Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:38

Taliban ölkənin şəriət qanunu ilə idarə ediləcəyini bəyan edir


Taliban döyüşçüləri qaçaq prezident Əşrəf Qaninin kabinetində
Taliban döyüşçüləri qaçaq prezident Əşrəf Qaninin kabinetində

Taliban sentyabrın 7-ə bəyan edib ki, onun qapalı həyat tərzi keçirən lideri Mövləvi Heybətullah Axundzadə ölkənin ali rəhbəri və banisi elan edilir

Taliban sentyabrın 7-ə bəyan edib ki, onun qapalı həyat tərzi keçirən lideri Mövləvi Heybətullah Axundzadə ölkənin ali rəhbəri və banisi elan edilir.

Ölkə hökumətinə isə Molla Məhəmməd Həsən Axundun rəhbərlik edəcəyi xəbər verilir.

Əfqanıstanda Talibanın təşkil edəcəyi hökumətin tərkibində kimlərin olacağı dünyanın aparıcı ölkələrini nigaran qoymuşdu.

Ölkədən ABŞ və Qərb qüvvələrinin çıxması ilə hakimiyyətə sahiblənmiş Taliban işarə etmişdi ki, o 20 il əvvəl olduğundan daha mötədil siyasət yürüdücək.

Lakin Talibanın bugünkü bəyanatından az sonra çıxış edən Axundzadə beynəlxalq nigarançılığa son qoyacaq heç nə deməyib.

O ölkə əhalisini əmin edib ki, Əfqanıstanda İslam qaydaları və şəriət qanunları tətbiq olunacaq.

Axundzadə bununla yanaşı bildirib ki, Taliban İslam qanuna zidd olmayan beynəlxalq qanunlara riayət edəcək və Əfqanıstanın müqavilə və öhdəliklərinə sadiq qalacaq”.

O qeyd edib ki, şəriət qanunları ölkənin bütün sahələr üzrə həyatını idarə edəcək.

Xəbər verilir ki, yeni hökumətin nazirlərindən azı ikisi BMT və ya ABŞ-ın terrorçu siyahısında olanlardır.

Hökumətin tərkibi tamamilə kişilərdən ibarətdir.

Son 40 ilin müharibələri Əfqanıstanı necə dəyişib?
Gözlə

No media source currently available

0:00 0:02:55 0:00

Əfqanıstan İslam Əmirliyi və “möminlərin sərkərdəsi”

Talibanın sözçüsü Zəbihulla Mücahid bütün nazirlərin müvəqqəti olduqlarını və gələcəkdə dəyişdiriləcəklərini deyib.

Taliban bu həftə onun hakimiyyətinə qarşı Pəncşir vadisində mübarizə aparan qüvvələr üzərində qələbə qazandığını elan etsə də, müqavimət hərəkatı bu xəbəri təkzib edib və mübarizənin davam etdiriləcəyini deyib.

Sərt xətt-hərəkət tərəfdarı olan sünni ruhani Axundzadə belə görünür ki, siyasi, dini və hərbi məsələlərdə son söz sahibi olacaq.

55 yaşlı Axundzadə bundan əvvəl Talibanın lideri təyin edilmişdi.

Talibanın başqa bir sözçüsü – Əhmədullah Masiq BBC-yə bildirib ki, ölkənin rəsmi adı Əfqanıstan İslam Əmirliyi olacaq.

Taliban 1996-cı ildən 2001-ci ilədək davam edən hökuməti zamanı da Əfqanıstanı belə adlandırmışdı. Sözçünün dediyinə görə Axundzadənin rəsmi titullarından bir də “möminlərin sərkərdəsi” olacaq.

Terrorçu siyahısında olan nazirlər

60 yaşlarında olan Axund uzun müddət Talibanın ruhani lideri Molla Məhəmməd Ömərin yaxın müşaviri və xarici işlər naziri olub.

Onun yeni hökumətdə baş nazirsayağı cari işlərə baxacağı gözlənilir. Axund 2001-ci ildən BMT-nin terrorçu siyahısındadır.

Xarici işlər naziri vəzifəsinə Mövləvi Əmir Xan Mütəqqi təyin edilib.

Talibanın qüdrətli qollarından biri sayılan Həqqani şəbəkəsinin başçısı Siracuddin Həqqani daxili işlər naziri olacaq.

O Birləşmiş Ştatların terrorçu siyahısındadır.

Molla Ömərin oğlu Molla Məhəmməd Yaquba müdafiə naziri vəzifəsi verilib.

İndiyədək adı çox tez-tez çəkilən Molla Abdul Qəni Bəradər Axundun 1-ci müavini təyin olunub.

Bəradər Talibanla danışıqların aparılması üçün ABŞ-ın ricası ilə 2018-ci ildə Pakistan həbsxanasından azad edilib.

Bu danışıqlarda ikinci sima sayılan Mövləvi Hənnəfi Axundun ikinci müavini olacaq.

Talibanın yeni hökumətinin əsas vəzifələrindən biri beynəlxalq aləmlə diplomatik və iqtisadi kanalların açılması olacaq.

Türkiyə tanımağa tələsmir

NATO üzvü olan Türkiyə Kabilin bəyanatına ilk reaksiya verən ölkə olub.

Xarici işlər naziri Mevlüt Çavuşoğlu bəyan edib ki, yeni hökumətin tanınmasına təcili bir ehtiyac yoxdur:

“Bu, bizim bütün dünyaya məsləhətimzidir. Biz bu məsələdə beynəlxalq icma ilə birlikdə hərəkət edəcəyik”.

Prezident Recep Tayyip Erdoğan bildirib ki, onun administrasiyası Kabil hava limanının idarə olunmasına dair Talibanla danışıqlar aparır:

"Biz bu hökumətin nə müddətdə müvəqqəti olacağını bilmirik. Hazırkı vəzifəmiz prosesi diqqətlə davam etdirməkdir”.

“Müqavimət yaralanıb, amma hələ ölməyib”

Bu arada “Pəncşir şiri” ayaması qazanmış mərhum Əhməd Şah Məsudun oğlu Əhməd Məsud radio ilə çıxşında Talibanın Pəncşir vadisini fəth etməsinə dair bəyanatını təkzib edib.

Sentyabrın 7-də Əhməd Şah Məsudun qardaşı Əhməd Vəli Məsud Cenevrədə keçirilən simpoziumda müqavimətin “həqiqətən də yaralandığını” etiraf edib.

Amma o əlavə edib ki, müqavimət istənilən an bərpa oluna bilər:

“Bizim minlərlə döyüşçümüz var. Onlar istənilən vaxt qayıdıb gələ bilərlər. Bəli, biz yaralanmışıq, biz doğrudan da yaralanmışıq, amma hələ ölməmişik, sağıq”.

Taliban qrupu müharibə vaxtı xarici qüvvələrlə əməkdaşlıq etmiş bütün əfqanlara aministiya elan etmişdi. Qrup bildirirdi ki, yeni hökumətin təşkili üçün bütün qruplaşmalarla danışıqlar aparır.

Lakin Əfqanıstandan kütləvi edamlar və evbəev axtarışlar barədə xəbərlər gəlməkdədir.

XS
SM
MD
LG