Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 07:33

Postsovet ölkələrində biznes mühiti yaxşılaşır


Doing Business
Doing Business

2010-cu ildən Rusiya və ona qonşu postsovet ölkələri planetdə istənilən başqa ölkəyə nisbətən biznes mühitini daha yaxşı inkişaf etdirib. Bunu «The Financial Times» qəzetində Steve Johnson Dünya Bankının hesabatına əsasən yazır.

Rusiyada hüquq sisteminə dövlət oyunçularının təsiri, eləcə də Sovet İttifaqı ərazisində güclü oliqarxlar ənənəsini nəzərə alanda, bu mənzərə təəccüblü görünə bilər. Ancaq FT-nin Dünya Bankının 2010-cu ildən bəri məlumatlarının təhlili göstərib ki, biznes qurmağın təkmilləşdiyi 12 ölkənin hamısı keçmiş kommunist ölkələridir.

RUSİYANIN İRƏLİLƏYİŞİ

Rusiya «Biznes Qurmaq» hesabatında 11 pillə irəliləyib. İyulda buraxılmış hesabatda Rusiya biznes qurmağa görə 190 ölkə içində 40-cı yeri tutub. Əmlakın qeydiyyatına görə dünyada 9-cu, kontraktların qüvvəyə minməsinə görə 12-ci yerdədir.

Bəzi təhlilçilər bu reytinqdən heyrətləniblər.

«Rusiya indi 40-cıdır. Ağlasığmazdır», – «Capital Economics» konsultasiya şirkətində yeni yaranan iqtisadiyyatlar üzrə baş iqtisadçı Neil Shearing deyir.

100 min dollarınız olsaydı, nə biznes açardınız?- Bakıda sorğu
Gözlə

No media source currently available

0:00 0:01:12 0:00

«2015-ci ildə Rusiyanın reytinqində xeyli irəliləyiş oldu. Məsələlərin ədliyyə tərəfi üzrə doğrudan da yaxşı ballar almağa başladılar. Məhkəmələr hökmləri sürətlə çıxarırdılar, ancaq bu, hökmün qərəzsizliyi demək deyil. Ancaq bir səbəb ola bilərdi ki, onlar korrupsioner maraqları naminə qərarı sürətlə çıxarırlar», – iqtisadçı söyləyib.

Qəzet yazır ki, Dünya Bankının bilgiləri Moskva və Ukrayna, Özbəkistan, Belarus və Qazaxıstan kimi digər postsovet ölkələrinin iqtisadi islahat cəhdlərini üzə çıxarır.

ORTALAMA 26 İSLAHAT

Dünya Bankı bildirir ki, «Avropa və Orta Asiya» kimi təsnif etdiyi 25 ölkə 2004-cü ildən bəri hərəyə ortalama 26 islahat gerçəkləşdiriblər. Qlobal göstərici 15-dir.

«Hələlik, bu region ən çox inkişaf edib», – Dünya Bankının qlobal indikatorlar qrupunun direktoru vəzifəsini icra edən Rita Ramalho deyib.

O, yüksəlişi daha çox kapitalizmə keçidlə bağlayıb.

Dünya Bankının Biznes Qurma reytinqi. 2010-cu ildən ən çox irəliləyiş əldə edənlər (0-100 bal)

Ölkə 20102017Bal artımı
Ukrayna 39.69 63.9 24.21
Özbəkistan39.4463.0323.59
Belarus51.8874.1322.25
Qazaxıstan56.8175.0918.28
Rusiya54.9373.1918.26
Makedoniya65.7881.7415.96
Polşa62.9677.8114.85
Serbiya57.6772.2914.62
Tacikistan41.0755.3414.27
Moldova58.5972.7514.16
Çex Respublikası63.1976.7113.52
Sloveniya62.7576.1413.39

Mənbə: Dünya Bankı, FT-nin araşdırması

Son yeddi ildə Rusiya biznesə başlamaqdan ötrü gərəkən müddəti 29 gündən 9.8 günə salıb. Tikintiyə icazə müddəti 603 gündən 239 günə salınıb. Korporativ vergilərin ödənməsinə tələb olunan illik saatlar isə iki dəfə azaldılıb, 168-ə endirilib. Elektrik bağlantısı əldə etməyin qiyməti 99 faiz düşüb.

İlham Əliyev: Gəlin Azərbaycanda biznes qurun
Gözlə

No media source currently available

0:00 0:02:11 0:00

BELARUS VƏ QAZAXISTAN

ABŞ-ın keçmiş dövlət katibi Condoleezza Rice-ın «Avropanın son diktaturası» adlandırdığı kommunist Belarusun reytinqi lap yüksəlib, ötən il yeddi pillə irəliləyərək 37-ci yerə yüksəlib. Dünya Bankı Belarusu alqışlayıb, səbəb də minoritar səhmdarları (şirkəti idarə etməyə kifayət edəcək həcmdə səhm paketinə sahib olmayan səhmdar) qoruması, vergilərin ödənməsini asanlaşdırması, sərhədlərarası ticarətə girişməsi, problemləri yoluna qoymasıdır.

Prezident Nursultan Nazarbaev-in sovet dönəmindən bəri idarə etdiyi Qazaxıstana gəlincə, 2014-cü ildən bəri ÜDM-nin 39 faiz azalmasına baxmayaraq, hələ də yüksəkdə, 35-ci yerdədir. Sinqapur və Yeni Zelandiyadan sonra minoritar səhmdarları qorumasına görə dünyada üçüncü yeri tutur. Kontraktların icrasına görə isə ən yaxşı doqquzuncu ölkədir.

Rita Ramalho-nun sözlərinə görə, postsovet ölkələrinin mövqeyinin yaxşılaşmasının bir səbəbi metodiki dəyişikliklərlə bağlıdır. Ancaq o, regionda əsl dəyişikliklərin baş verdiyini də vurğulayıb. Məsələn, son altı ildə Rusiyanın reytinqi ilbəil artıb.

İqtisadçı deyir ki, «oliqarxlar və qohumbazlıq» sorğunun əhatə dairəsinə daxil olmayıb və daha çox kiçik, orta biznesin inkişafına diqqət ayırıblar.

2010-cu ildən bəri Honq-Konq (Çin), Cənubi Afrika Respublikası, Səudiyyə Ərəbistanı və Venesuela kimi ölkələrdə biznes qurmanın asanlığı reytinqi azalıb.

XS
SM
MD
LG