Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 08:22

Hökumətin xarici investisiyalara dair açıqladığı rəqəmlər nə qədər gerçəkdir?


Digər sahələrdə olduğu kimi, xarici investisiya baxımından da Azərbaycanda enerji sektorundan kəskin asılılıq var
Digər sahələrdə olduğu kimi, xarici investisiya baxımından da Azərbaycanda enerji sektorundan kəskin asılılıq var

Son günlər hökumətə yaxın media orqanlarında Azərbaycanın qlobal investisiya mövqeyinə dair müxtəlif iddialar səsləndirilir. Bunlardan ilkində iddia edilirdi ki, Beynəlxalq Valyuta Fondunun fikrincə, Azərbaycan dünyada investisiya cəlbediciliyinə görə ilk 7 ölkədən biridir. Eyni vaxtda hökumətə bağlı media resurslarında bu mövzu ilə bağlı oxşar məzmunlu materialların hazırlanması həmin məlumatın tezis kimi hökumət orqanları tərəfindən ötürülməsinə işarədir. Bəs gerçəkdə Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanın dünyada investisiya cəlbediciliyinə görə ilk yeddilikdə olduğunu açıqlayıbmı?

Azərbaycanın investisiya cəlbediciliyinə görə dünyada ilk 7 ölkə arasında olması barədə bilgiləri axtaranda görünür ki, bu açıqlamanın qaynağı Beynəlxalq Valyuta Fondu deyil, fdiintelligence.com adlı saytdır. Sadəcə, bu sayt investisiya cəlbediciliyi ilə bağlı hesablama apararkən BVF-nin məlumat bazasına istinad edib. Həmin bazada isə BFV-nin hesabladığı hər hansı göstərici deyil, ölkələrin öz statistika orqanlarının hesabladığı inflyasiya, ÜDM artımı kimi göstəricilər yer alır. Bu baxımdan, hökumətə yaxın media orqanlarının BFV-nin guya Azərbaycanı investisiya cəlbediciliyinə görə dünyada ilk 7 ölkə arasında saymasına dair bilgi gerçəyi əks etdirmir. "FDI Intelligence" platformasının hazırladığı siyahıda investisiya cəlbediciliyinə görə ilk üç sırada yerləşən ölkələr - Kamboca, Filippin və Keniya kimi yüksək iqtisadi göstəriciləri olmayan ölkələrdir.

Kimdir o? Həm benzinin bahalaşmasını əsaslandırır, həm də təsdiqləyir
Gözlə

No media source currently available

0:00 0:02:19 0:00

Nazir yanlış bilgiləndirir?

Azərbaycanın investisiya göstəricilərinə dair digər bir iddianı ilk iddiadan bir neçə gün sonra iqtisadiyyat naziri Mikayıl Cabbarov dilə gətirib. Nazir öz açıqlamasında bildirib ki, ötən il ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin TOP100 reytinqinə görə, Bakı 3-cü yerdə qərarlaşıb. Bu dəfə ilk iddiada adı çəkilməyən "FDI Intelligence" nəşrinə istinad edilib. Əslində, həmin açıqlamanın özü də Azərbaycanın dünyada investisiya cəlbediciliyinə görə ilk yeddilikdə olması ilə bağlı hökumət mediasının BVF-yə istinadla yaydığı məlumatı paylaşmasının məqsədli olduğunu sübut edir. Ancaq iqtisadiyyat nazirinin açıqladığı göstərici də gerçəyi tam olaraq əks etdirmir. Belə ki, "FDI Intelligence" nəşrinin bu mövzu ilə bağlı açıqlamasında ötən il ən çox investisiya yatırılan şəhərlər deyil, 2022-ci illə müqayisədə yatırılan investisiyaların həcmində ən çox artım yaşanan şəhərlər qeyd edilir. Bu baxımdan, həmin informasiyanı Bakının 2023-cü ildə dünyada ən çox xaricdən birbaşa investisiya yatırılan ilk üç şəhərdən biri olması kimi təqdim edilməsi tam həqiqətə kölgə salır.

