Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:45

Britaniyada yoluxmalar 24 saat ərzində 40 faiz artıb


Londonda koronavirusdan ölənlərin xatirə divarı
Londonda koronavirusdan ölənlərin xatirə divarı

Britaniyada iyunun 23-də koronavirusa 16,135 yeni yoluxma qeydə alııb.

Bu, fevralın 6-dan bəri ən yüksək gündəlik yoluxmadır və infeksiyanın 24 saat ərzində 40 faiz artması deməkdir.

The Independent yazır ki, iyunun 22-də Britaniyada COVID-19-a 11, 642 yoluxma qeydə alınmışdı.

Hökumət habelə 28 gün ərzində koronavirus testi müsbət çıxmış 19 nəfərin vəfat etdiyini bildirib.

Beləliklə, bu ölkədə koronavirusdan ölüm hallarının sayı pandemiyanın əvvəllərindən bəri 128 min 27-yə çatıb.

Bu arada Britaniyada koronavirusun Delta plyus variantına 41 yoluxma aşkar edilib.

Baş nazir Boris Consonun sözçüsü deyib ki, İngiltərə səhiyyə orqanları virusun bu ştammının aşkar oldunduğu ərazilərdə karantin təbirlərini gücləndirib.

Həm də AY.1 adlandırılan yeni ştamm Delta variantına bağlıdır və ilk dəfə Hindistanda aşkar edilib.

Bu virus variantının daha böyük yoluxma gücünə malik olduğu düşünülür, lakin Britaniya alimləri bu mutasiyanın narahatlığa səbəb ola biləcəyini hələki müəyyənləşdirməyiblər.

ABŞ Delta plyus variantını narahatlığa əsas sayır

Lakin ABŞ-ın baş yoluxucu xəstəliklər eksperti Entoni Fouçi Delta variantının Birləşmiş Ştatların koronavirusla mübarizəsi üçün ən böyük narahtlıq yaratdığını deyib.

O deyib ki, Delta variantının yüksək yoluxuculuğu heç bir şübhə yeri qoymur və COVID-19 xəstəliyinin ən sərt hallarına yol açır.

Dünya Səhiyyə Təşkilatı (DST) da Delta variantının “narahatlıq üçün əsas yaratdığını” bildirib.

Hindistanda son 24 saat ərzində 50,848 yeni yoluxma qeydə alınıb. Təkcə iyunun 23-ü ərzində bu virusa yoluxanlardan ölənlərin sayı 1358-ə çatıb.

Hindistanda indiyədək 30 milyon yoluxma baş verib və 390 min 660 ölüm qeydə alınıb.

Bu ölkənin Səhiyyə Nazirliyi bildirib ki, aktiv xəstə sayı 643 min 194-ə enib və bu son 82 gündə ən aşağı göstəricidir.

Bu arada AstraZeneca şirkəti onun vaksininin Delta variantına qarşı effektli olduğunu bəyan edib.

AstraZeneca vaksini habelə Hindistanın özündə də istehsal olunur.

XS
SM
MD
LG