Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:54

Azərbaycan aktyorları İranda mükafat alıblar


Musiqili Teatr Üzeyir Hacıbəylinin məşhur “Ər və arvad” ikihissəli musiqili komediyasını təqdim edib.
Musiqili Teatr Üzeyir Hacıbəylinin məşhur “Ər və arvad” ikihissəli musiqili komediyasını təqdim edib.

Azərbaycan Dövlət Musiqili Teatrının İran İslam Respublikasında keçirilən 35-ci Fəcr Beynəlxalq Teatr Festivalında iştirakı uğurla yekunlaşıb.

Teatrdan AzadlıqRadiosu-na verilən xəbərə görə, dünyanın təqribən 20 ölkəsinin təmsil olunduğu bu nüfuzlu festivalda Musiqili Teatr Üzeyir Hacıbəylinin məşhur “Ər və arvad” ikihissəli musiqili komediyasını təqdim edib.

Buna da bax:​ "İlk Azərbaycan operası necə yaranmışdı" - Ceyhun Hacıbəylinin xatirələrindən

Tamaşanın nümayişi anşlaqa səbəb olub. Təbrizli tamaşaçıların xahişi ilə “Ər və arvad” tamaşası ikinci dəfə göstərilib.

Yaradıcı heyətin ruh yüksəkliyi ilə oynadığı səhnə əsəri yüzlərlə Təbriz sakininin böyük coşqusuna səbəb olub.

“Kollektivimizin üç üzvü bu möhtəşəm festivalın mükafatını qazandı. Nahidə Orucova “Ən yaxşı qadın rolunun ifaçısı”, Ələkbər Əliyev və Əkbər Əlizadə isə “Ən yaxşı kişi rolunun ifaçısı” nominasiyası üzrə qalib oldular. Mükafatlar təqdim olunarkən bütün zal ayağa qalxıb onları alqışlayırdı”.

Dövlət Musiqili Teatrının direktoru Əliqismət Lalayev belə deyib.

Buna da bax: "Oğlan evi 2" filminin rejissoru: 'Yaxşı film çəkmək üçün, ən azı, 300 min lazımdı'

35-ci Fəcr Beynəlxalq Teatr Festivalında nümayiş olunan “Ər və arvad” tamaşasının quruluşçu rejissoru Yusif Əkbərov, quruluşçu dirijoru Nazim Hacıəlibəyov, dirijoru Fəxrəddin Atayev, quruluşçu rəssamı Eldar Qurbanov, quruluşçu baletmeysterləri Yelena və Zakir Ağayevlər, xormeysteri Vaqif Məstanovdur. Tamaşada rolları Nahidə Orucova, Ələkbər Əliyev, Əkbər Əlizadə, Gülcahan Salamova, Möylə Mirzəliyev, Ağaxan Şərifov, Hüseyn Əlili və Əliməmməd Novruzov ifa ediblər.

XS
SM
MD
LG