Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 00:22

Azərbaycanda milyardlar 'susuzluğu' nədən yatırmır?


8 milyardlıq zərər: 'Azərsu' ədalətli su bölgüsü apara bilmir?
Gözlə

No media source currently available

0:00 0:08:35 0:00

8 milyardlıq zərər: 'Azərsu' ədalətli su bölgüsü apara bilmir?

Şamaxı rayonunun Kərkənc kəndində sakinlər bir maşın suya 35 manat ödədiklərini bildirirlər. (kəndə ayda beş-altı dəfə belə su maşınları gəlir) Susuzluq, onların sözlərinə görə, imkanlarını, səliqə-sahmanlarını və təsərrüfatlarını sınağa çəkir.

"Cəmi 40 ailə qalıb. Həftədə bir dəfə su verilir, o da 120 litr. Onunla çiməsənmi, paltar yuyasanmı, içəsənmi? Allaha yalvarırıq ki, yağış yağsın baklarımızı dolduraq", - sakinlərdən biri AzadlıqRadiosuna deyir və iddia edir ki, elə bu sınaqlara tab gətirməyənlər kəndi tərk edir.

Şamaxı Azərbaycanın nisbətən dağlıq rayonu sayılır. Hələ bu yerlərdə susuzluq problemdirsə, bəs aran rayonlarında susuzluqdan dad deyən adamlar nə edir? AzadlıqRadiosuna gələn şikayətlərdən, üz tutulan aran rayonlarının sakinlərinin söhbətlərindən belə çıxır ki, onlar da həm içmək, həm də təsərrüfatları üçün su tapmağa çətinlik çəkirlər. Sabirabad rayonunun Qalağayın kənd sakini: "Bu il ağaclardan meyvə yığa bilmədik. Kənddə təbii su yoxdur. Aldığımız suyu həm içirik, həm texniki məqsədlə istifadə edirik, həm də toyuq-cücəyə veririk. Bilmirik, o suyu ağaca verək, yoxsa özümüz içək?".

İri fermerlərə yaşıl işıq, kiçiklərə köhnə qurğu, susuz sahə
Gözlə

No media source currently available

0:00 0:04:35 0:00

8 milyard manat – bəs nəticə?

Hökumət ölkədə su qıtlığını, əsasən, qlobal iqlim dəyişiklikləri ilə əlaqələndirir, necə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) "Turan"a açıqlamasında bunu səbəb göstərib və su ehtiyatlarının azalmaqda olduğu vurğulanıb.

Son 23 ildə Azərbaycanın bərpa olunan yerüstü şirin su ehtiyatları 24 faiz azalıb, 23.4 milyard kubmetrdən (2000-ci il) 17.8 milyard kubmetrə (2023-cü il) düşüb. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, Azərbaycanın su ehtiyatları Cənubi Qafqazdakı su ehtiyatının təxminən 15 faizini təşkil edir.

ETSN isə bildirir ki, su itkilərinin qarşısını almaq üçün bir çox tədbirlər, suvarma kanallarının yenidən qurulması və bərpası, içməli su mənbələrinin yaradılması, həmçinin su ehtiyatlarının artırılması üçün yeni su anbarlarının yaradılması istiqamətində işlər görülür.

Elə bu tədbirlər aşağı-yuxarı oktyabrın 10-da Prezident Əliyevin imzaladığı "Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya"da da yer alıb. Orada Azərbaycanda su təhlükəsizliyinin qorunması, dayanıqlığının artırılması və bu sahədə müasir idarəetmənin qurulması məqsədindən də bəhs edilir. Milli strategiyada göstərilən bir çox sahələr üzrə də ölkədə illərdir milyonlarla manat vəsait ayrılır. Amma dövlət qurumları maliyyə məsələlərində bir elə də hesabatlı deyillər, bu baxımdan, bəzi layihə və rəqəmlər də diqqət çəkir.

Layihə

Məbləğ (manatla)

Tarix

Məqsəd

Dövlət Neft Fondu/ "Samur-Abşeron suvarma sisteminin yenidən qurulması"

1 mlrd. 469.6 mln.

2006-2018

Dövlət Neft Fondu/ Oğuz-Qəbələ-Bakı su kəməri

779.6 mln.

2010

Şəmkirçay su anbarının inşası

700 mln.

