Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 16:35

Dənizin ölümünə görə dayəyə 2 il həbs kəsildi


Dəniz Qorçu
Dəniz Qorçu

.


Noyabrın 6-da Qobustan rayon Məhkəməsində “Hər fəsil” istirahət əyləncə mərkəzində baş vermiş faciə ilə bağlı məhkəmə başa çatıb. Hakim Qalib Hacıyev hökmü elan edib. Bakı Oksford Məktəbinin şagirdi Dəniz Qorçunun ölümünə görə həmin məktəbin şagirdlərindən birinin dayəsi olan 44 yaşlı Aytən Əzizova 2 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

Ötən il mayın 23-də Qobustan rayonunun “Hər fəsil” istirahət əyləncə mərkəzində Bakı Oksford Məktəbinin müəllim və şagirdlərinin əyləndiyi elektromobil (elektrokar) aşıb. 10 yaşlı Dəniz Qorçu hadisə yerində dünyasını dəyişib. Digər şagirdlər Ayla Hacızadə, Dinara Muxtarova və hazırda mühakiməsi başa çatmış dayə Aytən Əzizova xəsarətlər alıblar.

Zərərçəkmiş tərəfin vəkili Sadiq Əfəndiyev AzadlıqRadiosuna bildirib ki, cinayət işində hər üç tərəfin - maşını idarə edən qadın, istirahət mərkəzinin işçiləri və Bakı Oksford Məktəbinin məsuliyyəti qeyd olunsa da, məhkəmə yalnız Aytən Əzizova ilə bağlı işə baxıb.

Bundan əvvəlki proseslərdə Aytən Əzizova Dəniz Qorçunun ölümündə özünü günahkar bildiyini demişdi.

Qobustandakı istirahət mərkəzinin işçiləri və Bakı Oksford Məktəbinin hadisədə məsuliyyəti hələ də istintaq olunur. Nədənsə onlarla bağlı iş uzadılır. Vəkil bildirib ki, halbuki faciənin baş verməsində cavabdeh olan şəxslərin məsuliyyətə cəlb edilməsi üçün istintaqın əlində kifayət qədər sübutlar var.

Dünyasını dəyişən 10 yaşlı Dəniz “Tutu” uşaq ədəbiyyatı nəşriyyatının rəhbəri, rejissor Tərlan Qorçunun qızı, professor Rəhman Bədəlovun nəvəsidir.

XS
SM
MD
LG