Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 21:37
 Zamin Hacı
Zamin Hacı

AzadlıqLive - Zamin Hacı: Yusif peyğəmbər yuxusunda görməzdi ki...

Xəbərlər yenilənir

16:35 23.9.2015

Öz itini atmayan suriyalı qaçqın

Suriyadan olan Aslan adında qaçqın digərlərindən fərqlidir. O, Avropaya öz itini də gətirib. BMT-nin yaydığı videoda Aslanla qeydiyyat işi aparan şəxs arasında belə bir dialoq gedir:

- Adamlar səndən soruşacaqlar ki, elə ancaq kiçik bir çantan var?

- Bəli.

- Ancaq itini yanında gətirirsən?

- Bəli.

- Niyə?

- Çünki itimi sevirəm! (video)

16:46 23.9.2015

Mehriban Əliyeva:"10 min könüllü"

"İslam Həmrəylik Oyunlarının keçirilməsi işinə təxminən 10 minə yaxın gənc könüllü kimi cəlb olunacaq". Bunu Oyunların təşkilat komitəsinin rəhbəri Mehriban Əliyeva deyib. Təşkilat Komitəsinin sədri bildirib ki, Oyunlarda iştirak edəcək idmançıların Atletlər Kəndində, jurnalistlərin isə Media Kəndində yerləşdirilməsi nəzərdə tutulub. Tədbirin dünyada təbliği və informasiya dəstəyinin ən vacib məsələlərdən biri olduğunu qeyd edən Mehriban Əliyeva Oyunlarla bağlı internet portalının hazırlanacağını da diqqətə çatdırıb.

17:03 23.9.2015

Adam bıçaqlayana 3 il şərti cəza?

İndi videosu yayılan və Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, general-mayor Şərif Əsədullayevin oğlu olan Tamerlan Əsədullayev məhkəmə qərarı ilə cəmi 3 il şərti cəza alıb. Tamerlan Əsədullayev restoranda bir ofisiantı bıçaqlamaqda günahlandırılırdı, ona qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülmüşdü.

Məhkəmə hökmü barədə hüquqşünas Aslan İsmayılov AzadlıqRadiosuna müsahibəsində deyir ki, 30 illik təcrübəsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən şəxsə şərti cəza verilməsinin şahidi olmayıb:

“Belə hal ola bilməz, çünki bu, qanunla qadağandır. Hakim nəyə əsaslanıb belə bir qərar verib? Bilmirəm, hökmlə tanış deyiləm. Amma bəri başdan deyirəm ki, bu, qanunsuz hökmdür. Bu işdə azı 5 il azadlıqdan məhrumetmə cəzası var”.

17:18 23.9.2015

İbrahim Məmmədov haqda prezident sərəncamı

İbrahim Məmmədov “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini vəzifəsindən azad edilib.

APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Davamı

XS
SM
MD
LG