Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 08:54

Bəxtiyar Hacıyev polisdə


Bəxtiyar Hacıyevi polis saxlayıb
Gözlə

No media source currently available

0:00 0:00:12 0:00

Bəxtiyar Hacıyevi polis saxlayıb

Siyasi fəal Bəxtiyar Hacıyev Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsinə aparılıb. Siyasi fəalın saxlanması Dövlət Yol Polisi (DYP) əməkdaşları ilə mübahisə kontekstində baş verib.

AzadlıqRadiosunun müxbiri xəbər verir ki, avqustun 14-də Dövlət Yol Polisi əməkdaşları Yasamal rayonu ərazisində B.Hacıyevi saxlayıb.

B.Hacıyevin bildirdiyinə görə, heç bir qanuni əsas olmadan onun barəsində protokol tərtib edilib. Üstəlik, polis onunla əl-qolla danışıb.

Avqustun 15-də DYP-yə gedən siyasi fəalla polis əməkdaşları arasında mübahisə yaranıb. Polislərdən şikayətçi olmaq istəyən B.Hacıyevi Post-Patrul Xidmətinin əməkdaşları bölməyə gətiriblər.

Bölmədə bəlli olub ki, Yol Polisi əməkdaşları artıq B.Hacıyevdən şikayətçi olub. Polis əməkdaşı B.Hacıyevi onun qanunu tələbinə tabe olmamaqda günahlandırıb.

Polis bölməsində B.Hacıyevin məhkəməyə aparılmasının mümkün olduğunu ifadə ediblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ehsan Zahidov günün ikinci yarısında B.Hacıyevin saxlanması ilə bağlı bilgi verə biləcəyini deyib.

Harvard Universiteti məzunu olan Bəxtiyar Hacıyev 2011-ci ilin martında saxlanmışdı. Ona hərbi xidmətdən yayınma ittihamı ilə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilmişdi.

B.Hacıyev 2012-ci ildə Ali Məhkəmənin qərarı ilə vaxtından əvvəl şərti azadlığa çıxıb.

XS
SM
MD
LG