Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 00:29

Deputat: 'Onda belə ciddi problemlər yox idi...'


Formula-1 yarışları
Formula-1 yarışları

"Xaricdə oxuyan tələbələrin sayını 5 dəfə artırmaq , icbari tibbi sığortanın reallaşdırılması üçün ilkin addımlar atmaq olardı"

Hökumət gələn il Bakıda keçiriləcək İslam Həmrəylik Oyunları və "Formula-1" yarışlarının keçirilməsinə 317 milyon 300 min manat ayırmağı düşünür.

Hesablama Palatasının 2017-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinə rəyində belə deyilir.

Bu rəqəm ortaya çıxandan "O qədər pula nələr etmək olardı" sualı da beyinlərdə dolaşır.

Buna da bax:​ Fikrət Yusifov: 'Vəziyyət 2-3 il sonra sabitləşəcək'

“Xeyli problemi çözmək mümkün idi”

"Həmin 317 milyon manatın xərclənməsi üçün Azərbaycanda o qədər sahələr var ki. Təhsilə də, səhiyyəyə də, insanların sosial güzəranının yaxşılaşdırılmasına da yönləndirilə bilərdi". İqtisadiyyat eksperti Natiq Cəfərli belə deyir, amma hökumətin irimiqyaslı idman yarışları vasitəsilə reklama – ölkənin tanıtımına üstünlük verdiyinə diqqət çəkir:

Natiq Cəfərli: 'Görünən odur ki, prioritet bu tipli oyunlarla ölkənin reklamına xidmət edən addımlara hesablanır'
Gözlə

No media source currently available

0:00 0:01:06 0:00
Direct-ə keçid

"O vəsaitlə xeyli problemi çözmək mümkün idi. Ən azı, xaricdə oxuyan tələbələrin sayını 5 dəfə artırmaq, səhiyyə sistemində müəyyən islahatları davam etdirmək olardı. İcbari tibbi sığortanın reallaşdırılması üçün ilkin addımlar atmaq olardı. Çox şeylər hökumətin prioritetindən - öncəliyindən asılıdır. Görünən odur ki, prioritet bu tipli oyunlarla ölkənin reklamına çalışmasına xidmət edən addımlara hesablanır. Hökumət anlamalıdır ki, ölkəni tanıtmaq, ölkənin cəlbediciliyini artırmaq üçün vətəndaşının güzəranını yaxşılaşdırmaq öncəlik olmalıdır”.

Buna da bax:​ Beynəlxalq Bankın büdcəyə xeyri dəyməyəcək

“Nə qədər ki bu qayda tətbiq olunmayacaq...”

İqtisadçı alim Elçin Rəşidov bildirir ki, belə tədbirlərin iqtisadi baxımdan xərc-gəlir təhlili aparılmalıdır. Bu təhlillər həm də ictimaiyyətə açıq olmalıdır:

"O baxımdan ki bunun iqtisadiyyata xeyri nə qədərdir, iqtisadiyyatdan çəkib apardığı resurslar nə qədərdir? Bunlar tərəzinin iki müxtəlif gözünə qoyulmalıdır. Çəkilən xərc iqtisadiyyat üçün gözlənilən faydadan kiçikdirsə, bu, deməli, yaxşıdır. Yox, deyilsə, deməli, pisdir. Bütün bunlar tədbirlər üçün hesablanmalıdır, çünki iqtisadiyyat investisiyalarla böyüyür. İqtisadiyyatın böyüməsinin ikinci bir yolu yoxdur. Mən belə rəqəmləri həmişə görürəm. Düşünürəm, nə qədər ki bu qayda tətbiq olunmayacaq, bizdə həmişə suallar yaranacaq”.

Elçin Rəşidov: 'Çəkilən xərc iqtisadiyyat üçün gözlənilən faydadan kiçikdirsə, bu, deməli, yaxşıdır, deyilsə, pisdir'
Gözlə

No media source currently available

0:00 0:00:36 0:00
Direct-ə keçid

Elçin Rəşidov onu da deyir ki, hələ belə tədbirlərlə bağlı xərc-gəlir təhlillərinə rast gəlməyib.

Buna da bax:​ Hesablama Palatası gələn ilin büdcəsini bəyəndi

“Buna getməyə məcburuq”

Yeni Azərbaycan Partiyasından olan millət vəkili, parlamentin iqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov Avropa Oyunları keçiriləndə də sərf olunan məbləğin müzakirələr doğurduğunu xatırladır. O, bu oyunların indi yox, bir neçə il öncədən planlaşdırıldığını da vurğulayır:

Vahid Əhmədov: 'Düzdür, maliyyə cəhətdən dövlət büdcəsinə, insanların həyat şəraitinə müəyyən dərəcədə təsir göstərir...'
Gözlə

No media source currently available

0:00 0:00:58 0:00
Direct-ə keçid

"Onda belə ciddi problemlər yox idi. Neftin qiyməti, gəlirlər yüksək idi. Bu cür tədbirlərin keçirilməsi Azərbaycan üçün çox böyük əhəmiyyət kəsb edir. Düzdür, maliyyə cəhətdən dövlət büdcəsinə, insanların həyat şəraitinə müəyyən dərəcədə təsir göstərir. Amma siyasi tərəfdən götürəndə, belə tədbirlərin keçirilməsi ölkə üçün vacibdir. İnsanlara anlatmaq lazımdır. Deyirlər ki, bu ağır vəziyyətdə belə yarışlar kimə lazımdır, amma Azərbaycan qaynar bölgədə yerləşir. Necə deyərlər, müəyyən qədər maddi maraqlarımızın əleyhinə gedərək, mənəvi maraqlarımıza dəstək almaq üçün buna gedirik. Buna getməyə məcburuq...”.

Məbləğ dəyişə bilər

Mütəxəssislər nəzərdə tutulan məbləğin daha sonra dəyişdirilə, artırıla biləcəyini də istisna etmirlər.

Buna da bax: Hökumət kiçilən iqtisadiyyatdan mənfəət gözləyir

Azərbaycan ötən il Bakıda keçirilən Birinci Avropa Oyunlarına, rəsmi rəqəmlərə görə, 1 milyard manatdan çox xərcləyib. Müstəqil iqtisadçılar, inşa olunan infrastruktur layihələri də daxil, bu məbləğin 4 milyard manat olduğunu deyirlər. Bu il Bakıda gerçəkləşdirilən “Formula-1” yarışlarına, rəsmi məlumata əsasən, 150 milyon manata yaxın pul xərclənib. Ancaq müstəqil iqtisadçıların fikrincə, sonradan birbaşa olmayan digər xərclər də əlavə edilib və həmin əlavə məsrəflər rəsmi rəqəmlərdə əksini tapmayıb.

XS
SM
MD
LG