Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 12:50

Bolqarıstandakı haker hücumlarında Rusiya izləri


Mladen Marinov, Bolqarıstanın baş naziri
Mladen Marinov, Bolqarıstanın baş naziri

“Bolqarıstanda Rusiyanın internet saytı ilə edilmiş kütləvi haker hücumları Sofiyanın ABŞ-dan hərbi təyyarələr alması ilə bağlı ola bilər”.

AzadlıqRadiosunda olan məlumata görə, bunu iyulun 16-da Bolqarıstanın daxili işlər naziri Mladen Marinov Təhlükəsizlik Şurasının iclasında deyib.

Nazir Sofiyada jurnalistlərə bildirib ki, təxminən 5 milyona yaxın bolqar və ölkədə yaşayan xarici vətəndaşların şəxsi maliyyə məlumatları Rusiyadakı mail domeni (e-mail domain) vasitəsi ilə Kütləvi informasiya vasitələrinə yayılıb və bundan sonra-iyunun 15-də ölkənin Milli Vergi Agentliyi sistemi haker hücumuna məruz qalıb.

Marinov qeyd edib ki, həmin şəxsi maliyyə məlumatları və ölkənin maliyyə naziri Vladislav Goranovun istefası ilə bağlı bəyanatlar məhz Bolqarıstanın ABŞ-dan F-16 təyyarələri almasına razılıq verməsindən sonra yayılıb.

Onun sözlərinə görə, bu sövdələşmənin dəyəri 1,256 milyard dollardır.

“Kİberhucümlar törədən mütəşəkkil cinayətkar qruplar, adətən gəlir əldə etməyə çalışırlar, amma indiki hal ola bilsin ki, siyasi motivlidir. Hökumət dünən F-16 qırıcı təyyarələri barədə qərar qəbul edib, baş nazir Goranovu istefaya çağıran elektron məktubsa Rusiyadan gəlib, burda belə bir fərziyyə ola bilər”, nazir deyib.

Faktla bağlı hazırda araşdırma gedir.

Baş nazir Boiko Borisov yaranmış vəyyətə görə Təhlükəsizlik Şurasının növbətənkənar iclasını çağırıb.

XS
SM
MD
LG