Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 12:25
 Zamin Hacı
Zamin Hacı

AzadlıqLive - Zamin Hacı: Yusif peyğəmbər yuxusunda görməzdi ki...

Xəbərlər yenilənir

13:49 21.9.2015

Məşhur aktyor Steven Seagal Bakıdadır

Hollivudun məşhur ulduzu, aikido ustası Steven Seagal Bakıya gəlib. Onun Bakıda çəkilən fotoları sosial şəbəkələrdə yerləşdirilib. Sosial media xəbərləri əsasında Qafqazinfo məlumat verir ki, Bakı Crystal Hall-da olan qonaq aikidoçulara məşq də edib.

Hollivud ulduzunun səfərinin məqsədi isə bəlli deyil.

13:37 21.9.2015

Həbslər Beynəlxalq Bankın keçmiş və indiki məsullarına keçdi

APA-nın məlumatına görə, Azərbaycan Beynəlxalq Bankından yüksək məbləğdə kredit götürərək vəsaitləri qaytarmayan bankın sabiq məsul vəzifəli əməkdaşları və iş adamları - Beynəlxalq Bankın Mərkəzi filialının direktoru olmuş İlqar Abdullayev, Beynəlxalq Bankın Nəqliyyat filialının direktoru vəzifəsində işləmiş Kənan Orucov, Beynəlxalq Bankın inzibati binalarının mühafizəsini həyata keçirən “İnter Security” MMC-nin baş direktoru İbrahim Hüseynov, “Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənov, “Azərinşaatservis” MMC-nin təsisçisi olduğu “Trek İnvest” SC-nin direktor əvəzi Əli Əlişov və “İnter Glass” ASC-nin direktoru Fariz Muradov həbs olunublar.

13:30 21.9.2015

Berlusconiyə 240 illik şərab verən zavod direktoruna qarşı cinayət işi

Ukrayna prokurorluğu bildirir ki, Krım şərabçılıq zavodunda saxlanan 240 illik şərabı Rusiya prezidenti Vladimir Putin və İtaliyanın keçmiş baş naziri Silvio Berlusconi üçün açmış zavod direktoru Pavlenko-ya qarşı ittihamnamə üzərində işləyir. Prokurorlar iddia edirlər ki, Putin və Berlusconi Krımda səfər zamanı məşhur Massandra şərab zavodunda olarkən yaşı 240 il olan şəraba qonaq ediliblər.

13:24 21.9.2015

Əli Həsənov jurnalistlərin saxlanmasından danışdı

Əli Həsənov: "Bir sıra xarici media qeyri-qanuni fəaliyyət göstərir..." . "İnteraz", "Euroaz" televiziya kanalları, «Amerikanın səsi» radiosu, «Meydan TV» internet saytı və bir sıra digər xarici media orqanları və onların əməkdaşları dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, bu günə qədər müvafiq qaydalara əməl etmir. Ölkə daxilində qeyri-qanuni fəaliyyət göstərirlər.

Davamı

XS
SM
MD
LG