Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:53

Daşqın Ağalarlı: 'Bu boyda iki hadisəni heç vaxt üst-üstə törətməzlər'


Daşqın Ağalarlı mətbuat konfransında, Tbilisi, 09iyun2017
Daşqın Ağalarlı mətbuat konfransında, Tbilisi, 09iyun2017

“Sadəcə, Gürcüstan prokurorluğu Azərbaycan prokurorluğuna ayı xidməti göstərir. Hüquq müstəvisində deyil, dostluq əsasında hərəkət edirlər. Baş verənlər onu göstərir”.

Azərbaycanlı fəal Daşqın Ağalarlı Gürcüstandan deportasiya edilməyəcək. Bu haqda o özü AzadlıqRadiosu-na müsahibəsində bildirib. Onun sözlərinə görə, iyunun 8-də Gürcüstanın rəsmi qurumları onu və oğlunu bu barədə bilgiləndiriblər. Ancaq Daşqın Ağalarlı narahatdır. Onunla müsahibəni təqdim edirik.

Buna da bax:​ T.Qurbanov: 'Son günlər tanımadığımız azərbaycanlıları hostelə qəbul etmirik'

– Daşqın bəy, iyunun 10-da Gürcüstanı tərk etməniz üçün sizə ayrılan müddət başa çatır. Qərarınız nə olacaq?

– Həmin müddət əslində bu gün – iyunun 9-da tamam olurmuş. Amma bir gün əvvəl oğlumla məni Gürcüstanın Daxili İşlər Nazirliyinin miqrasiya departamentinə dəvət etdilər və deportasiya olunmamağımla bağlı sənəd verdilər. Bu sənəd əsasında biz yalnız Gürcüstan ərazisində sərbəst hərəkət edə bilərik. Amma yaşamaq üçün lazım olan digər şərtlər bizə, hələlik, verilmir. Maraqlısı budur ki, deportasiya olunmayacağımızı Əfqan Muxtarlının oğurlanmasından sonra mən də bilirdim. Bu boyda iki hadisəni heç vaxt üst-üstə törətməzlər. Ancaq pasportumuzu qaytarmırlar. Martın 21-də mənim oturumum ləğv olunduqdan dərhal sonra pasportum özümə qaytarılmalıydı ki, tələb olunan vaxt ölkəni tərk edə bilim.

– Gözləntiləriniz nədir?

– Onların verdiyi məhdud sənəddən başqa əlimdə ikinci sənədim yoxdur. Mən istəsəm də ölkəni tərk edə bilmərəm. Övladımın pasportu yoxdur. Onsuz da bu ölkəni tərk etmək imkanında deyiləm. Amma pasportumun qaytarılmaması şübhələr yaradır. Bu şübhə hamıda var, ola bilsin, bizə verilən müddət bitəndən sonra prokurorluq ekstradisiya məsələsini qaldırsın. Bu, inandırıcı görünməsə də, pasportun geri verilməməsinin başqa izahı yoxdur.

Buna da bax: 'Gürcüstan mafiya dövlətinə çevrilib...' [video]

Daşqın Ağalarlı: "Oğlumla məni Gürcüstanın Daxili İşlər Nazirliyinin miqrasiya departamentinə dəvət etdilər..."
Gözlə

No media source currently available

0:00 0:05:16 0:00
Direct-ə keçid

– Yəni Azərbaycana təhvil veriləcəyinizi gözləyirsiniz?

– Təhvil veriləcəyimi gözləmirəm. Amma prokurorluq belə bir tələblə çıxış edə bilər, bu da məhkəmə qərarıyla olmalıdır. Gürcüstanda mənim işimə baxan məhkəmələr bunun hüquqi deyil, siyasi xarakterli olduğunu özləri etiraf ediblər və mənə bəraət veriblər. Ona görə hansısa məhkəmənin yenidən öz qərarının, araşdırmasının əleyhinə gedəcəyini gözləmirəm. Sadəcə, Gürcüstan prokurorluğu Azərbaycan prokurorluğuna ayı xidməti göstərir. Hüquq müstəvisində deyil, dostluq əsasında hərəkət edirlər. Baş verənlər onu göstərir.

