Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 05:23

'Ucuz başa gəlsin deyə, istehsalçılara deyiblər ki, dərmanın tərkibində…'


Dərmanlar ceyran belində: Qiymətlər Türkiyədən 2-3 dəfə bahadı
Gözlə

No media source currently available

0:00 0:05:06 0:00

Dərmanlar ceyran belində: Qiymətlər Türkiyədən 2-3 dəfə bahadı

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Qebreyesus bugünlərdə Britaniyanın "The Guardian" nəşrinə müsahibəsində bəzi dərman və siropların uşaq orqanizminə çox mənfi təsirlərindən bəhs edib. Onun deməsinə görə, belə hallar Afrikanın Qambiya bölgəsində 66 uşağın ölümü ilə nəticələnib…

Azərbaycana da dünyanın bir çox inkişaf etmiş və ya inkişaf etməkdə olan ölkələrdən dərman gəlir. Rəsmilərin onların keyfiyyətli olmasına dair iddialarına baxmayaraq, bəzi ekspertlər hesab edirlər ki, Azərbaycana da bir çox keyfiyyətsiz dərmanlar gətirilir.

'Dərman mafiyasının başında kimlər durursa…'
Gözlə

No media source currently available

0:00 0:08:07 0:00

"Bu dərman orada beş dəfə ucuzdur"

Adını çəkmək istəməyən bir şikayətçi AzadlıqRadiosuna bildirib ki, yüksək qan təzyiqinə qarşı olan dərmanlardan biri Azərbaycanda baha satılsa da, effekti azdır: "Azərbaycanda bu dərmanın qiyməti 27 manatdır. Gündə bir ədədini içməli olsam da, hərdən ikisini içməliyəm ki, effekti olsun. Türkiyədən mənə gətirilən eyniadlı dərman isə daha yaxşı təsir göstərir. Həm də bu dərman orda beş dəfə ucuzdur".

"Dərman vasitələri haqqında" Qanunun 1.0.14 maddəsinə əsasən, dərman vasitələrinin keyfiyyəti onların dövlət standartlarının tələblərinə uyğunluğu deməkdir. Həmin qanunun 3-cü maddəsinə əsasən isə, dövlətin əsas vəzifələrindən biri əhalinin keyfiyyətli dərman vasitələri almaq hüququna təminat verilməsi,.. keyfiyyətli, effektiv və təhlükəsiz dərman vasitələrinin müəyyən edilməsi üçün elmi tədqiqatların aparılmasıdır.

Qanunda həmçinin yazılıb ki, dərman vasitələrinin keyfiyyətli, effektiv və təhlükəsiz olmadığına dair əsaslandırılmış faktlar müəyyən edildikdə müvafiq icra hakimiyyəti orqanı onların dövlət qeydiyyatına alınmasını və Azərbaycanda tətbiqini qadağan edir.

A.Əliyev
A.Əliyev

"Bizdə dərman monopoliyası var"

"Azərbaycan Həkimləri" İctimai Birliyinin təsisçilərindən biri, həkim-radioloq Aydın Əliyev də AzadlıqRadiosuna bildirib ki, bu sahədə Azərbaycanda vəziyyət bərbaddır: "Çünki bizdə dərman monopoliyası var. Üstəgəl, Azərbaycana gətirilən dərman preparatlarının tam dəqiq yoxlanmasında ciddi problemlər var. Misal üçün, monopoliya olduğuna görə ölkəyə dərman gətiriləndə deyirlər ki, bu, filankəsin adamıdır, onu dərindən yoxlamayın".

Həkimin sözlərinə görə, ölkədə fəaliyyət göstərən xarici apteklər şəbəkəsində satılan dərmanların təsiri ölkədəki digər apteklərdə satılan dərmanların təsirindən daha çoxdur: "Bu, heç kimə sirr deyil. Eşitdiyimə görə, xaricdən dərman idxal edən bizimkilər ucuz başa gəlsin deyə, istehsalçılara deyiblər ki, dərman preparatının tərkibində təsiredici maddəni az qoysun".

Dərman laboratoriyası
Dərman laboratoriyası

Dərmanlar belə yoxlanır…

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən isə "Turan"a bildirilib ki, Azərbaycana idxal edilən dərman vasitələrinin keyfiyyəti Mərkəzin Tibb və əczaçılıq vasitələrinin ekspertizası və keyfiyyətinin yoxlanılması laboratoriyasında yoxlanılır.

Qurumdan tənqidlərə cavab olaraq əlavə edilib ki, Analitik Ekspertiza Mərkəzinə keyfiyyətsiz dərmanla bağlı müraciət qeydə alınmayıb: "Heç bir etibarlı istehsalçı dərman vasitəsinin tərkibinə dəyişiklik etməz. Çünki etdiyi təqdirdə bu məlumat dünyada rezonansa səbəb olar, bu da, öz növbəsində, istehsalçının adına ziyan olar. Əsassız iddialardır. Kimdəsə hər hansı əsaslı fakt olarsa, Mərkəzə müraciət etmələri tövsiyə olunur".

Vurğulanıb ki, dərman vasitələrinin keyfiyyətinə təsir edən amillər daşınma, saxlanma, istehsal şəraiti, insan faktoru və digər səbəblər ola bilər.

XS
SM
MD
LG