Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:33

Yeni büdcə: Hökumət vədini tuta bilmir?


Russia -- An elderly woman counts money at a food fair in the village of Ulyanovka, southeast of Stavropol, December 22, 2015
Russia -- An elderly woman counts money at a food fair in the village of Ulyanovka, southeast of Stavropol, December 22, 2015

Gələn ilin büdcəsində büdcədən sosial təminat xərclərinə ayrılacaq pulun azalması planlaşdırılır.

Açıqlanan büdcə layihəsindən bu nəticə çıxır ki, hökumət sosial xərclərlə bağlı vədinə əməl etməyəcək. Gələn ilin dövlət büdcəsi layihəsində belə xərclərin azalması proqnozlaşdırılır.

581 milyon manatdan çox azalma olacaq?

Açıqlanan layihədə 2017-ci ildə sosial müdafiə və təminat xərclərinin 581,1 milyon manat və ya 21,5 faiz azalması planlaşdırılır.

Buna da bax: Büdcə gəlirlərinin yarısı neft puludur

Bütövlükdə 2017-ci ildə sosial müdafiə və təminat məqsədilə 2,17 milyard manat ayrılacaq. Bu məbləğin 1 milyard 270 milyon manatı Dövlət Sosial Müdafiə Fonduna (DSMF-yə) köçürüləcək. Həmin məbləğ builkindən 160 milyon manat çoxdur. Ekspert Qubad İbadoğlu deyir ki, bütövlükdə DSMF-ə gələn il ayrılacaq vəsait in builkindən 322 milyon manat çox proqnozlaşdırması 2017-ci ildə pensiyaların, cüzi də olsa, artırılacağını söyləməyə əsas verir.

Daha öncə belə deyilməmişdi...

Layihədə göstərilənlər bugünlərdə yüksək vəzifəli rəsmi şəxslərin açıqlamaları ilə uzlaşmır. Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə gələn ilin büdcəsində sosial xərclərin azalmayacağını bu sözlərlə ifadə etmişdi:

Buna da bax: Gələn il böyük özəlləşdirmə gözlənilmir

“Sosial xərclərin azaldılması nəzərdə tutulmayıb”

Baş nazir Artur Rasizadə Nazirlər Kabinetində 2017-ci ilin dövlət büdcəsinin və icmal büdcəsi layihələrinin müzakirəsində də sənəddə sosial yönümlülüyün əsas götürüldüyünü vurğulamışdı.

“Elm, səhiyyə, təhsil, mədəniyyət və s. sahələrdə maaş artımı gözlənilmir”

Buna da bax: Dövlət büdcəsi kiçilir: Azərbaycan 2008-ci ilə qayıdır

Gələn il 2016-cı illə müqayisədə ümumi dövlət xidməti xərcləri 66 milyon manat, elm xərcləri 9,9 milyon manat, səhiyyə xərcləri 55 milyon manat, mədəniyyət, incəsənət, informasiya və bədən tərbiyəsi xərcləri 225,6 milyon manat az planlaşdırılıb. Q. İbadoğlunun sözlərinə görə, belə olan halda dövlət aparatında, eləcə də elm, səhiyyə, təhsil, mədəniyyət, incəsənət, informasiya və bədən tərbiyəsi sahələrində çalışanların əmək haqlarının artımı gözlənilmir: “Bu sahələrdə ödənilən əməyin cüzi artımı yalnız iş yerlərinin ixtisarı hesabına təmin edilə bilər”.

XS
SM
MD
LG