Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:23

'Dünən Bakı dəhşət filmlərini xatırladırdı'


Yağışlı Bakı, 28 sentyabr
Yağışlı Bakı, 28 sentyabr

«Dünən axşam yağış yağanda yaşadığım stressi heç üç il həbsxanada yaşamadım». Binəqədi sakini, «Xural» qəzetinin redaktoru Əvəz Zeynallı sentyabrın 28-də Bakıda yağış yağarkən yaşadıqlarını, gördüklərini belə təsvir edir.

O, hər dəfə Bakıda bir qədər uzunmüddətli yağış yağarkən Binəqədidə yolların, evlərin, yaşadığı küçənin, məhəllənin suyla dolduğunu deyir: «Adam təbiətin böyük möcüzəsi sayılan yağışda sevinər adətən, amma biz artıq yağışa sevinə bilmirik. Əksinə, yağış yağanda dəli oluruq, əsəbiləşirikki, evimizə necə gedib çıxa biləcəyik».

Buna da bax-Belə leysan Bakıya 36 il əvvəl yağmışdı

«ZALIM, QƏDDAR İDARƏETMƏ İLƏ QARŞI-QARŞIYAYIQ»

Əvəz Zeynallı dünənki axşamı bu cür təsvir edir: «Dəhşət filmlərini xatırladırdı şəhər, maşınlar batır, sular maşınları udur. Dünən axşam təsadüfən Balaxanıya anamı ziyarətə getmişdim. Buna görə özümü o qədər söydüm ki... Qızımla Binəqədi şosesində həm tıxaca, həm də suya düşdük. Böyük-böyük avtomobillər, ciplər, «Mercedes»lər suyun içində, obrazlı desək, can verib qalırdı... 20 belə avtomobil saydım, sonra say yaddan çıxdı. Bir az həyəcanlandım, bir az da qorxdum ki, mən uşağı niyə yanımda götürdüm. Milyardlarla gəliri olan ölkədə paytaxtın mərkəzində yağış yağanda belə bir mənzərə var idi. Dünən axşam keçirdiyim stressi heç üç il həbsxanada keçirmədim. O dərəcədə zalım, amansız, qəddar bir idarəetmə ilə qarşı-qarşıyayıq. Dünəndən bu günə hirsim soyumayıb».

'Sədərək' TM -nin malları suyun altında qalıb

"Sədərək" TM -nin malları suyun altında qalıb
Gözlə

No media source currently available

0:00 0:00:34 0:00

«BİR YETKİLİ ORTADA YOXDUR»

Əvəz Zeynallı danışır ki, sentyabrın 29-da hava günəşli olsa da, Binəqədidə yağış suları çəkilmədiyindən yollar su içində üzür. «O küçələrdə nə Fövqəladə Hallar Nazirliyinin, nə Binəqədi rayon İcra Hakimiyyətinin, nə də DYP-nin əməkdaşları gözə dəyir. Yağışdan sonra yollar cəng meydanını xatırladır. Hökumətin bir yetkilisi ortada yoxdur».

Buna da bax-«Azərsu» dövlət pullarını kimə və necə xərcləyir?

«Xural» redaktoru indiyədək bir rəsmi qurumun açıqlama verməməsini də vurğulayır. «Hamısı telefonunu bağlayıb... Ölkəyə neftdən son 10 ildə milyardlarla dollar gəlib. Yollarımız niyə bu gündə olmalıdır? 20 dəfə yol çəkiblər, yollara 100 milyard qoyublar, bir kanalizasiya sistemi yoxdur. Bu nə biabırçılıqdır?», – deyə Əvəz Zeynallı sual edir.

«AZƏRSU» SUSUR

«Azərsu» ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı toplantıda olduğundan AzadlıqRadiosunun suallarını cavablandırmadı. Xidmətin başqa əməkdaşı isə mətbuata açıqlama veriləcəyini deyir.

Bakının sudan keçilməz yolları

Bakının sudan keçilməz yolları
Gözlə

No media source currently available

0:00 0:01:18 0:00

«YAXIN MÜDDƏTDƏ HƏLLİ MÜMKÜN DEYİL»

İqtisadçı ekspert Natiq Cəfərli yağış yağanda yaranan durumu təxminən 20 il öncə başlanan tikinti bumu dövründə yaşanan xaotikliklə izah edir: «Bəzən təməl qazılanda yağış sularının axıdılması üçün nəzərdə tutulan bütün infrastruktur tamam sıradan çıxarılıb və ya kanalizasiya xəttinə qoşulub. Bunun özü ciddi qanun pozuntusudur».

Ekspert bir məqama da diqqət çəkir. Natiq Cəfərli paytaxtın infrastrukturunun iki milyon əhaliyə hesablandığı halda 3.5–4 milyon əhalinin yaşadığını qeyd edir və bu səbəbdən infrastrukturun artıq dözmədiyini bildirir.

Ancaq həmsöhbətimiz yaxın zamanda hökumətin problemi həll edəcəyinə inanmır: «Vaxtilə bu problemlərin həllinə daha az vəsait lazım idisə, bu gün yüz milyonlarla manat gərəkdir. Azərbaycanın indiki durumunda, büdcənin bu durumunda inanmıram ki, hökumət çıxış yolu tapsın, addım atsın».

AzadlıqRadiosu rəsmi qurumlardan açıqlama almağa çalışır.

XS
SM
MD
LG