Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 08:55

“Qaçqınkom”da Cocuq Mərcanlı müşavirəsi


Cocuq Mərcanlı kəndi
Cocuq Mərcanlı kəndi

“Cocuq Mərcanlı kəndinin bərpası barədə ölkə başçısının imzaladığı sənədlər böyük tarixi əhəmiyyət kəsb edir. Bu sənədlər həm də çoxdan gözlənilən böyük qayıdışın başlanğıcı kimi dəyərləndirilməlidir”.

Baş nazirin müavini Əli Həsənov prezidentin Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı sərəncamının icrası məqsədilə “Qaçqınkom”da keçirilən müşavirədə belə deyib. Turan xəbər verir ki, toplantıda Nazirlər Kabineti təmsilçiləri, deputatlar, əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti başçıları və digər əlaqəli rəsmilər iştirak ediblər.

Əli Həsənov aprel döyüşlərin yada salıb. O deyib ki, həmin döyüşlərin nəticəsində minlərlə hektar ərazi düşməndən təmizlənib. 360 erməni ailəsi ətraf kəndləri tərk edib.

“Bu gün biz böyük qayıdışa başlamışıq, Ermənistandan isə böyük köç başlayıb”, komitə sədri vurğulayıb.

O açıqlayıb ki, Cocuq Mərcanlı kəndində ilkin mərhələdə 50 fərdi yaşayış evi və məktəb binası tikiləcək. Ümumilikdə isə ərazidə 150-200 ailə yerləşdirmək mümkündür. Komitə sədri köçürüləcək ailələr üçün lazım olan bütün şəraitin yaradılacağını bildirib.

Ölkə başçısı yanvarın 24-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, bərpa işlərinə 4 milyon manat ayrılıb.

XS
SM
MD
LG