Türkiyəli TIR sürücüləri: 'Dünyanın heç bir yerində Azərbaycan gömrüyündəki qaydalar yoxdur'
Gözlə

No media source currently available

0:00 0:11:04 0:00

Azərbaycanın investisiya göstəriciləri necədir?

Hökumətə yaxın media və hökumət rəsmiləri Azərbaycanda investisiya göstəricilərinə dair tez-tez müsbət tonlu açıqlamalar versələr də, müstəqil iqtisadçılar ölkədə investisiya göstəriciləri ilə bağlı problemlərin olduğunu bildirirlər. Bu baxımdan, ən problemli məqam ölkəyə yatırılan investisiyaların təxminən 80 faizinin neft və qaz sənayesi ilə bağlı olmasıdır. Başqa sözlə, digər sahələrdə olduğu kimi, xarici investisiya baxımından da Azərbaycanda enerji sektorundan kəskin asılılıq var. Qeyri-neft sektoruna xarici investisiyaların çox yatırılmaması əslində ölkədə biznes ortamı ilə bağlı ciddi çağırışlar olmasını göstərir.

Mərkəzi Bankın açıqladığı göstəricilərə görə, ötən il Azərbaycan iqtisadiyyatına 6 milyard 658 milyon dollar xarici investisiya yatırılıb. Bu, 2022-ci illə müqayisədə təxminən 380 milyon dollar artım deməkdir. Azərbaycana ən çox xarici investisiya yatıran ölkə, ənənəvi olaraq, Böyük Britaniyadır. Ötən il Azərbaycan iqtisadiyyatına yatırılan investisiyanın 28 faizi məhz bu ölkənin payına düşüb. Böyük Britaniyanın Azərbaycana ən çox investisiya yatıran ölkə olması səbəbsiz deyil, axı bu ölkəyə məxsus "bp" şirkəti Azərbaycanın neftinin əsas hasilatçısıdır. Böyük Britaniyadan sonra Azərbaycana yatırılan investisiyalara görə ilk üçlükdəki digər iki ölkə Türkiyə (19.6 faiz) və Kiprdir (11.9 faiz).

İlham Əliyev: Gəlin Azərbaycanda biznes qurun
Gözlə

No media source currently available

0:00 0:02:11 0:00

Xarici investorların marağı azdır

Enerji sektoru olmasa, Azərbaycan iqtisadiyyatının xarici investor sarıdan problem yaşayacağını Hesablama Palatasının araşdırması da təsdiqləyir. Palatanın bir müddət öncə Azərbaycan İnvestisiya Şirkətində (AİŞ) apardığı auditdə göstərilirdi ki, bu şirkətin ölkəyə investor cəlb etməklə bağlı fəaliyyətinin səmərəsi az olub. Misal kimi göstərilirdi ki, auditin əhatə etdiyi dövrdə aktiv olan 12 layihədən 6-sının investoru eyni xarici şirkətdir. Bu baxımdan, həmin şirkətlə bağlı yarana biləcək risklər AİŞ-nin bütün fəaliyyətini riskə ata bilər. O da var ki, layihələrə xarici investor marağının, eləcə də digər xarici amillərin düzgün qiymətləndirilməməsi üzündən 2021-ci ildə AİŞ Müşahidə Şurasının təsdiqlədiyi iki layihənin icrası təmin edilməyib və həmin layihələrdə iştiraka dair qərarlar ləğv edilib.

Azərbaycanda neftdənkənar sahələrə xarici investor marağının az olmasının əsas səbəbləri Azərbaycanda biznes mühitində rəqabətin olmaması, məmur sahibkarlığı və, dolayısıyla, məmurların inzibati güclərini öz bizneslərinin xeyrinə istifadə edə bilməsi, ağır gömrük və vergi rejimləri kimi amillərdir.

XS
SM
MD
LG