Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:26

Baydenin Avropaya səfəri başlandı


ABŞ prezidenti bu səfəri zamanı NATO, G7 qrupu və Avropa İttifaqı ölkələrinin liderləri ilə Rusiyanın Ukraynaya müdaxiləsini müzakirə edəcək

ABŞ prezidenti Co Baydenin Avropa səfəri başlanıb. O martın 23-də Brüsselə gəlib.

Bayden bu səfəri zamanı ABŞ-ın NATO üzrə Avropa müttəfiqləri ilə Rusiyanın Ukraynaya qarşı təcavüzünü müzakirə edəcək.

NATO-nun fövqəladə sammiti çərçivəsində başlanacaq bu müzakirələr martın 24-də keçiriləcək.

Ukrayna prezidenti Volodimir Zelenskinin videobağlantı ilə NATO sammitinə müraciət edəcəyi gözlənilir.

Co Bayden habelə Böyük yeddilərin (G7) və Avropa İttifaqının sammitlərinə qatılacaq.

ABŞ prezidenti martın 25-də Polşaya yollanacaq və bu ölkənin prezidenti Andjey Duda ilə görüşəcək.

Tərəflər bu görüş zamanı Ukraynaya hərbi və humanitar yardım məsələlərini müzakirə edəcəklər.

Ağ Ev bildirir ki, ABŞ prezidentinin səfərindən məqsədlərdən biri də Avropa müttəfiqləri arasında birliyin gücləndirilməsi və Rusiyanın daha da təklənməsidir.

Baydenin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan deyib ki, ABŞ və müttəfiqləri martın 24-də Rusiyaya qarşı yeni sanksiyalar elan edəcəklər, habelə Rusiyanın indiyədək qoyulmuş sanksiyalardan yayınma yollarının kəsilməsi barədə müzakirə aparacaqlar.

Co Bayden Avropaya Rusiya üçün yeni sanksiyalarla gəlib

ABŞ prezidenti Co Bayden bu həftə Brüsseldə Avropa müttəfiqləri ilə görüşərkən Rusiyaya qarşı yeni sanksiyalar elan edəcək.

Bu barədə məlumatı Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan verib.

O martın 22-də deyib ki, yeni sanksiyalar paketi martın 24-də müttəfiqlərlə birlikdə elan olunacaq.

Sallivan bildirib ki, bu dəfə sadəcə olaraq yeni sanksiyalar əlavə edilməyəcək, habelə əsas diqqət Rusiyanın mövcud sanksiyalardan yayınma yollarının kəsilməsi tədbirlərinə yönəldiləcək.

ABŞ prezidenti bu səfəri zamanı NATO, G7 qrupu və Avropa İttifaqı ölkələrinin liderləri ilə Rusiyanın Ukraynaya əsassız və səbəbsiz müdaxiləsini müzakirə edəcək.

Bayden bu səfəri zamanı habelə NATO müttəfiqi Polşaya səfər edəcək. Bu ölkə indiyədək 3.5 milyon Ukrayna qaçqınından 2 milyonuna sığınacaq verib.

Zelenski: Putinin hədəfi təkcə biz yox, Avropadır
Gözlə

No media source currently available

0:00 0:02:00 0:00

Rusiya G20-dən də çıxarıla bilər

Bu da xəbər verilir ki, Bayden bu səfəri zamanı Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsinə dair birgə tədbirləri elan edəcək.

Müzakirələr zamanı əsas söhbət Avropa İttifaqının Rusiyanın enerji asılılığından çıxarılması yollarından gedəcək.

Avropa İttifaqı hazırda Rusiyaya enerji sanksiyalarının elan olunması məsələsində razılığa gələ bilmir.

Bu da xəbər verilir ki, Bayden Rusiyanın G20 qrupundan çıxarılması məsələsini qaldıracaq.

Rusiya bundan əvvəl, 2014-cü ildə Krımı ilhaq etdikdən sonra G8 qrupundan qovulub.

Qrup o vaxtdan G7 kimi tanınır.

Çinin Rusiyaya köməyi müşahidə olunmayıb

Rusiyanın Ukraynaya qarşı təcavüzü dünyanın əksər ölkələri tərəfindən pislənib. Buna baxmayaraq Çin də daxil bir sıra ölkələr, münaqişəni pisləsələr də, ABŞ və Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşulmayıblar.

Bundan əvvəl Bayden Çin prezidenti Si Tsinpinlə söhbətində Pekinə Rusiyaya bu münaqişədə dəstək verməməsi üçün xəbərdarlıq etmişdi.

Ötən həftə yayılan bəzi xəbərlərdə deyilirdi ki, Moskva Pekindən texniki və maliyyə yardımı istəyib. Həm Rusiya, həm də Çin rəsmiləri belə bir müraciətin olunduğunu inkar edirdilər.

Martın 22-də Sallivan deyib ki, indiyədək Çindən Rusiyaya hər hansı yardımın göstərildiyi qeydə alınmatyıb və Vaşinqton bu məsələni nəzarətdə saxlamağı davam edir.

XS
SM
MD
LG