2014

Dövlət İnvestisiya Proqramı

Açıqlanmır

2022

Balaxanı qəsəbəsi yaxınlığında 10 min kubmetr tutumu olan su anbarının inşası

Dövlət büdcəsi

499.8 mln.

2024

Meliorasiya

Dövlət büdcəsi

3.4 mln.

2024

Su təsərrüfatı

Yerli qurumlar açıqlamasa da, bu ilin sentyabrında Dünya Bankının su və sanitariya xidmətləri üzrə baş mütəxəssisi Smita Misra Bakıda "Su təhlükəsizliyi problemlərinin həll edilməsi üçün su sektorunda effektiv institutlara və proqramlara keçid" mövzusundakı tədbirdə deyib ki, son 10 ildə Azərbaycan su sektoruna 8 milyard manat vəsait qoyub. Onun sözlərinə görə, növbəti 10 ildə 6 milyard manat vəsaitin tələb olunacağı gözlənilir.

Şəffaflıq bir yana, üstəlik, onlarla layihə oxşar sahələrdə, oxşar işlərin həyata keçirilməsi üçün təsdiq edilir. Xəzər dənizinin suyunun duzsuzlaşdırılması kimi... Məlum olur ki, son 10-15 ildə onunla bağlı bir sıra layihələr həyata keçirilib. Məsələn, 2013-cü ildə Salyan rayonunun Xıdırlı kəndində Xəzər Dəniz Suyunun Duzsuzlaşdırılması Kompleksi inşa edilib. Rəsmi məlumata görə, oradan əldə edilən sudan Salyan rayonu ərazisində salınan 700 hektar yaşıllığın və "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" ASC-nin balansındakı tinglik sahələrinin suvarılmasında istifadə olunur.

Bəs bu layihələr yerli sakinlərin, kiçik fermerlərin dərdinə dəva olurmu?

Nar bağları məhv olur
Gözlə
Embed

No media source currently available

0:00 0:05:38 0:00

Fermer: "Varlılara su var, bizə yoxdur"

Salyan rayonunda yaşayan fermer Vüsal Məcidov (ad şərtidir) AzadlıqRadiosuna deyib ki, Xəzər Dəniz Suyunun Duzsuzlaşdırılması Kompleksi bir çox kəndlərdən uzaqdır və o kompleksdən onlara heç bir dəstək yoxdur: "Varlılara su var, bizə yoxdur. Kanaldan da onlara su verilir. Bizə çatanda deyirlər gözləyin, veriləcək. Üç hektar ərazidə pomidor əkirəm, su yoxdur deyə, yanır. Hər il ziyana düşürəm".

Faydalılığı bir yana, dəniz suyunun duzsuzlaşdırılması dövlət büdcəsinə baha başa gəlir, - kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov belə deyir. "Kənd təsərrüfatında məhsuldarlıq get-gedə aşağı düşür. Bizim gəlirlərimiz haradan olacaq ki, dənizdən bahalı su əldə edək və bu sudan həm də kənd təsərrüfatında istifadə edək? Bu, absurddur", - o vurğulayıb.

Belə layihələr neftə zəngin, amma iqlim baxımdan əlverişsiz bir çox ölkələrdə həyata keçirilir. Məsələn, indiyədək Səudiyyə Ərəbistanının suyun şirinləşdirilməsi layihələrinə 14.6 milyard, Birləşmiş Ərəb Əmirlikləri 10.3 milyard, İordaniya isə 4 milyard dollardan artıq vəsait yatırdığı açıqlanıb. "Food&Water Watch" şirkətinin hesablamalarına görə, dəniz suyunu şirinləşdirməklə su istehsalı ənənəvi üsulla şirin su almaqdan üç dəfə baha başa gəlir.

'Suqovuşanın suyu dərdimizə çarə olmadı'
Gözlə

No media source currently available

0:00 0:08:40 0:00

Su itkiləri…

Su sektoruna milyonlarla vəsait ayrılmağına baxmayaraq, dövlət qurumları bu sahədə problemlərin kökündə iqlim dəyişiklikləri ilə yanaşı, itkiləri də göstərirlər. Üstəlik, suya tələbatın da artmasını vurğulayırlar. DSK-nın məlumatına görə, 2010-cu ildən 2023-cü ilə qədər ölkədə su istehlakı 26.7 faiz artıb. Hazırda ümumilikdə ölkədə 12 milyard kubmetr su istehlak edildiyi bildirilir. Sonuncu rəqəmi açıqlayan Kənd Təsərrüfatı Nazirliyi (KTN) "Turan"a belə bir bölgüdən bəhs edib: "İstehlak edilən suyun 7-8 milyard kubmetri suvarma, kənd təsərrüfatı məqsədləri üçün, 2 milyard kubmetr içməli su, istehsalat və digər məqsədlərə istifadə olunur. 3-4 milyard kubmetr isə nəql zamanı itkilərə sərf olunur".

