Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:38

Camal Əli Gürcüstana buraxılmayıb [video]


Camal Əli Gürcüstana niyə buraxılmamasından danışır
Gözlə

No media source currently available

0:00 0:01:53 0:00

Camal Əli Gürcüstana niyə buraxılmamasından danışır [video]

Meydan TV ilə əməkdaşlıq edən Camal Əlinin Gürcüstana buraxmadığı bildirilir.

Berlindən gələn Camal Əlinin Tbilisi hava limanında saxlandığı deyilir. Camal Əlinin söyləməsinə görə, hadisə aprelin 19-da baş verib. Gürcüstanın Gömrük Xidmətinin əməkdaşları onun ölkəyə girişinə qadağa qoyulduğunu bildiriblər.

Camal Əli bildirib ki, onu saatlarla hava limanında saxlayıblar.

Buna da bax:​ ‘1-ci ledi elə 1-ci lediydi, onun vitse-prezident olmasına nə ehtiyac vardı?’

“Mənə heç bir izahat verilmədi. Sadəcə, bildirdilər ki, sizi Gürcüstana buraxa bilmərik“, o, deyib.

C. Əli bildirib ki, səhərə yaxın ona geri bilet alınıb və Berlinə yola salınıb.

C.Əli Gürcüstana buraxılmamasının peşə fəaliyyəti ilə bağlı ola biləcəyini zənn edir. O, bir neçə ay əvvəl Tbilisidəki kilsələrdən reportaj hazırlayıb. Həmin reportajda kilsələrə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) pulsuz qaz verməsindən bəhs olunub. Reportajdan iki ay sonra Tbilisidə həmin reportajı yayan Meydan TV əleyhinə aksiya da keçirilib.

C.Əli hesab edir ki, onun sərbəst hərəkət etmək hüquqları pozulub. O, hüquqşünaslar vasitəsilə məsələni araşdırmaq, hüquqlarının bərpasına nail olmaq niyyətində olduğunu deyib.

Buna da bax: 'Elə deputatlar var, dövlət hesabına nəvələrinə də ev alıblar'

Gürcüstanın Gömrük Xidmətindən, hələlik, C.Əlinin ölkəyə buraxılmaması ilə bağlı deyilənlərə münasibət almaq mümkün olmayıb.

Camal Əli siyasi səbəblər üzündən Azərbaycanı tərk etdiyini bildirir.

O, 2012-ci il martında Bakı şəhərində keçirilən mitinqlərin fəal iştirakçılarından olmuşdu. Prezidentin ünvanına sərt ifadələr işlətmişdi. Həmin vaxt o saxlanmış, inzibati qaydada cəzalandırılmışdı. İnzibati həbs cəzasını başa vurduqdan sonra isə O, ölkəni tərk etmişdi.

Buna da bax:​ Rokçu Camal Əlinin polisə aparılan qohumlarına xəbərdarlıq edilib

Bu ilin yanvarında isə Bakıda onun anası və qohumları polisə aparılmışdı. Camal Əlinin bildirməsinə görə, qohumlarına polisdə yazdığı mahnı irad bildirilib.“Heykəl Baba“ adlanan həmin mahnının sosial şəbəkələrdən çıxarılması tələb edilib.

Ancaq onda Camal Əlinin qohumlarının polisə aparılması ilə bağlı Daxili İşlər Nazirliyindən hər hansı mövqe almaq mümkün olmamışdı.

XS
SM
MD
LG