Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 13:57

Azərbaycana minik maşınları daha çox Rusiyadan gətirilir


Maşın bazarı (arxiv fotosu)
Maşın bazarı (arxiv fotosu)

Azərbaycana gətirilən minik avtomobillərinin 24 faizi Rusiyanın payına düşür. 2015-ci illə müqayisədə idxalçıların Rusiyadan gətirdikləri minik maşınlarının xüsusi çəkisi 3 dəfə artıb.

Rəsmi məlumatlara görə, birinci rübdə gətirilən minik maşınlarının 286-sı Rusiya istehsalıdır. Rusiya avtomobillərinin idxalı 20 faiz azalıb. Bununla belə, Rusiya Azərbaycana minik avtomobili ixracında birinciliyi əldən verməyib. Digər tərəfdən, diqqətçəkən məqam odur ki, bu ölkədən aidxallınan maşınların orta qiyməti 2 dəfə qalxıb. Üç ayda Rusiyadan alınan bir ədəd minik maşınının orta qiyməti 8 min 741 dollar, ötən il isə 4 min 317 dollar olub.

Buna da bax: Avtomobil idxalında canlanma

Ən baha maşınlar Britaniyadan gəlir

Almaniya Azərbaycana satılan minik maşınlarının sayına görə Koreyanı sıxışdıraraq ikinci yerə çıxıb. Ən bahalı avtomobillər isə Britaniya istehsalıdır: bu ölkədən gətirilən 12 avtomobilin orta qiyməti 135 min dollar olub. İlin əvvəlindən mühərrikinin həcmi 3 min kub sm-dən çox olan minik maşınlarının sayı təxminən 2 dəfə artıb və 131 ədəd olub. 2015-ci ilin yanvar-mart aylarında 444 ədəd bu cür maşın gətirilmişdi.

2017-ci ilin yanvar-mart aylarında Azərbaycana ən çox minik avtomobili ixrac edən ölkələr:

Buna da bax:​ Avtomobilləri gömrük bahalaşdırır

Ölkələr

Yanvar-mart 2017, ədəd

Gömrükdə bəyan edilən ümumi qiymət, min ABŞ dolları

Yanvar-mart 2016, ədəd

Gömrükdə bəyan edilən ümumi qiymət, min ABŞ dolları

Rusiya

286

2500

359

1550

Almaniya

239

7819

117

3634

Yaponiya

113

3016,8

135

4418

Çin

105

995

15

324

Koreya

69

927,7

272

3950

Mənbə: DGK

Maşın idxalı azalıb

Dövlət Gömrük Komitəsi bu ildən başlayaraq gömrük statistikasında həm yeni, həm də «ikinci əl» minik maşınlarının sayını açıqlayır. Di gəl, indi distribütorların gətirdikləri avtomobillərin sayını ayırd etmək olmur. Birinci rübdə xaricdən 1185 ədəd – ötən ildəkindən 50 ədəd az minik maşını idxal olunub.

Buna da bax:​ Azərbaycanda ən çox “Mercedes” alırlar

Keçən ilin birinci rübündə gətirilən minik maşınlarının 187-si işlənmiş maşınlar idi. İki il öncə isə 3 ayda ölkəyə 6 min 40-ı yeni olmaqla, 9 min 256 minik avtomobili gətirilmişdi.

XS
SM
MD
LG