Məlumatlara görə, ölkədə ən çox su itkiləri kənd təsərrüfatındadır. Oktyabrda təsdiqlənən Milli Strategiyada da bildirilir ki, ölkə üzrə su mənbələrindən əkin sahələrini suvarmaq üçün götürülən suyun 50 faizi, içməli suyun isə 37 faizi son istehlakçıya çatmır. İtkilər əksər suvarma kanallarının torpaq məcralı olması (75 faiz), müasir suvarma sistemlərinin məhdud tətbiqi (5 faiz), içməli su infrastrukturunun köhnəlməsi, dövlət uçotundan yayınma və nəzarətdənkənar qoşulmalar ilə izah edilir.

KTN bildirir ki, bu itkilərin qarşısını almaq üçün Azərbaycanda Elektron Su Təsərrüfatı İnformasiya Sisteminin təkmilləşdirilməsi ilə bağlı işlər davam etdirilir və artıq su balansı sistemi təhvil verilib: "Su ehtiyatlarının faktiki vəziyyəti ilə bağlı uçotun aparılmasını istəyirik. İlk növbədə işğaldan azad edilmiş ərazilərdə proqram işləmişik. Demək olar ki, bütün çaylarda avtomat stansiyaların məlumatları əsasında istənilən vaxt vəziyyəti qiymətləndirmək mümkündür".

Rəsmi məlumata görə, Azərbaycanda 1 milyon 485 min hektar suvarılan torpaq var, ümumi əkin sahəsi də 4.78 milyon hektardır. Nazirlikdən bildirilib ki, son illər müasir suvarma sistemlərinin tətbiqi, məhz idarəolunan suvarma sistemlərin quraşdırılması məqsədilə fermerlərə yüksək subsidiyalar ayrılır.

Susuzluqdan kartofu kanalizasiya suyu ilə suvarırlar - Saatlının aksiya olan kəndlərindən reportaj
Gözlə

No media source currently available

0:00 0:04:21 0:00

"Düzgün sistem qurulmalıdır"

Kənd təsərrüfatı üzrə ekspert V.Məhərrəmov isə AzadlıqRadiosuna deyib ki, milyonlarla manat pul ayrılsa da, bu sahədə nəticə görünmür. Onun sözlərinə görə, hesablamalar göstərir ki, ölkənin kənd təsərrüfatının tələbatını 5 milyard kubmetr su ilə ödəmək mümkündür: "5 milyard kubmetr su kifayətdir ki, biz indikindən iki dəfə çox kənd təsərrüfatı məhsulu istehsal edək. Sadəcə düzgün sistem qurulmalıdır".

O, su itkilərinin ciddi problem olduğu ilə razılaşır və həll yolunu borulardan istifadədə görür: "İstehlakçılara ötürülən 9 milyard kubmetr suyun təxminən 8 milyardı kənd təsərrüfatına gedir. O, suyun 50 faizi yenə arxlarda və istifadə zamanı kəndlilər qənaət etmədiklərinə görə itkiyə gedir. Yəni, 12 milyard kubmetr sudan 7 milyard itkiyə gedir. Sızma, buxarlanma və səmərəsiz istifadə ucbatından".

Ekspert onu da vurğulayıb ki, ən çox su itkisi aqroparklarda və iri fermer təsərrüfatlarında baş verir: "Su bölgəsi zamanı üstünlük aqroparklara və iri fermer təsərrüfatlara verilir. Onlar da tam özlərinə əmindilər ki, su problemləri olmayacaq...".

Ekspertlər deyirlər ki, aqroparklar və iri fermer təsərrüfatları, əsasən, məmurlara məxsusdur.

Səslənən bütün bu fikirlərə aqroparkların təmsilçilərindən rəsmi münasibət almaq mümkün olmayıb. Amma onlar ümumilikdə tənqidləri qəbul etmirlər.

XS
SM
MD
LG