– Probleminizin həlli yönündə hansı addımları atmağı planlaşdırırsınız?

– Mənim bəyanat verməkdən, müraciət etməkdən başqa atacaq addımım yoxdur. Son addımım gedib harasa girib, oradan çıxmamaq ola bilər. Hələlik, buna lüzum görmürəm. Hələlik təhlükəsizlikdə hiss edirəm özümü. Amma gələcəkdə bu addıma ehtiyac ola bilər. Vəziyyət dözülməz olanda övladımla bir yerə sığınacağıq. Amma ümid edirəm ki, buna ehtiyacım olmayacaq, real hərəkət olmasa da, bunu gözləyirəm.

Buna da bax:​ Daşqın Ağalarlı sərbəst buraxıldı- [Yenilənib]

– Belə başa düşmək olar ki, Gürcüstanı tərk etmək niyyətindəsiniz.

– Mənə verilən sənədlə burda necə yaşaya bilərəm? Mənə iş izni verilmir. Yaşamaq üçün gərəkən addımları ata bilmərəm. Mənə bir illik izn verilir, onun üç ayı nəzarətdə altında olacaq. Yəni bu da “vermirəm” deməkdir.

– Siz bunu Bakının təzyiqi ilə edildiyini düşünürsünüz?

– Təbii ki. Mənə rəsmi sığınacaq verilmişdi. Niyə o sığınacağı sonradan ləğv etsinlər ki?

– Daşqın bəy, son illər Gürcüstan Azərbaycan hakimiyyətinin təqiblərindən qaçanlar üçün bir sığınacağa çevrilmişdi. Əfqan Muxtarlının həbsindən, sizin oturumunuz ləğv ediləndən sonra özünüzü orda necə hiss edirsiniz?

– Bizim Gürcüstandan hər zaman xüsusi gözləntimiz olub. Yəni Litva Belarus üçün hansı önəmi daşıyırsa, Gürcüstan da Azərbaycan üçün odur. Belarusdan qaçan azad söz, demokratiya, hüquq dövləti tərəfdarları, jurnalistlər, QHT-çilər Litvada sərbəst şəkildə, ancaq qanun çərçivəsində fəaliyyətlərini davam etdiriblər. Biz də belə bir imkanın yaradılmasını Gürcüstandan gözləyirdik. Amma bu gözləntilərimiz son bir ildə çox aşağı düşmüşdü, indisə yox olub. Belə bir gözləntimiz artıq qalmayıb. Azərbaycanın özünə, dövlətinə düşmən elan etdiyi, ancaq Azərbaycanın həqiqi dostları olan, burda yaşayan insanlar gerçəkdən təhlükə altındadırlar. Həm də biz bilmirik ki, Əfqan Muxtarlının qaçırılmasına qədər gedən, belə bir riskə dəyəcək müqavilə nədən ibarətdir. Danışıq, razılaşma nədən ibarətdir? Azərbaycanla Gürcüstan arasında hansı razılaşma var ki, Avropa Birliyinə üz tutan dövlət öz ərazisində belə dəhşətli, belə qorxunc hadisəyə yol verir? Biz bunu bilmirik və nə qədər ki bilmirik, məsələ də qaranlıqdır, biz də qorxuruq.

Buna da bax: 'Hakimiyyətə işləyən məlum sayt bu barədə ətraflı yazmışdı'

– Bugünlərdə AzadlıqRadiosu-na danışan işadamı Tural Qurbanlı Gürcüstandakı siyasi fəalların izləndiklərini, buna görə hamının narahat olduğunu demişdi. Siz də izlənirsinizmi?

– Axırıncı dəfə məni izləyən adam “Rustavi-2” telekanalının kamerasına düşüb. Ondan sonra izləndiyimi hiss etmirəm, hətta qorunduğumu hiss edirəm. Düzünü demək lazımdır. Amma adını çəkmək istəmədiyimiz bir çox uşaqlar izlənirlər. Yenə adının çəkilməsini istəməyən bizim çox tanınmış bir müxalifət fəalının ailəsi izlənir. Turalgilin hosteli xəfiyyələrin çox ciddi nəzarət altındadır. Çox təəssüf ki, izləmələrə son qoyulmur.

XS
SM
MD
LG