Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 19:55

Həbs uzadılsa da istintaq aparılmır


Fuad Əhmədli
Fuad Əhmədli

Kürdəxanı təcridxanasında saxlanılan AXCP fəalı Fuad Əhmədlinin işi ilə bağlı istintaq hərəkəti aparılmır.

F.Əhmədlinin vəkili Əshabəli Mustafayev AzadlıqRadiosuna bildirib ki, F.Əhmədlinin səhhətində problem var.

Vəkil deyir ki, əslində istintaq hərəkətləri yoxdursa, bu istintaq müddətinin uzaıdlmasına ehtiyac yox idi: "Bu artıq şəxsi cəzalandırmaqdır".

Vəkil həbslə bağlı sənədlərin Avropa Məhkəməsinə göndərildiyini də deyib.

F.Əhmədli keçən il avqustun 18-də Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşları tərəfindən saxlanılıb. O səlahiyyəti həddini aşamaq, əməliyyat-axtarış tədbirlərilə bağlı operativ informasiyaları üçüncü tərəfə çatdırmaqda ittiham olunur.

Haqqındakı həbs müddəti martın 12-nə kimi uzadılıb.

XS
SM
MD
LG