Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:40

Taliban Əfqanıstanda daha bir iri şəhəri ələ keçirdi


Əfqanıstan-Nimruz əyaləti, Zərənc şəhəri
Əfqanıstan-Nimruz əyaləti, Zərənc şəhəri

Taliban Əfqanıstanın qərbindəki Zərənc şəhərinə girib. Bu barədə avqustun 6-da Reüters agentliyi xəbər verir. Bu şəhər Nimroz əyalətinin paytaxtıdır.

Qonşu əyalətlərin nümayəndələri artıq əyalətin xeyli hissəsinin Talibanın nəzarətinə keçdiyini deyirlər. Hazırda əyalətdə Əfqanıstanın hökumət qoşunları ilə talibançılar arasında döyüş getdiyi xəbər verilir.

Məlumata görə, Zərəncdə 31 minə yaxın adam yaşayır.

Rəsmilərin sözlərinə görə, şəhər sakinləri gecəni təşviş içində keçirib, səhər saatlarında isə onların azı 40 faizi İrana keçiblər. Məlumata görə, İran sərhəddə qaçqınlar üçün düşərgə salıb, hərbçi və mülki şəxslərdən tutmuş bütün qaçqınları qəbul edib.

Bundan sonra isə, İranın Zərəncdəki vəziyyətə görə, Sistan-Bəlucistan əyaləti ilə sərhədi bağlaması barədə məlumatlar dolaşır.

Hazırda Əfqanıstan ərazisinin xeyli hissəsi Talibanın nəzarətindədir.

Qeyd edək ki, ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələri Əfqanıstanı tərk etməyə başladıqdan sonra Taliban hərəkatı hökumət qüvvələrinin mövqelərinə hücuma keçib. Əfqanıstandakı ABŞ və NATO qüvvələrinin çıxarılmasına bu ilin mayından başlanıb. ABŞ rəsmilərin məlumatına görə, bu proses , avqustun 31-dək başa çatdırılmalıdır.

Taliban hərəkatının yaraqlıları bundan sonra hökumət qüvvələrinin mövqelərinə hücuma keçərək, bir neçə vacib sərhəd məntəqəsi və magistral yollar da daxil olmaqla ölkə ərazisinin xeyli hissəsini ələ keçiriblər.

Kütləvi İnformasiya vasitələrinin məlumatına görə, hazırda Əfqanıstanın 100-dən çox rayonu Talibanın nəzarətindədir.

XS
SM
MD
LG