa Koordinasiya Mərkəzi 2015-ci ildə Almaniyada təsis edilib və 2016-cı ildə qeydiyyata alınıb.

Koordinasiya Mərkəzi bu il fevralın 18-də Almaniyada «Siyasi məhbuslara azadlıq!» şüarı ilə aksiya keçirmişdi. Həmin aksiyadan sonra etiraz tədbirlərinin təşkil edən, eləcə də, aksiyada iştirak edənlərin Azərbaycandakı yaxınlarının polisə çağırıldığı, sorğu-sual edildiyi bildirilirdi.

Müsavat Partiyasının sabiq və hazırkı başqanları İsa QəmbərArif Hacılı, eləcə də partiyanın icra aparatının rəhbəri Gülağa Aslanlı da BaşProkurorluğa çağırılmış, onların ifadələri alınmışdı.

XS
SM
MD
LG