Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 04:42

Çeçenistanda məktəbə hicabla gedə biləcəklər


Hicablı tələbələr.
Hicablı tələbələr.

Çeçenistan parlamentinin sədri Magomed Daudov Instagram səhifəsində bildirib ki, yaxın zamanda respublikada müxtəlif dini inanclara malik uşaqların məktəbə hicab, xaç və kipa (yəhudi kişi baş örtüyü) taxmasına icazə verən qanun qəbul olunacaq.

O qeyd edib ki, məktəbə hicab taxılmasına qarşı çıxış edən təhsil naziri Olga Vasilyeva-nın dedikləri Rusiya Federasiyası Konstitusiyasının 28-ci maddəsinə ziddir. Həmin maddə vicdan və dini etiqad azadlığını... təsbit edir.

KADYROV DA HİCABDAN YAZMIŞDI

Spikerin sözlərinə görə, federal məmurun «məsuliyyətsiz bəyanatı» çoxmillətli respublikada müxtəlif millətlərdən olan uşaqların məktəbə hicab, xaç və kipa taxmalarına icazə verən qanunun qəbulu təşəbbüsü üçün siqnaldır.

Qeyd edək ki, Çeçenistan rəhbəri Ramzan Kadyrov da təhsil naziri Vasilyeva-nın sözlərinə kəskin reaksiya vermiş, onu öz şəxsi fikrini ictimaiyyətə sırımaqda ittiham etmişdi.

«Mənim üç qızım məktəbdə oxuyur, hicab taxırlar, qiymətləri də əladır. Olga Vasilyeva tələb edir ki, onlar yaylıqlarını açsınlar? Qızlar heç vaxt bunu eləməzlər», – deyə Ramzan Kadyrov Instagram səhifəsində yazıb.

Mordoviya rəhbərliyi tatar kəndi olan Belozeryedə müəllimələrin və şagirdlərin müsəlman baş örtüyü taxmasını yasaqlamışdı. Olga Vasilyeva isə bu hadisəyə şərh verərkən bildirmişdi ki, əsl inanclı insanlar dinə münasibətlərini atributlarla vurğulamağa çalışmırlar. O, həmçinin Rusiyada təhsilin dünyəvi olduğunu xatırlatmışdı.

XS
SM
MD
LG