Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:45

ABŞ Qafqaz danışıqları üzrə baş müşavir təyin edib


Luis L. Bono
Luis L. Bono

ABŞ dövlət katibi Entoni Blinken fevralın 1-də Qafqaz danışıqları üzrə baş müşavir vəzifəsinə Luis L. Bononun təyin olunduğunu bildirib.

Blinken bu barədə özünün Twitter hesabından yazıb:

"Mən buğun Luis L. Bononun Qafqaz Danışıqları üzrə Baş Müşavirimiz vəzifəsinə təyin olunduğunu elan edirəm. Onun səyləri Cənubi Qafqazdakı münaqişələrin dinc yolla həlli işimizi inkişaf etdirəcək”.

Cənubi Qafqaz üzrə bundan əvvəlki ABŞ nümayəndəsi Filip Rikerin istefası az qala bir ay bundan əvvəl, yanvarın 5-də elan edilmişdi.

Riker eyni zamanda ATƏT-in Minsk qrupunun amerikalı həmsədri funksiyasını daşısa da, bu mandatın artıq əhəmiyyətini itirdiyini demişdi.

Entoni Blinken qeyd edib ki, Bono regional liderlərlə birlikdə Ermənistan və Azərbaycan arasında sülh prosesinin inkişaf etdirilməsində iştirak edəcək.

Bəyanatda deyilir ki, diplomat Avropa İttifaqı və ATƏT-lə birlikdə Yerevan və Bakı arasında birbaşa danışıqların təşkili üçün cavabdehlik daşıyacaq.

Dövlət katibi əlavə edib ki, Bono həmçinin Gürcüstanın suveren ərazilərinin Rusiya tərəfindən işğalı ilə bağlı məsələlərlə məşğul olacaq.

Bundan əvvəlki xidmətləri

Luis L. Bono bundan əvvəl Vyanadakı Beynəlxlq Atom Enerjisi Agentliyində və buradakı BMT təşkilatlarında ABŞ səfirinin müavini vəzifəsində çalışıb.

O eyni zamanda ABŞ dövlət katibinin birinci müavinin müşaviri və dövlət katibinin iqtisadi və biznes məsələləri üzrə müavini olub.

Luis L. Bono habelə ABŞ-ın Avropa İttifaqındakı missiyasında, Berlin, İslamabad və Vatikan səfirliklərində çalışıb.

O ABŞ Silahlı Qüvvələrində xidmət edib, West Point hərbi akademiyasında və Hərb Kollecində dərs deyib.

XS
SM
MD
LG