Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:36

Çin prezidenti virusla bağlı vəziyyətın ‘ağır’ olduğunu deyir, amma ümid də verir


Virusun ilk aşkarlandığı Çinin Vuhan əyaləti, 24 yanvar 2020
Virusun ilk aşkarlandığı Çinin Vuhan əyaləti, 24 yanvar 2020

Çinin prezidenti Xi Jinping sürətlə yayılan koronavirusun daha çox insanın həyatını itirməsi və əlavə yoluxmalarla əlaqədar ölkədəki vəziyyəti "ağır" adlandırıb.

Yanvarın 25-də Kommunist Partiyası rəhbərliyinin iclasında çıxış edən prezident koronavirus sətəlcəmindən ən azı 56 adamın öldüyünü, 1,975 nəfərin virusa yoluxduğunu deyib. Çinin ağır vəziyyətlə üzləşdiyini deyən Xi Jinping əhalini sakitləşdirməyə də cəhd edib.

Virusun yayılmasının qarşısının alınması məqsədilə çox sayda şəhərlərə giriş və çıxanın bağlandığını vurğulayan prezident ölkənin "döyüşdə mütləq qalib gələ biləcəyini" söyləyib.

Koronavirusun daha geniş yayılmasının qarşısını almaq məqsədi ilə ölkənin Səyahət Xidmətləri Birliyi turizm agentliklərinə bütün qrup turları dayandırmağı tövsiyə edib.

Çindən yayılan son rəsm məlumatlarda virusa yoluxanların sayı 2 min nəfəri keçib, 300-dən çox adam kritik vəziyyətdədir.

Çindən başqa, ABŞ və Fransa da daxil olmaqla 10 ölkədə koronavirus-a yoluxma halları qeydə alınıb.

Yanvarın 23-də bu virusun ilk dəfə qeydə alındığı Vuhan vilayətində nəqliyyat demək olar tamamilə dayandırılıb. Bu vilayətdə 11 milyon əhali yaşayır.

XS
SM
MD
LG