Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:30

Banklar valyuta satışını məhdudlaşdırıb


-

Avqustun 20-dən (şənbə günü), Azərbaycan banklarında dollar qıtlığının müşahidə olunduğu bildirilir.

Turan İnformasiya Agentliyinin xəbərinə görə, avqustun 22-si səhərdən vəziyyət dəyişməyib.

Agentlik bununla əlaqədar bir neçə bankda sorğu aparıb.

Xəbərə görə, “Respublika” Bankdan bildiriblər ki, bu gün (22 avqust) dollar satışı dayandırılıb. Bunun bankın öz qərarı olduğu deyilir.

“Rabitəbank”dan da bildirilib ki, dollar məhdud həcmdə satılır: bir ələ 200 dollar (bu qədər də avro) verilir.

Buna da bax: Bloomberg: “Azərbaycan valyuta böhranı məngənəsində”

“Atabank” və “Bank Standart”da deyiblər ki, satış limiti 500 dollar təşkil edir.

Azərbaycan Beynəlxalq Bankından və “Kapital Bank”dan isə söyləyiblər ki, valyuta satışı davam edir. Lakin hər hansı məhdudiyyətin olub-olmadığı bildirilməyib.

Yalnız bir bankda-“YapıKredi Bank”da deyiblər ki, dollar satışı məhdudiyyətsiz həyata keçirilir.

Ötən ilin dekabrın 21-də Azərbaycanda baş verən devalvasiyadan sonra da eyni vəziyyət yaranmışdı.Ancaq bir müddət sonra bu problem aradan qalxmışdı.Ötən il Azərbaycanda iki devlvasiya baş verib.Nəticədə manat dollar qarşısında iki dəfə dəyr itirib.

Buna da bax: "Əsas müştərilər şəhər adamlarıdır"

"Əsas müştərilər şəhər adamlarıdır"
Gözlə

No media source currently available

0:00 0:02:06 0:00

XS
SM
MD
LG