Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 08:56

'New Yorker', 'Next', 'Mango'... brendlərini Azərbaycanda kim təmsil edir?


"28 Mall" ticarət mərkəzi
"28 Mall" ticarət mərkəzi

Qərb istehsalı olan kişi və qadın geyimlərinin satışı üzrə ixtisaslaşmış mağazalar şəbəkəsinə sahib şirkətlər qrupunun hesabatından görünür ki, satış gəlirləri maya dəyərini 2015-ci ildə 5, 2016-cı ildə isə 3 dəfə üstələyib.

Bakıda brend mallar neçə qat bahasına satılır?

Bakıda və ölkədən kənarda «Sinteks» MMC vasitəsilə geyim, zərgərlik və qida sektorunda 80-dən çox mağaza ilə təmsil olunan «Ayma Alyans» Qapalı Səhmdar Cəmiyyəti illik maliyyə hesabatını təqdim edib. Şirkətin 2016-cı ildə gəlirləri 2 dəfəyə yaxın artıb və 24,1 milyon manatdan çox olub.

Buna da bax:​ Bakıda brend geyim butikləri birləşdirilib-bağlanır...

Malların alınmasına gömrük rüsumları və vergilər, gətirilmə xərcləri də daxil olmaqla 8,1 milyon manat sərf edilib. Lakin əvvəlki ildə olduğu kimi, 2016-cı ildə də əməliyyat mənfəətinin əsas hissəsi idarəetmə proseslərinə sərf olunub. Nəticədə, səhmdarlar 2015-ci ildəkindən 16,3 faiz az – 262,4 min manat mənfəət götürə biliblər. Şirkət dövriyyəsinin 0,21 faizi qədər mənfəət vergisi ödəyib. 2015-ci ildə ödənilən mənfəət vergisi (62,6 min manat) dövriyyənin 0,46 faiz edirdi.

Screenshot
Screenshot

Skrinshoot: «Respublika» qəzeti, 29 iyul 2017-ci il tarixli sayı

Buna da bax: Nərgiz Paşayevanın ailə biznesi

Bakıdakı əksər brend geyim dükanları bu qrupundur

«Sinteks» şirkətlər qrupu 2016-cı ildə birləşmək haqda qərar verdi. «SİAY», «Sinteks Co502» və «Sinteks Co501» MMC-lər «Sinteks» MMC-yə qoşuldular. Qrupun butik mağazaları Bakının “Park bulvar”, “Gənclik Mall”, “28 Mall” və s. bu kimi iri ticarət mərkəzlərində yerləşir. Şirkət “Giorgio Armani”, “Dolce & Gabbana”, “Ermenegildo Zegna”, “New Yorker”, “Next”, “Mango”, “Gucci” və başqa bu kimi onlarla brendin rəsmi satış təmsilçisidir. Sosial şəbəkələrdəki məlumata görə, «Sinteks» MMC həm də «Dalloyau» fransız restoranına və “Gloria Jean's Coffees” qəhvəxanasına sahibdir.

"Mango" brend mağazası
"Mango" brend mağazası

Şirkət Azərbaycandan başqa Gürcüstanda, Qazaxıstanda və Monqolustanda da geyim sektorunda təmsil olunur. Bu qrupa «SSI Retail» MMC də daxildir. Şirkətlər qrupunun təsisçiləri Vüqar Feyruz oğlu ƏliyevÜlvi Şahmərdan oğlu Cərullayevdir. «Ayma Alyans» QSC maliyyə hesabatını yarımçıq təqdim etdiyindən, aktivlərinin həcmi bəlli deyil.

XS
SM
MD
LG