Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:22

'Bakı Fond Birjasında həmişə dövlət əsas paya sahib olub'


Birja
Birja

Bu ilin yanvarında Bakı Fond Birjasında (BFB-də) bütün alətlər üzrə keçirilən əqdlərin ümumi həcmi 1 milyard 53 milyon 773 min 499.82 manat təşkil edib.

Birjadan verilən məlumata görə, ötən ilin eyni dövründə bu rəqəm 174 milyon 382 min 250.52 manat olub. Hesabata əsasən, bu müddətdə dövlət qiymətli kağızlar bazarının həcmi 25.9% artaraq 39.8 milyon manata yüksəlib. Bunun 1.7 milyon manatı Maliyyə Nazirliyinin dövlət istiqrazları, 38.1 milyon manatı isə Mərkəzi Bankın notlarının payına düşüb.

Birjada dövriyyənin bu qədər artması diqqət oyadır. Bəs, bu artıma səbəb olan nədir? Maliyyə bazarları eksperti Cəfər İbrahimli deyir ki, əsas artım Beynəlxalq Bankın kapital artımı hesabına baş verib: «Maliyyə Nazirliyi banka 600 milyon manatlıq kapital artımı edib».

«DÖVLƏTİN BORCLANMA EHTİYACININ ARTMASI...»

Ekspert əlavə edir ki, BFB-də həmişə dövlət borc alətləri bazarın əsas payına sahib olub: «2011-2014-ci illərdə korporativ borc alətlərinin həcminin artması və dövlət kağızlarının həm emissiya, həm də faizinin aşağı olması (2-5%) vəziyyəti korporativ kağızların lehinə dəyişmişdi».

C.İbrahimli deyir ki, ancaq son 2 ildə özəl şirkətlərin və xüsusi ilə bankların maliyyə intizamının pozulması, dövlətin borclanma ehtiyacının artması dövlət kağızları bazarının həcminin artmasına və bazar payının yüksəlməsinə səbəb olub.

ÖTƏN İL KİÇİLMİŞDİ

Ötən il BFB-də əqdlərin ümumi həcmi 2015-ci ildən təxminən 33 faiz az – 5 milyard 696 milyon 131 min manata yaxın olub. Ötən il törəmə bazar alətləri sayılmazsa, mövcud dövriyyə, əsasən, dövlət qiymətli kağızlarının hesabına gerçəkləşib. BFB-nin məlumatına görə, bu müddətdə dövlət qiymətli kağızlar bazarının həcmi 40.2 dəfə artaraq 836.2 milyon manata yüksəlib.

BFB-nin dövriyyəsinin müqayisəli cədvəli

Bazarın sektoru

Dövriyyə (azn), 2017

Dövriyyə (azn), 2016

Əqdlərin həcmi, AZN

Əqdlərin sayı

Əqdlərin həcmi, AZN

Əqdlərin sayı

I. Dövlət Qiymətli Kağızlar bazarı

39,777,915.52

7

31,603,771.39

7

MN Dövlət İstiqrazları

1,652,538.18

2

31,603,771.39

7

Dİ yerləşdirmə

-

-

-

-

Dİ təkrar

1,652,538.18

2

31,603,771.39

7

AMB Notları

38,125,377.34

5

0

0

NOT yerləşdirmə

38,125,377.34

5

-

-

NOT təkrar

-

-

-

-

II . Pay bazarı

600,345,790.39

115

355,823.80

72

Səhmlər yerləşdirmə

600,000,000.21

2

-

-

Səhmlər təkrar

345,790.18

113

355,823.80

72

III. Borc Alətləri Bazarı

41,165,893.00

80

5,693,072.33

7

AİF istiqrazları yerləşdirmə

10,000,000.00

1

-

-

AİF istiqrazları təkrar

-

-

1,399,428.83

1

Digər korporativ istiqrazlar * yerləşdirmə

-

-

2,758,510.50

5

Digər korporativ istiqrazlar * təkrar

31,165,893.00

79

1,535,133.00

1

- o cümlədən market meyker

545 340

-

1,687,722.86

-

IV. REPO əməliyyatları

0.00

0

0.00

0

AMB-nin Repo əməliyyatları

-

-

-

-

Digər Repo əməliyyatlar

-

-

-

-

V. Törəmə Alətlər Bazarı

372,483,900.91

5087

136,729,583.00

1653

Valyuta

358,378,319.14

4,850

128,544,369

1,390

Əmtəə

14,105,581.77

237

8,185,214

263

Cəmi

1,053,773,499.82

5,289.00

174,382,250.52

1,739.00

- o cümlədən: ilkin bazar (I+II+III)

648,125,378

8

2,758,511

5

- o cümlədən: təkrar bazar (I+II+III)

33,164,221

194

34,894,157

81

XS
SM
MD
LG