Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 05:31

Putinə qatil deyən amerikalı jurnalisti işdən çıxardılar


Bill O'Reilly
Bill O'Reilly

Rusiya prezidenti Vladimir Putini “qatil” adlandıran tanınmış amerikalı jurnalist Bill Oreyli (Bill O’Reilly) Fox News televiziya kanalından çıxarılıb.

Bu barədə Fox News-a məxsus 21 Century Fox şirkəti məlumat yayıb.

“Vəziyyəti hərtərəfli və diqqətlə araşdırdıqdan sonra şirkət və Bill Oreyli razılaşdılar ki, Bill Oreyl Fox News kanalına qayıtmayacaq” deyə məlumatda bildirilir.

Washingtonpost.com-un məlumatına görə, buna səbəb seks qalmaqalı olub.

Məlumata görə, 5 qadın onu seksual təcavüzdə ittiham edir və Bill onların susması üçün ümumilikdə 13 milyon dollar ödəyibmiş.

Mənbə yazır ki, Fox New-in keçmiş rəhbəri, icraçı direktoru Rocer Eyls ( Roger Ailes) də 9 ay əvvəl seksual qalmaqala görə işdən azad edilib.

İndən belə “Faktor Oreyli” proqramı “Faktor” adı ilə efirə çıxacaq və proqramı başqa aparıcı aparacaq.

Qeyd edək ki, Bill Oreyli bu yaxınlarda ABŞ prezidenti Donald Trum-dan müsahibə götürərkən Rusiya prezident Vladimir Putini “qatil” adlandırıb.

Donald Tramp və Bill O'Reilly
Donald Tramp və Bill O'Reilly

Kremil buna görə Fox New-dən üzr istəməyi tələb elədi, amma Oreyli bundan imtina elədi və bildirdi ki, bunun üçün 2023-cü ilədək gözləməli olacaqlar.

Bill OReyli jurnalist karyerasına Pensilvani ştatındakı yerli televiziya kanalında hava proqnozu proqramı ilə başlayıb.

Bir neçə vəzifə dəyişdikdən sonra 1995-ci ildə Fox News televiziyasına gəlib,1996-cı ildən “Faktor Oreyli” proqramını aparıb və tezliklə televiziya kanalının “simasına” çevirilib.

Oreyli ABŞ-da ən nüfuzli siyasi şərhçilərdən biri olduğuna görə hər gün onun proqramını 3 milyondan çox adam izləyirdi.

10 illik fəaliyyəti dövründə jurnalistin 10 milyonlarla dollar qazandığı bildirilir.

XS
SM
MD
LG